Xəbərlər

QHT, yoxsa ailə şirkəti?

28 Yanvar 2008, 00:00

Meşələrin bərpası Milli Proqramının iflasa uğramsı barədə "Ayna" qəzetinin 17 yanvar 2008”“ci il sayında dərc edilmiş “Deyəsən meşələrin bərpası Milli proqramı iflasa uğrayıb” başlıqlı məqaləni oxuyarkən düzü təəccübləndik. Maraqlandıq ki, görəsən bir növ təhlil xarakterli olmağa iddialı belə bir materialın müəllifi niyə Nazirlklə, Meşələrin İnkişafı Departamenti ilə əlaqə saxlamamış və istinad etdiyi rəqəmlərdən doğan sualları nə özünə, nə də məqalədə dayaz və naşı ittihamlara məruz qoyduğu təşkilata ünvanlayaraq cavab istəmədən yazı çap etmişdir.
Kiçik araşdırmamız nəticəsində məlum oldu ki, bu özünü QHT hərəkatının lideri qismində təqdim edən, əslində isə ekoloji problemləri çörək ağacı seçmiş və ailə şirkətini QHT kimi qələmə verən Samir İsayevin "Ekoleks" adlanan şirkətinin saytında yerləşdirdirilmiş replikalarından birinə əsaslanaraq hazırlanmış yazıdır.
Qeyd edək ki, S.Isayev vaxtilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində də layihə əldə edərək (o zaman o, Nazirliyin fəaliyyətini çox yüksək qiymətləndirirdi, xüsusi təriflər yağdırırdı, indi aydın olur ki, bu sadəcə olaraq S.İsayevin ailə şirkətinin kommersiya taktikasıdır) bir müddət çalışmışdır. Maraqlıdır ki, bu şəxs məqsədləri barədə ehtimallarımız olan qaralama kampaniyası aparmaq əvəzinə, istəsəydi real təhlil apara bilərdi.
Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2003”“cü il tarixli 1152 saylı Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında meşələrin bərpa edilməsinə və artırılmasına dair Milli Proqrama" əsasən 2003”“2008”“ci illər ərzində Respublika ərazisində 69,7 min hektar sahədə meşəbərpa tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. (Yeri gəlmişkən, S.İsayevin istifadə etdiyi mətndə mexaniki səhv nəticəsində yanlış rəqəm göstərilmişdi, lakin bu məsələnin mahiyyətini az dəyişir, istənilən halda nazirlikdən dəqiqləşdirmə aparmaq, və ya, bizdən küsüblərsə, rəsmi dövlət sənədi olan Proqramın mətninə baxmaq olardı). Bu işlərin həyata keçirilməsi üçün Milli Proqramda 63,6 milyon manat vəsait tələb olunub, hal”“hazırkı günə qədər Nazirlik bu məqsədlərə, adi qaydada ayrılmış illik büdcə çərçivəsində üst-üstə, 4 ildə 14,2 milyon manat vəsait sərf etmişdir. Buna baxmayaraq Nazirlik tərəfindən Milli Proqrama uyğun olaraq ötən müddət ərzində 48,2 min hektar sahədə meşəbərpa işləri aparılmış və bunun da 18,9 min hektarını yeni salınmış meşələr təşkil edir. Mövcud normativlərlə bu o deməkdir ki, Nazirlik sərf olunan vəsaitə nisbətdə tələb olunandan 3,5 dəfədən daha çox meşəbərpa və meşəsalma işi aparmışdır. Keçən müddət ərzində Nazirlik tərəfindən 200 milyon ədəd ting yetişdirilmiş, bu tinglər əsasən yeni meşələrin salınmasında istifadə edilmişdir. Onu da qeyd edək ki, bu, Nazirlik yarananadək eyni müddətdə yetişdirilən fidanların sayından 20 dəfə çoxdur. Sərf olunan vəsaitə gəldikdə deyə bilərik ki, əvvəllər hər bir fidanın yetişdirilməsinə 8 qəpik vəsait sərf olunurdusa, Nazirlik, demək olar ki, eyni vəsaitlə dəfələrlə çox fidan yetişdirərək bu xərci (10 ədədi) 2 qəpiyə endirə bilib. Məhz bu, əslində entuziazma söykənmiş fəaliyyət imkanı yaratmışdır ki, fidanların da müəyyən hissəsi əvəzsiz olaraq Respublikada yaşıllaşdırma işlərinin aparılması üçün verilmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, 1995”“2000-ci illər ərzində 26,3 min hektar sahədə meşəbərpa işləri aparıldığı halda, Nazirlik yaranandan sonra 2001”“2007”“ci illər ərzində, yəni 6,5 il müddətində, 60,7 min hektar sahədə meşəbərpa tədbirləri həyata keçirilmişdir.
Meşələrin qorunub mühafizə edilməsi sahəsində Nazirlik tərəfindən həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində qanunsuz qırıntı halları ilbəil azalmışdır.Belə ki, 2003-cü ildə yol verilmiş qanunsuz qırıntıların həcmi 49 min kub metr olduğu halda, bu göstərici 2007-ci ildə 34 faiz azalaraq, 32 min kub metr olmuşdur.Təhlil göstərir ki, aşkar edilmiş qanunsuz qırıntılar əsasən qış aylarında baş verir və bu da həmin dövrdə dağ kəndlərində əhalinin enerjiyə artan tələbatı ilə bağlıdır. Maraqlıdır, görəsən əslən Respublikamızın şimal bölgəsindən olan Samir İsayev aldığı qrantlardan qış dövründə, heç olmasa, öz qohumlarının enerjiyə olan tələbatını meşənin hesabına deyil, digər yanacaq növlərindən istifadə etmələri üçün hansısa bir cəhd etmişdirmi?
