Elanlar

Azərbaycan Respublikası ərazisində 2020-2021-ci illərin ov mövsümü 2020-ci il 1 sentyabr tarixindən etibarən açıq elan edilib.

14 Avqust 2020

Azərbaycan Respublikası ərazisində 2020-2021-ci illər üzrə ov mövsümünün başlanması ilə bağlı vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları, ov icazələrinin  bölgü cədvəlləri hazırlanıb.

Respublika ərazisində 2020-2021-ci illərin ov mövsümündə vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları aşağıdakı kimi təyin edilib:

 

Ov obyekti olan  vəhşi heyvan və quş

 növü

Ovlanma müddəti

 

Adambaşına 1 dəfəlik  norma

 

Qaban (Çöl donuzu)

14 sentyabr 2020-ci il –

21 dekabr 2020-ciil

1 baş (3 nəfərdən

az olmayan qrup

ovçulara)

Dovşan

16 noyabr 2020-ci il –

11 yanvar 2021-ci il

2 baş

Bataqlıq qunduzu (nutriya)

05 oktyabr 2020-ci il-

15 fevral 2021-ci il

 

Nutriya təsərrüfat-ları olan təşkilatlar

Cüllüt (ağquyruq çökükburun,  qırqıldayan cüllüt, kiçik kroşnep və çölhaçaquyruq cüllütü istisna olmaqla)

 

 14 sentyabr 2020-ci il –

 23 noyabr  2020-ci il

 

6 ədəd

 

Qaz (ağ qaş və qırmızı döş qaz istisna olmaqla )

 

 

12 oktyabr 2020-ci il –

28 fevral  2021-ci il

 

1 ədəd

 

Ördək (ağgöz qara ördək, göydimdik,qılquyruq ördək və mərmər cürə istisna olmaqla)

 

 

12 oktyabr 2020-ci il –

28 fevral  2021-ci il

 

4 ədəd

 

Qaşqaldaq

12 oktyabr 2020-ci il –

28 fevral  2021-ci il

6 ədəd 

Alabaxta

1 sentyabr 2020-ci il-

16 noyabr 2020-ci il

2 ədəd

Bildirçin

1 sentyabr 2020-ci il-

16 noyabr 2020-ci il

4 ədəd

Çöl göyərçini

1 sentyabr 2020-ci il-

16 noyabr 2020-ci il

4 ədəd