1964-cü ilin fevral ayında yaradılmışdır. Yasaqlıq Bakı şəhərinin Qaradağ rayonunun ərazisində yerləşir. Ümumi sahəsi 400 hektardır.
Burada əsasən adadakı və onun ətrafındakı quşlar, xüsusilə gümüşü qağayılar (Larus argentatus) qorunur. Ərazidə qağayıların sayı bəzən 10 000-ə çatır.