• Baku
  • Daytime +11°C,
  • Night +8°C
  • Sumgayit
  • Daytime +11°C,
  • Night +8°C
  • Nakhichevan
  • Daytime +10°C,
  • Night 0°C
  • Khankandi
  • Daytime +7°C,
  • Night -3°C
  • Shusha
  • Daytime +3°C,
  • Night +2°C
  • Khojali
  • Daytime +6°C,
  • Night -2°C
  • Khojavand
  • Daytime +5°C,
  • Night -1°C
  • Gubadli
  • Daytime +7°C,
  • Night +2°C
  • Zangilan
  • Daytime +7°C,
  • Night +2°C
  • Lachin
  • Daytime +3°C,
  • Night -3°C
  • Kalbajar
  • Daytime +3°C,
  • Night -3°C
  • Dashkasan
  • Daytime +6°C,
  • Night +2°C
  • Gadabay
  • Daytime +7°C,
  • Night +2°C
  • Agdam
  • Daytime +13°C,
  • Night +6°C
  • Jabrayil
  • Daytime +7°C,
  • Night +2°C
  • Fuzuli
  • Daytime +8°C,
  • Night +2°C
  • Ganja
  • Daytime +13°C,
  • Night +7°C
  • Gazakh
  • Daytime +12°C,
  • Night +6°C
  • Naftalan
  • Daytime +11°C,
  • Night +7°C
  • Shaki
  • Daytime +12°C,
  • Night +5°C
  • Aghstafa
  • Daytime +11°C,
  • Night +5°C
  • Gabala
  • Daytime +9°C,
  • Night +3°C
  • Shamakhi
  • Daytime +8°C,
  • Night +4°C
  • Zagatala
  • Daytime +12°C,
  • Night +5°C
  • Khizi
  • Daytime +6°C,
  • Night +1°C
  • Siyazan
  • Daytime +10°C,
  • Night +3°C
  • Shabran
  • Daytime +12°C,
  • Night +5°C
  • Guba
  • Daytime +7°C,
  • Night +2°C
  • Gusar
  • Daytime +5°C,
  • Night 0°C
  • Xhachmaz
  • Daytime +12°C,
  • Night +4°C
  • Kurdamir
  • Daytime +14°C,
  • Night +4°C
  • Yevlakh
  • Daytime +14°C,
  • Night +7°C
  • Aghchabadi
  • Daytime +12°C,
  • Night +6°C
  • Aghdash
  • Daytime +12°C,
  • Night +5°C
  • Goychay
  • Daytime +13°C,
  • Night +4°C
  • Barda
  • Daytime +13°C,
  • Night +6°C
  • İmishli
  • Daytime +14°C,
  • Night +7°C
  • Salyan
  • Daytime +14°C,
  • Night +7°C
  • Beylagan
  • Daytime +12°C,
  • Night +6°C
  • Saatli
  • Daytime +13°C,
  • Night +3°C
  • Hajigabul
  • Daytime +14°C,
  • Night +8°C
  • Masalli
  • Daytime +12°C,
  • Night +6°C
  • Lankaran
  • Daytime +13°C,
  • Night +7°C
  • Lerik
  • Daytime +9°C,
  • Night +5°C
Useful Sections

"Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları"nın və "Ovçuluq təsərrüfatları haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

"Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları"nın və "Ovçuluq təsərrüfatları haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

"Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları"nın və "Ovçuluq təsərrüfatları haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. 1.  "Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları" və "Ovçuluq təsərrüfatları haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
  2. 2.  Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 8 fevral tarixli 64 nömrəli və 1985-ci il 25 sentyabr tarixli 319 nömrəli qərarları qüvvədən düşmüş hesab edilsin.
  3. 3.  Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 27 yanvar 2005-ci il

№ 10

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə

                 TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması

QAYDALARI

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.1. 1.1.  Bu Qaydalar "Ovçuluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 69 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması qaydalarını müəyyən edir.

1.2. 1.2.  Ovçuluğun həyata keçirilməsinə və ovçuluq təsərrüfatlarının aparılmasına aid edilən, təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvanların məskunlaşdığı torpaq sahələri, meşə, digər bitki və su ilə örtülü olan təbiət əraziləri ov yerləridir.

1.3. 1.3.  Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ovu həyata keçirən şəxslər tərəfindən tutulmuş və vurulmuş vəhşi heyvanlar, onların dəriləri, dəri örtükləri, buynuzları, əti və digər hissələri ov məhsulları hesab olunur.

