Xəbərlər

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 88 kq işlənmiş batareya təhvil alınıb

01 Mart 2024, 18:00

”Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “Araz” supermarketlər şəbəkəsinin Space filialından, “Bravo” supermarketlər şəbəkəsinin Koroğlu və 20 yanvar filiallarından, 230 nömrəli orta məktəbdən ümumilikdə 88 kq işlənmiş batareya toplanaraq "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilib.

İşlənmiş batareyaların tərkibindəki zərərli maddələr insan sağlamlığına və ətraf mühitə təhlükə yaradır. İstifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən 1 may 2022-ci il tarixində “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə start verilib.

Ətraf mühitə həssaslıqla yanaşaraq işlənmiş batareyaları təhvil verən bütün vətəndaşlara təşəkkür edirik.



88 kg of used batteries were handed over within the framework of the project "Hand over batteries, protect nature"

Within the framework of the project "Hand over the batteries, protect the nature", 88 kg of used batteries were collected from Space branch of "Araz" supermarket network, Koroglu and 20 January branches of "Bravo" supermarket network, Secondary school number 230 and handed over to "Dangerous Waste" LLC.

Harmful substances of used batteries pose a threat to human health and the environment. The Ministry of Ecology and Natural Resources and the Red Hearts Foundation launched the project "Hand over the batteries, protect nature" on May 1, 2022 in order to sort out and dispose of useless electric batteries and disinfect them under special conditions.

We thank all citizens who handed over used batteries by being sensitive to the environment.