Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi
Rəhbərlik
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi
Ümumi məlumat
26 iyul 1976-cı il təvəllüdlüdür. Naxçıvan Universitetini “yol hərəkətinin təşkili” ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2001-ci ildə başlayıb. 2001-ci ildə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin Bakı şəhər ekologiya komitəsinin baş müfəttişi, 2002-2004-cü illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Abşeron-Bakı Ekologiya və Təbii Sərvətlər İdarəsinin Su ehtiyatlarına, atmosfer havasına və tullantılara nəzarət şöbəsinin məsləhətçisi, 2004-2013-cü illərdə Nazirliyin Bakı şəhəri Ekologiya və Təbii Sərvətlər Departamentinin Ətraf mühitin monitorinqi və mühafizəsinin təşkili üzrə qrupunun məsləhətçisi, böyük məsləhətçisi, 2013-2019-cu illərdə həmin Departamentin Ətraf mühitin monitorinqi və ekoloji maarifləndirmə sektorunun baş məsləhətçisi, 2019-2022-ci illərdə Nazirliyin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorinq sektorunun baş məsləhətçi-müfəttişi, 2022-2023-cü illərdə Nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəis müavini vəzifələrində işləyib. 02.11.2023-cü il tarixindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi vəzifəsində işləyir.
Ailəlidir, 2 övladı var.