Geoloji Kəşfiyyat Agentliyi
Rəhbərlik
Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri
Ümumi məlumat
19 noyabr 1959-cu il təvəllüdlüdür. 1985-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun “dağ mühəndisi-geofizik” ixtisası üzrə bitirmişdir.
1985-ci ildə Azərbaycan Geologiya İdarəsinin Geofiziki Ekspedisiyasında böyük texnik-geofizik işləmiş, 1985-1991-ci illərdə Böyük Qafqazın dərinlik geoloji-tektonik quruluşunun öyrənilməsi lahiyələri üzərində işləmiş, 1994-1995-ci illərdə Türkiyə Cumhuriyyəti Ərzrum Atatürk Universitetində işləmiş, 1991-2002-ci illərdə Geologiya İdarəsinin ZPKGP və Seysmogeodinamika GİM-nin baş geofiziki vəzifələrində çalışmışdır.
2002-2006-cı illərdə Ekologiya və Təbi Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji monitorinq mərkəzinin baş geofiziki, 2006-cı ildən Mərkəzin direktoru vəzifəsində, 2018-2019-cu illərdə Geofiziki Ekspedisiyanın rəisi vəzifəsində çalışmışdır.
2019-cu il tarixdən Milli Geoloji Kəşfiyyat Xidmətinin Kompleks Planlama İdarəsinin rəisi-baş geoloq vəzifəsinə təyin edilmiş, Xidmətin rəisi vəzifəsini icra etmişdir. 01 dekabr 2020-ci il tarixdən Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi vəzifəsində çalışır.
Azərbaycan Geofizikləri və Azərbaycan Seysmoloqlar Assosiasiyasının üzvü, AMEA-nın Geologiya və Geofizika İnstitutunun dissertantıdır. “Azərbaycanın Tektonikası (IV cild)” həmmüəlifi, 50-dən artıq elmi məqalənin müəllifidir.
Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 2065 nömrəli Sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adı verilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür, ailəlidir, 3 övladı var.
Qəbul günləri
Bazar ertəsi, cümə 17:00 – 18:00