Elanlar

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya namizədliyin təqdim olunması barədə

00 0000

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya namizədliyin təqdim olunması barədə ELAN
 
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun 6.2-ci bəndinə və Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə” nin 1.4-cü bəndinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nazirlik yanında İctimai Şuranın üzvlərinin təyin olunması məqsədi ilə vətəndaş cəmiyyəti institutlarının namizədlərinin seçilməsini  elan edir.
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa, sözügedən Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanına və Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə  təsdiq edilmiş “İctimai şuranın vətənaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə” yə uyğun olaraq,
 
            Namizədlərin seçilməsinə aid tələblər:
  1. Şuraya irqindən, milliyyətindən, dilindən, dinindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, ekologiya və təbii sərvətlər sahəsində təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabilliyyətli vətəndaşı üzv ola bilər.
   2. Hər bir vətəndaş cəmiyyəti institutu (qeyri-hökuməti təkilatları ( ictimai birliklər və fondlar), kütləvi informasiya vasitələri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri) qanuna görə ictimai şuranın üzvlüyünə yalniz bir namizəd irəli sürülməlidir.
    3. İctimai şuranın üzvlüyünə irəli sürülən namizəd aşağıdakı sənədləri  təqdim etməlidir:
  • şəxsiyyət vəsiqəsinin surətini  (müvafiq qaydada təsdiq edilmiş);
  • tərcümeyi-halını;
  • hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda, həmin üzvlüyü təsdiq edən sənədin surətini  (müvafiq qaydada təsdiq edilmiş);
  • tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.
     4. Yuxarıda göstərilən şərtlərə uyğun olmayan şəxslərin namizədliyinin qeydiyyatından  imtina edilir.
     5. Namizədlər tələb olunan sənədləri 2017-cı il 06 mart – 06 aprel tarixləri arasında, rəsmi iş günləri saat 10:00-dan 17:00-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (Seçki Komissiyasına) şəxsən təqdim etməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nazirlik yanında İctimai Şuranın 1-ci seçki kompaniyasında iştirak etmiş vətəndaş cəmiyyəti institutlarının namizədləri işində hər hansı dəyişiklik olmadığı halda sənəd təqdim etməyə bilər (Bakı şəhəri, B.Ağayev küçəsi 100 A, tel: 012 538 73 18).