Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin Fərmanı ilə 22 iyun 2009-cu ildə yaradılmışdır. Yasaqlığın yaradılmasında əsas məqsəd ərazidə mövcud olan təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması, ekoloji tarazlığın saxlanılması olmuşdur. Bu yasaqlıq Dərələyi silsiləsi boyu ərazilərdə - Şərur, Kəngərli, Babək və Şahbuz rayonlarının inzibati ərazilərində yerləşir. Sahəsi 68911 hektardır.
Yasaqlığın ərazisinin bitki örtüyündə gözəl dazı (Hypericum formosissimum), şüalı zəngçiçəyi (Campanula ciliata), qurdqulağı süsən (Iris lycotis), tatar iksiolirionu (Ixiolirion tataricum), ağıriyli ardıc (Juniperus foetidissima), akaka soğanı (Allium akaka), təkdənli buğda (Triticum monococcum), gözəl qayışləçək (Himantoglossum formosum), çılpaq dorema (Dorema glabrum), zümrüdçiçəyinəbənzər puşkiniya (Puschikinia scilloides), Cənubi Qafqaz canavargiləsi (Daphne transcaucasica) və s. rast gəlinir.
Heyvanlardan Bəbir (Panthera pardus), adi safsar (Vormela peregusna), Bezoar keçisi (Capra aegagrus), Asiya muflonu (Ovis orientalis), daşlıq dələsi (Martes foina), Aralıq dənizi tısbağası (Testudo graeca), saqqallı kərkəs (Gypaetus barbatus), Xəzər uları (Tetraogallus caspius), qonur ayı (Ursus arctos), vaşaq (Lynx lynx), qırmızıqanad mərciməkquşu (Rhodopechys sanguineus) və s. qeydə alınmışdır.