Elanlar

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aşağıda göstərilən tabeli qurumları üzrə rəhbər vəzifələrə işçi seçimi ilə əlaqədar müsabiqə elan edir:

14 Yanvar 2020

    1. Korçay Dövlət Təbiət Qoruğu;
    2. Eldar Şamı Dövlət Təbiət Qoruğu;
    3. Göygöl Milli Parkı;
    4. Altıağac Milli Parkı;
    5. Hirkan Milli Parkı;
    6. Qızılağac Milli Parkı;
    7. Şahdağ Milli Parkı;
    8. Samur-Yalama Milli Parkı.

    Müsabiqədə iştirakçıların seçilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İctimai Birliyinin və  Dövlət Turizm Agentliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçirilir.

    Müsabiqədə iştirak edənlər müvafiq sənədləri  (kadrların şəxsi uçot vərəqəsiəmək kitabçasının surəti, tərcümeyi-hal, ali təhsil haqda diplomun surəti)  2020-ci ilin 30 yanvar  tarixinədək Nazirliyin İnsan Resurslarının İdarə Edilməsi Şöbəsinə təqdim etməlidir.

    Müsabiqədə iştirak edən namizədlər aşağıdakı meyarlar üzrə  qiymətləndiriləcək:

    1. sahəvi biliklər
    2. idarəetmə bacarığı
    3. ümumi dünyagörüşü
    4. məntiq
    5. sahə üzrə iş təcrübəsi
    6. natiqlik
    7. kompyuter bilikləri
    8. dil bilikləri

    Qeyd: namizədliklər qəbul edilərkən rəhbər vəzifədə 5 il iş stajı olan, 25 yaşı tamam olmuş və təbiət elmləri üzrə elmi dərəcəli şəxslərə üstünlük veriləcək

    Əlaqə telefonu: 538 84 89