Xəbərlər

Ümumdünya Su-Bataqlıq Əraziləri Gününə həsr olunmuş dəyirmi masa keçirilib

03 Fevral 2024, 16:45

Ağgöl Milli Parkında təşkil olunan tədbirdə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları, Azərbaycan Ornitoloji Cəmiyyətinin nümayəndələri, Kooperasiya Universitetinin müəllim və tələbə heyəti, Azərbaycan Fotoqraflar Birliyinin fotoqrafları, ekokönüllülər iştirak edib.

Tədbir zamanı iştirakçılar tərəfindən ölkəmizin mühüm ornitoloji ərazidə yerləşməsi, mövcud olan su-bataqlıq əraziləri, Ramsar Konvensiyası, Konvensiyanın siyahısına düşən mühüm ərazilər, sulu-bataqlıq ərazilərdə yerləşən milli parklarımız, eləcə də Ağgöl Milli Parkının ornitofaunası barədə məsələlər müzakirə olunub.

Dəyirmi masa formatında başlayan tədbir daha sonra çöl təcrübəsi - quşların müşahidəsi ilə davam edib, fotoqraflar Ağgöl Milli Parkından maraqlı və rəngarəng görüntülər lentə alıblar.



A round table was held dedicated to the World Wetlands Day

Employees of the Biological Diversity Protection Service, representatives of the Azerbaijan Ornithological Society, teachers and student staff of the University of Cooperation, photographers of the Union of Photographers of Azerbaijan, eco-volunteers participated in the event organized in Aghgol National Park.

During the event, issues related to the location of our country in an important ornithological area, existing wetland areas, the Ramsar Convention, important areas listed in the Convention, our national parks located in wetland areas, as well as the ornithofauna of Aghgol National Park were discussed by the participants.

The event, which started in a round table format, then continued with outdoor experience - bird observation, photographers recorded interesting and colorful images from Aghgol National Park.