Xəbərlər

18 Mart - Qlobal təkrar emal günü

18 Mart 2023, 09:50

Təkrar emal təbii sərvətləri mühafizəyə yardım edən dövri Təkrar emal təbii sərvətləri mühafizəyə yardım edən dövri iqtisadiyyatın əsas hissəsidir.

"Qlobal Təkrar Emal Günü"  təkrar emalın qiymətli ilkin resursların qorunmasında və planetin gələcəyinin təmin edilməsində oynadığı əhəmiyyətinin tanınması məqsədilə 2018-ci ildən qeyd olunur.

2023-cü il "Qlobal Təkrar Emal Günü"nün mövzusu yaradıcılıq və innovasiyadır.

Təkrar emala prosesində hamımız yaradıcı olmalıyıq. Təkrar emal oluna bilən yararsız əşyaları onlar üçün ayrılmış təkrar emal qutularına atmaqla kifayətlənməməli, eyni zamanda, onları azaltmaq, yenidən istifadə və təkrar emal etmək üçün yeni yollar tapmalıyıq.