Milli Hidrometeorologiya Xidməti
Rəhbərlik
Nazim Mahmudov
Milli Hidrometeorologiya Xidmətinin rəisi
Ümumi məlumat
22 mart 1980-ci il təvəllüdlüdür. 2000-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr pilləsini “biologiya” ixtisası üzrə, 2005-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universistetinin magistr pilləsini “maliyyə və kredit” ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 2000-ci ildə başlamışdır. 2002-2006-cı illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsində mühəndis, baş məsləhətçi, 2006-2012-ci illərdə Aparatın Ekoloji Təbliğat Şöbəsində məsləhətçi, sektor müdiri əvəzi, 2012-2015-ci illərdə Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentində baş məsləhətçi vəzifəsində çalışmışdır. 2015-2017-ci illərdə Nazirliyin Ekoloji Təbliğat Şöbəsinin məsləhətçisi vəzifəsini icra etmişdir. 2018-ci ildən Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəis müavini vəzifəsində çalışıb. 2021-2023-cü illərdə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi vəzifəsini icra edib. 17 avqust 2023-cü il tarixdən Milli Hidrometeorologiya Xidmətinin rəisi vəzifəsini icra edir.
23 iyun 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medal ilə təltif olunmuşdur.
Ailəlidir, 2 övladı var.
23 iyun 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medal ilə təltif olunmuşdur.
Ailəlidir, 2 övladı var.
Qəbul günləri
Çərşənbə, cümə 17:00 – 18:00Əlaqə vasitələri
phone