01 Apr 2025
Bayram günlərində milli parklara 6482 turist səfər edib"Ekoloji turizm bütün dünyada ən populyar istirahət seçimidir və artıq deyə bilərik ki, ekoturizm Azərbaycanda da sürətlə inkişaf edir. Yerli əhali indi, əvvəlki illərdən daha çox təbiət qoynunda dincəlməyə önəm verir. Azərbaycanda böyük ekoturizm potensialına malik milli parklar şəbəkəsi var və əhalinin milli parklara səyahəti ildən-ilə artır".