Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

14 Sentyabr 2015, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-90, Kiçik Qafqazın çaylarında 70-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 15-25 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Sentyabrın 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 102 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 83 m3/s olmaqla ongünlük normanın 60 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 30 m3/s olmaqla, ongünlük normanın 33 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 23,5 m3/s təşkil edərək ongünlük normanın 26 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Sentyabrın 14-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 4, Salyanda 6, Bankədə 12 sm azalma qeydə alınıb, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 320 sm (2014-cü il sentyabrın 14-də 289 sm), Şirvanda 169 sm (2014-cü il sentyabrın 14-də 125 sm), Salyanda 97 sm (2014-cü il sentyabrın 14-də 68 sm), Bankədə 159 sm (2014-cü il sentyabrın 14-də 197 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 sm (2014-cü il sentyabrın 14-də 30 sm) təşkil edir.