Elanlar

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi aşağıdakı vəzifələrin tutulması üçün daxili müsahibə ELAN EDİR:

17 Sentyabr 2020

• Bioloji Müxtəlifliyin Qorunması Xidməti, Rəhbərlik, rəis 
• Bioloji Müxtəlifliyin Qorunması Xidməti, Rəhbərlik, rəis müavini (2 ştat vahidi)
• Bioloji Müxtəlifliyin Qorunması Xidməti, Xüsusi mühafizə olunan ərazilərin inkişafı şöbəsi, şöbə müdiri
• Bioloji Müxtəlifliyin Qorunması Xidməti, Bioloji müxtəlifliyin artırılması və tənzimlənməsi şöbəsi, şöbə müdiri
• Bioloji Müxtəlifliyin Qorunması Xidməti, Bioloji müxtəlifliyin artırılması və tənzimlənməsi şöbəsi, baş məsləhətçi
• Bioloji Müxtəlifliyin Qorunması Xidməti, Bioloji müxtəlifliyin qorunmasının təşkili şöbəsi, şöbə müdiri
• Bioloji Müxtəlifliyin Qorunması Xidməti, Bioloji müxtəlifliyin qorunmasının təşkili şöbəsi, aparıcı məsləhətçi
• Bioloji Müxtəlifliyin Qorunması Xidməti, Hüquqi təminat, insan resursları və sənədlərlə iş sektoru, sektor müdiri
• Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Rəhbərlik, rəis müavini
• Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Tullantıların idarə edilməsi və iri çirkləndirmə obyektlərinə nəzarət şöbəsi, şöbə müdiri
• Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Ətraf mühitə operativ nəzarət şöbəsi, şöbə müdiri
• Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsi, məsləhətçi-hüquq məsələləri üzrə (2 ştat vahidi)
• Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Regional bölmələrlə iş şöbəsi, şöbə müdiri
• Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Maliyyə,mühasibat uçotu və təsərrüfat şöbəsi, şöbə müdiri
• Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, Maliyyə,mühasibat uçotu və təsərrüfat şöbəsi, baş məsləhətçi-baş mühasib
• Meşələrin İnkişafı Xidməti, Rəhbərlik, rəis
• Meşələrin İnkişafı Xidməti, Rəhbərlik, rəis müavini (2 ştat vahidi)
• Meşələrin İnkişafı Xidməti, Meşəbərpa şöbəsi, şöbə müdiri
• Meşələrin İnkişafı Xidməti, Meşəbərpa şöbəsi, aparıcı məsləhətçi-aqronom
• Meşələrin İnkişafı Xidməti, Meşəbərpa şöbəsi, aparıcı məsləhətçi-toxumçuluq üzrə
• Meşələrin İnkişafı Xidməti, Meşəmühafizə şöbəsi, baş məsləhətçi-cərimə və ziyanın tətbiqi üzrə
• Meşələrin İnkişafı Xidməti, Meşəmühafizə şöbəsi, aparıcı məsləhətçi-yanğın təhlükəsizliyi üzrə
• Meşələrin İnkişafı Xidməti, Meşə fondundan istifadə şöbəsi, baş məsləhətçi-aralıq istifadə qırmaları üzrə
• Meşələrin İnkişafı Xidməti, Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsi, şöbə müdiri
• Meşələrin İnkişafı Xidməti, Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsi, baş məsləhətçi-hüquq məsələləri üzrə
• Meşələrin İnkişafı Xidməti, Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsi, aparıcı məsləhətçi-kadrlar üzrə
• Milli Hidrometeorologiya Xidməti, Rəhbərlik, rəis
• Milli Hidrometeorologiya Xidməti, Rəhbərlik, rəis müavini
• Milli Hidrometeorologiya Xidməti, Rəhbərlik, rəis müavini-iqtisadiyyat məsələləri üzrə
• Milli Hidrometeorologiya Xidməti, Müşahidə sistemlərinin təşkili və metodiki təminat şöbəsi, Hidrometeorologiya sektoru, sektor müdiri
• Milli Hidrometeorologiya Xidməti, Müşahidə sistemlərinin təşkili və metodiki təminat şöbəsi, Hidrometeorologiya sektoru, aparıcı məsləhətçi
• Milli Hidrometeorologiya Xidməti, Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sektoru, aparıcı məsləhətçi-ictimaiyyətlə əlaqələr üzrə
• Milli Hidrometeorologiya Xidməti, Texniki təminat,satınalmalar və xidmətlər şöbəsi, şöbə müdiri
• Milli Hidrometeorologiya Xidməti, Texniki təminat,satınalmalar və xidmətlər şöbəsi, Texniki təminat və satınalmalar sektoru,sektor müdiri
• Milli Hidrometeorologiya Xidməti, Xidmətlərin marketinqi sektoru, sektor müdiri
• Milli Hidrometeorologiya Xidməti, Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsi, şöbə müdiri
• Milli Hidrometeorologiya Xidməti, Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsi, İnsan resursları və hüquqi təminat sektoru, sektor müdiri
• Milli Hidrometeorologiya Xidməti, Maliyyə və iqtisadiyyat şöbəsi, şöbə müdiri
• Milli Hidrometeorologiya Xidməti, Maliyyə və iqtisadiyyat şöbəsi, Maliyyə risklərinin idarə olunması sektoru, sektor müdiri
• Milli Hidrometeorologiya Xidməti, Maliyyə və iqtisadiyyat şöbəsi, Maliyyə risklərinin idarə olunması sektoru, aparıcı məsləhətçi-iqtisadçı
Müsahibədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində inzibati vəzifədə qulluq keçən və müvafiq ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilər.
Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
- ərizə;
- kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir);

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 18 sentyabr 2020-ci il tarixdən 02 oktyabr 2020-ci il tarixdə saat 18:00-dək aparılacaq. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsi ilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları iştirak edə bilərlər.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İnsan resurslarının idarə edilməsi şöbəsinə müraciət edilə bilər.

Telefon: 012 538 84 89