"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyəti
Rəhbərlik
“Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin sədri
Ümumi məlumat
20 iyun 1994-cü il təvəllüdlüdür. Azərbaycan Dövlət İqtisad Universitetini “dünya iqtisadiyyatı” ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2018-ci ildə başlayıb. 2018-2019-cu illərdə “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinin Maliyyə və təsərrüfat şöbəsinin mütəxəssisi, baş mütəxəssisi, 2019-2021-ci illərdə Cəmiyyətin Maliyyə və iqtisadiyyat şöbəsinin Maliyyələşmə və iqtisadi təhlil sektorunun müdiri, 2021-2022-ci illərdə Xarici İşlər Nazirliyinin Əmlakların idarə olunması və xidmətlərin təşkili idarəsinin Təsərrüfat və nəqliyyat xidməti şöbəsinin baş mütəxəssisi, Satınalmalar və müqavilələr şöbəsinin müdiri, 2022-2024-cü illərdə isə “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifələrində işləyib. 17.01.2024-cü il tarixdən “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində işləyir.
Ailəlidir.