Faydalı Bölmələr

Hidrometeoroloji xidmətlər

 

   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   

XIDMƏTLƏR

 

Azərbaycan Respublikası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin

Milli Hidrometeorologiya Departamenti

hidrometeoroloji xidmət sahəsində respublikamızın:

 

- Müəssisə rəhbərlərini və iş adamlarını.

- Tikinti təşkilatlarını.

- Orta və kiçik biznes müəssisələrini.

- Kənd təsərrüfatı və kənd təsərrüfatının emalı müəssisələrini.

- Kommunal təsərrüfatı və energetika müəssisələrini.

- Yerli özünüidarəetmə orqanlarını.

- Bütün Azərbaycan vətəndaşlarını.

 

QARŞILIQLI FAYDALI ƏMƏKDAŞLIĞA DƏVƏT EDİRİK

 

Bizə müraciət etməklə, Siz tərəfimizdən həyata keçirilən xidmət

sahələri üzrə öz vaxtında və dolğun məlumatlarla təmin

olunacaqsınız!

 

O cümlədən:

-1-3 sutkalıq ümumiləşdirilmiş və ya xüsusi hava proqnozu;

-Uzun müddətli və ya qısamüddətli dövr üçün iqlim məlumatları;

- Təhlükəli və ifrat təhlükəli təbiət hadisələri barədə proqnoz məlumatlar

(güclü külək, gözlənilən sel hadisələri, güclü qar, şaxta vəs.);

-Yaz əkinləri qabağı torpağın nəmliyi barədə məlumatların verilməsi;

-Aqrometeoroloji arayışlar;

 Bizim mütəxəssislərimiz Sizi diqqətlə dinləməklə tələb olunan hidrometeoroloji

məlumatların seçilməsində və optimal istifadə olunmasında məsləhət üçün həmişə qulluğunuzdadır.

 

Bizim təqdim etdiyimiz məlumat

Sizin işinizin effektivliyinə zəmanətdir!

 

Bizdən aldığınız informasiya Sizə müəssisənizin iqtisadi inkişafına dair

strategiyanın düzgün müəyyənləşdirilməsinə birbaşa köməkdir: 

- gözlənilən təhlükəli hidrometeoroloji hadisələr nəticəsində vurula biləcək sosial-iqtisadi
itkilərin vaxtında qabaqlayıcı tədbirləri həyata keçirməklə qarşısının alınmasında;
- İstirahət və istehsalat obyektlərinin, yaşayış massivlərinin layihələndirilməsi və tikintisi
zamanı optimal qərarın qəbul edilməsində
-Mühəndisi və digər axtarış işlərində.

 

HÖRMƏTLİ VƏTƏNDAŞLAR!

Qeyd olunmuş informasiya xidməti Mİlli Hidrometeorologiya Departamenti

tərəfindən ödənişli müqavilə əsasında istifadəçilərə təqdim olunur. 

İş vaxtı: saat 09:00 dan 18:00 dəkdir. 

Müqavilə formaları, ödəmə dərəcələri və qaydaları ilə, həmçinin digər Sizi

maraqlandıran məlumatları tam olaraq aşağıdakı ünvanda əldə edə bilərsiniz:

https://e-xidmet.eco.gov.az/index.php?sectionid=72 

Bakı şəhəri, Heydər Əliyev prospekti 10

Əlaqə TEL: +994 (012) 567-17-06.

FAX : +994 (012) 493-15-76.