Fəaliyyət istiqamətləri
- qanunla müəyyən olunan hallarda dövlət ekoloji ekspertizasının obyektləri üzrə dövlət ekoloji ekspertizasını aparmaq;
- şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq ərazi planlaşdırılması sənədlərinə rəy vermək;
- “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq nəzərdə tutulan fəaliyyətlə məşğul olan müəssisələr üzrə onların ətraf mühitə təsir göstəricilərinə dair ekoloji sənədləri (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), habelə ekoloji pasport) razılaşdırmaq;
- “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə icazə vermək;
- su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazə vermək;
- atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazə vermək;
- yaşıllığın götürülməsinə dair rəy vermək;
- istehsal üçün yabanı dərman bitkiləri xammalının tədarükünə lisenziya verilməsinə dair rəy vermək;
- “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mikroorqanizmlərin yeni ştamlarının, bioloji aktiv maddələrin yaradılması, genetik dəyişilmiş orqanizmlərin yetişdirilməsi və başqa biotexnoloji məhsulların istehsalına dair rəy vermək;
- Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş qaydada torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinə dair sənədlərə rəy vermək;
- “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tullantıların yerləşdirilməsi, basdırılması və emalı üçün torpaq sahələrinin ayrılmasına aidiyyəti üzrə razılıq vermək;
- fəaliyyət istiqamətlərinə uyğun ödənişli xidmətlər göstərmək;
- icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn tədbirlər görmək.