1.4.  1.4.   Qanunvericiliklə müəyyən edilmiş qaydada ovlanmasına icazə verilmiş təbii sərbəstlik və yarımsərbəst şəraitində xüsusi ayrılmış yerlərdə yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvan növləri ov obyekti sayılır. Vəhşi heyvan növlərinin ov obyektinə aid edilməsi və ovlanma limitləri, həmçinin əhalinin sağlamlığını mühafizə etmək və təhlükəsizliyini təmin etmək, kənd təsərrüfatı və ev heyvanlarını xəstəliklərdən qorumaq, heyvanlar aləminə, onların yaşayış mühitinə və iqtisadiyyata zərər vurulmasının qarşısını almaq məqsədilə ayrı-ayrı yırtıcı heyvan növlərinin vurulması limitləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilir. Ov obyektinə aid edilmiş vəhşi heyvanları yetişdirib ov yerlərinə buraxan təsərrüfat subyektləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müəyyən etdiyi qaydada ov etmək üçün icazə verə bilər.

1.5.  1.5.   Ovçuluq fəaliyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində ovçuluq bileti və üzvlük bileti əsasında verilmiş ov etmək üçün icazəyə müvafiq olaraq həyata keçirilir. Ovçuluq bileti ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquqi sənəddir. Ovçuluq fəaliyyətini həyata keçirmək üçün ovçuluq bileti və ov etmək üçün icazəsi olan fiziki şəxs ovçu sayılır.

 

II. OV QAYDALARI VƏ MÜDDƏTLƏRİ

 

2.1. 2.1.  Quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü ov sayılır.

2.2. 2.2.  Respublika ərazisində ov mövsümünün başlanmasını və müddətini Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edir və bu barədə kütləvi informasiya vasitələri ilə əhaliyə məlumat verilir.

2.3. 2.3.  Ov obyektinə aid edilən vəhşi heyvanların ayrı-ayrı növlərinin ov mövsümündə tutulmasının və vurulmasının norması (sayı) Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilir.

2.4. 2.4.  Ov mövsümündə ov edilməsinə ərazinin epizootik durumundan asılı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilən günlərdə yol verilir. Ovçulara ovun yalnız bu günlər ərzində ov obyektlərinin hər növünə ayrıca verilən ov etmək üçün icazədə göstərilən normaya uyğun ov etməyə icazə verilir. Ov etmək üçün icazədə ov obyektlərinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Ov etmək üçün icazədə göstərilən normada (sayda) əldə edilən ov məhsulları ovçulara məxsusdur. Göstərilən normadan (saydan) artıq əldə edilən ov məhsulları ovçulardan geri alınır və onlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görülür.

2.5. 2.5.  Ov üçün qapalı olan yerlərdə və qadağan edilmiş vaxtda zooloji material toplamaq məqsədilə və başqa elmi məqsədlərlə ovlanması qadağan edilməyən vəhşi heyvanlar yalnız müvafiq elmi təşkilatların müraciətinə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı ilə tutulur və vurulur. Bu məqsədlər üçün vəhşi heyvan və quşlar yalnız ovçular tərəfindən ovlanır.

2.6.  2.6.   Ov edən şəxslər adamların və ev heyvanlarının yaralanmasına, habelə yanğın baş verməsinə qarşı bütün ehtiyat tədbirlərini görməyə və sanitar qaydalarına əməl etməyə borcludurlar.

2.7.  2.7.   Hər bir ovçu ova başlayanadək ov yerlərində təşkil edilmiş nəzarət-buraxılış məntəqəsinə gəlir. Burada ovçuluq təsərrüfatının işçiləri onun silahını, ovçuluq biletini, ov silahını saxlamağa daxili işlər orqanlarının xüsusi icazəsini və ov etmək üçün icazəni yoxlayır və ovçuların qeydiyyat kitabında bu barədə müvafiq qeydiyyat aparılır. Ov başa çatdıqdan sonra ovçu yenidən nəzarət-buraxılış məntəqəsinə gəlməyə və ovladığını yoxlatmaq üçün göstərməyə borcludur. Yoxlamanın nəticələri ovçuların qeydiyyat kitabında, ov etmək üçün icazənin kötüyündə isə ovçunun nəzarət-buraxılış məntəqəsinə gəlməsi qeyd edilir.

Nəzarət-buraxılış məntəqəsinə gəlmədən ov yerinə gedən və ya ovdan sonra çıxıb gedən ovçular ov qaydalarını pozmuş hesab edilir və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar.