Təkcə 2007-ci ildə meşə qanunvericiliyinin pozulması ilə əlaqədar 501 fakt üzrə sənədlər hüquq mühafizə orqanlarına göndərilmiş, qanunsuz qırıntıya yol verdiklərinə görə meşə mühafizəsi xidmətinin 139 nəfəri tutduğu vəzifədən azad edilmiş və 395 nəfər barəsində müxtəlif intizam tənbehi tədbirləri görülmüşdür. Bundan başqa Nazirlik tərəfindən 4 meşə mühafizəsi və bərpası müəsisəsində aparılmış araşdırmalar zamanı müəsissələrin fəaliyyətində ciddi nöqsanlar aşkar edildiyindən araşdırma sənədləri qanunamüvafiq tədbirlərin görülməsi üçün Respublika Baş Prokurorluğuna göndərilmişdir. Məhz meşələrin qorunub mühafizə edilməsi işlərinin düzgün təşkil edilməsi səbəbindən iş adamları yerli meşələrdən, demək olar ki, tamamilə əllərini üzmüşlər. Respublikaya idxal edilən ağac və ağac məhsullarının miqdarı 2002-ci ilə nisbətən 2007-ci ildə 2,8 dəfə (2002-ci ildə 31,1 milyon ABŞ dolları məbləğində olduğu halda, 2007-ci ildə bu rəqəm 87 milyon ABŞ dolları olmuşdur) artmışdır.
Yuxarıda qeyd edildiyi kimi S.İsayev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tövsiyəsi ilə Avropa İttifaqı tərəfindən "TASİS" Proqramı çərçivəsində maliyyələşdirilən "Ətraf mühitə dair informasiya, təhsil və ictimaiyyətin məlumatlandırılması" layihəsi üzrə koordinator vəzifəsinə təyin edilmiş və bu layihə xeyli vəsait hesabına 2003”“2005”“ci illər ərzində həyata keçirilmişdir. Layıhənin həyata keçirilməsi müddətində S.İsayev mütəmadi olaraq KİV”“də və iştirak etdiyi bütün tədbirlərdə Nazirliyin fəaliyyətinin Respublikada mövcud ekoloji durumun yaxşılaşmasına xidmət etdiyini, hətta ETSN”“in əməkdaşlarından da artıq canfəşanlıqla dəfələrlə bildirmişdir. Milli Proqramın qəbul edildiyi dövrdə "Ətraf mühitə dair informasiya, təhsil və ictimaiyyətin məlumatlandırılması" layihəsinin koordinatoru olan S.İsayevin qeyd edilən Milli Proqramda neçə hektar meşə salınmasını, bu işlərə nə qədər vəsaitin tələb olunduğunu, əslində bu işlərin məqsədli ayrılan vəsaitlərin hesabına yox, göründüyü kimi dəfələrlə az olan, adi qaydada ayrılan büdcə çərçivəsində görüldüyü barədə dəqiq məlumatı olması şübhə yaratmır. Sual olunur, Samir İsayev dəqiq informasiyaya malik olmasına baxmayaraq insanları nə məqsədlə aldadır? Əslində isə burada çətin anlaşılan bir məsələ yoxdur. S.İsayev, yəqin, yeni donor axtarışına çıxmışdır. Hesab edirik ki, onun bu hərəkəti ağına”“bozuna baxmadan, haqq”“ədaləti unudaraq, qərəzli mövqe tutaraq, hətta yalandan, şantaj metodlarından istifadə edərək, yeni qrant əldə etmək üçün edilən cəhddir.
Ümumiyyətlə, QHT”“lərin belə metodlarla fəaliyyət göstərmələri qəbuledilməzdir. Amma qeyd edildiyi kimi S.İsayevin təşkilatını QHT adlandırmaq olarsa... Sadəcə bu şirkətə və onun sahiblərinə QHT sektoru daha çörəkli görünür.
Əslində Nazirliyin saytından daha geniş məlumatlı olması S.İsayevin Nazirlikdə oturaraq həyata keçirdiyi layihənin adından da göründüyü kimi elə onun özünün bir nömrəli vəzifəsi idi. Amma S.İsayev, görünür, bu işdə müəyyən qənaət etməyə qərarlı olub. Bəs onda niyə indi, həmən, bizim özümüzü də qane etməyən və yeni variantı üzərində işlədiyimiz saytı belə sıxma-döyməyə salır?
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, öz kommersiya maraqları naminə həqiqətlə, başqalarının az-çox alınan işi ilə və nəhayət QHT hərəkatı ilə manipulyasiya edilir. İmam, Peyğəmbər olmaq üçün azı İmam, Peyğəmbər qədər təmənnasız, təmiz, hamıya açıq olmaq gərəkdir.
Amma düşünmürük ki, S.İsayev kimi həqiqətə tüpürmək, öz çörəyini belə yollarla əldə etmək istəyində olanlar QHT-ləri belə asanlıqla istədiyi səmtə sürə bilsin. Onların öz gözləri var, biz isə hamıya açığıq, məlumat istəyənə də, konstruktiv tənqidə də.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Meşələrin İnkişafı Departamenti