 

III. OVÇULARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

 

Ovçuların hüquq və vəzifələri aşağıdakılardır:

ovçuluq təsərrüfatlarından və ov obyektlərindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada istifadə etmək;

ovçular cəmiyyətinə üzv olmaq;

ov yerlərində ov alətlərindən istfiadə etmək;

qanuni əldə edilən ov məhsullarına sahiblik etmək;

ovu həyata keçirmək üçün müəyyən olunmuş qaydalara, normalara, limitlərə və müddətlərə əməl etmək;

hər il üçün ovçular cəmiyyətinə üzvlük haqqını vaxtında ödəmək:

ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmək;

ov silahından qanunvericilikdə nəzərdə tutulmuş qaydada təyinatı üzrə istifadə etmək;

ov yerlərində ekoloji və sanitariya-gigiyena norma və qaydalarına riayət etmək;

ov yerlərində vəhşi heyvanların yaşayış mühitinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək;

ovçuluq təsərrüfatlarının mühafizəsi məsələləri üzrə ekoloji proqramların yerinə yetirilməsində iştirak etmək;

vəhşi heyvanlar arasında xəstəlik müşahidə edildikdə, onların yaşayış mühiti pisləşdikdə, heyvanların məhv olmaq təhlükəsi yarandıqda və tələf olması hallarında dərhal ovçuluq təsərrüfatlarına, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat vermək;

Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş və xüsusi mühafizə olunan vəhşi heyvan növlərinin mühafizə rejiminə əməl etmək;

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək və vəzifələri yerinə yetirmək.

 

 

 

IV. OV ETMƏK HÜQUQUNUN DAYANDIRILMASI

 

Ov etmək hüququ aşağıdakı hallarda dayandırılır:

hər il üçün üzvü olduğu ovçular cəmiyyətinə üzvlük haqqını vaxtında ödəmədikdə; ov etmək üçün verilmiş icazənin müddəti qurtardıqda;

ov etmək üçün icazədən istifadəyə lüzum qalmadıqda, yaxud bu hüquqdan könüllü imtina edildikdə;

ovçuluq fəaliyyətinə xitam verildikdə;

vəhşi heyvanları hər hansı vasitə ilə icazəsiz ovladıqda;

heyvanlar aləmindən xüsusi istifadə qaydaları pozulduqda;

ovçuluq üzrə müəyyən edilmiş qayda, norma və digər tələblər müntəzəm yerinə yetirilmədikdə;

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda

 

V. OV ETMƏYƏ QADAĞANLAR VƏ MƏHDUDİYYƏTLƏR

 

Azərbaycan Respublikası ərazisində ov edərkən aşağıdakılar qadağandır:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzərdə tutulmamış günlərdə ov etmək;

ovçuluq bileti və ov etmək üçün icazə olmadan ov etmək;

ov yerlərində heyvanlar arasında qorxulu yoluxucu xəstəliklər baş verdikdə ov etmək;

başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə etməklə ov etmək;

ov üçün verilmiş icazədə göstərilməyən yerdə ov etmək;

ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədən ov etmək;

ov üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov etmək;

daxili işlər orqanlarının icazəsi olmayan silahlardan istifadə etmək;

torların, zınqırovun, quş yapışqanının, tələlərin, ilgəklərin, duzaqların, gecələr məşəl, avtomobil, traktor və başqa nəqliyyat vasitələrinin faralarının işığının, süni işığın, prqjektorların, xərəyin, tor kisələrin, balıq ovu qırmaqlarının, zəhərli və digər toksigen mənşəli preparatlardan istifadə etməklə və ov çalalarının köməyi ilə vəhşi heyvan və quşların kütləvi surətdə əldə olunması üsullarını tətbiq etmək;

acınacaqlı vəziyyətdə olan (yemsizliyə, yanğına görə tükü tökülən və taqətdən düşən, yer buz bağlayarkən donan, suyun donmayan yerində keyləşən) vəhşi heyvanları, su quşlarını və pərvazlanmamış bala quşları vurmaq və tutmaq;

hər növ heyvanları (qabandan başqa) 3 adamdan çox olaraq qıy və yürüşlə ovlamaq, dovşanları dövrəyə alıb ov etmək;

yuvaları qazıb tüstü verməklə tülküləri, porsuqları çıxarmaq, habelə tüstü verməklə dələləri ağac koğuşlarından və başqa sığınacaqlardan çıxarmaq, yumurtaları yığmaq və yuvaları dağıtmaq, düzəltmə yuva yerlərini, vəhşi heyvanlar üçün qoyulmuş yem axurlarını, yem əkinlərini, duzlaqları, lövhələri, fərqləndirici nişanları, göstəriciləri, ov vışkalarını, daxmaları, qazmaları və ov yerlərində düzəldilmiş xəlvət guşə və komaları zədələmək və məhv etmək;

sututarları qurutmaq, vəhşi heyvanların yaşayış yerlərini neft məhsulları və zərərli istehsalat tullantıları ilə çirkləndirmək, ov yerlərinin və heyvanların yem bazasının vəziyyətini pisləşdirmək, ağacları, kolları, qamışları kökündən çıxartmaq, kəsmək və yandırmaq;

vəhşi heyvan və quşların bütün növlərini avtomaşınla, traktorla, motosikletlə, vertolyotla, motorlu qayıqla qovaraq ovlamaq, habelə avtonəqliyyatda yaxınlaşaraq heyvanları vurmaq, ov vaxtı aydın görünməyən hədəfə, səsə və xışıltıya atəş açmaq, tez alovlanan materiallardan tıxac kimi istifadə etmək, 35 metrdən uzaq məsafədə heyvan və quşlara qırma və ya karteçlə atəş açmaq;

ov yerlərində yanğın, daşqın, tufan, zəlzələ, torpaq sürüşməsi, quraqlıq kimi təbii fəlakət hadisələri və vəhşi heyvanlar arasında epidemiya halları baş verdikdə xəstəlik barəsində Kənd Təsərrüfatı Nazirliyinə məlumat verməklə ov Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən məhdudlaşdırıla və ya dayandırıla bilər.

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 27 yanvar tarixli 10 nömrəli qərarı ilə

                    TƏSDİQ EDİLMİŞDİR

 

Ovçuluq təsərrüfatları haqqında

ƏSASNAMƏ

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.1.  1.1.   Ovçuluq təsərrüfatı - təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan və ya yetişdirilən vəhşi heyvanların ayrı-ayrı növlərinin qorunması və artırılması, habelə onların yetişdirilib ov yerlərinə buraxılması və ovçuluq məqsədilə təşkil edilmiş mühafizə rejimli təsərrüfat subyektidir.

1.2.  1.2.   Ovçuluq təsərrüfatları respublika və yerli əhəmiyyətli kateqoriyalara bölünməklə onların kateqoriyalara aid edilməsi və bir kateqoriyadan digərinə keçirilməsi elmi müəssisələrin və əlaqədar təşkilatların rəyi nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

1.3.  1.3.   Respublika əhəmiyyətli ovçuluq təsərrüfatları elmi və texniki - iqtisadi əsaslandırmaya uyğun olaraq elmi müəssisələrin və əlaqədar təşkilatların rəyi, ərazinin epizootik durumu nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təşkil edilir.

1.4.  1.4.   Respublika əhəmiyyətli ovçuluq təsərrüfatlarını Ekologiya və Təbii Sərvətlər Nazirliyi idarə edir və həmin təsərrüfatlar hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilə bilməz.

1.5. 1.5.  Yerli əhəmiyyətli ovçuluq təsərrüfatları elmi müəssisələrin və əlaqədar təşkilatların rəyi nəzərə alınmaqla Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı ilə yaradılır.

1.6. 1.6.  Yerli əhəmiyyətli ovçuluq təsərrüfatları bütövlükdə və ya qismən, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələrin, hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilə bilər. Yerli əhəmiyyətli ovçuluq təsərrüfatları istifadəyə və icarəyə verilərkən onların hüquqi statusu, mühafizə rejimi və məqsədli təyinatı saxlanılır.

1.7. 1.7.  Dövlət ov fondunun artırılması üçün ov obyektlərinə aid edilmiş vəhşi heyvanların təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılması qaydası Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

1.8. 1.8.  Ovçuluq təsərrüfatlarının təşkili və aparılması məqsədilə vəhşi heyvanların yaşadığı, miqrasiya etdiyi və çoxaldığı ərazilər ov yerləri kimi istifadə edilir.

1.9. 1.9.  Ov yerlərinə yaşayış məntəqələrinin, sənaye, təsərrüfat və hərbi obyektlərin, dövlət təbiət qoruqlarının əraziləri, milli və təbiət parklarının xüsusi mühafizəsinin hüquqi rejimi tətbiq olunan fəaliyyət zonaları aid edilə bilməz və bu ərazilərdə ovçuluğun həyata keçirilməsi qadağandır.

1.10.1.10.  Ovçuluq təsərrüfatlarının aparılması məqsədilə ov yerləri qanunvericiliklə müəyyən edilmiş qaydada azı 10 il müddətinə hüquqi və fiziki şəxslərin istifadəsinə və ya icarəsinə verilə bilər.

1.11.1.11.  Bələdiyyələr, hüquqi və fiziki şəxslər mülkiyyətlərində olan torpaqlarda qanunvericiliyə uyğun olaraq ov obyektlərini yetişdirib ov yerlərinə buraxmaq məqsədilə ovçuluq təsərrüfatları yarada bilərlər.

1.12.1.12.  Respublika və yerli əhəmiyyətli ovçuluq təsərrüfatlarının mühafizəsi və bərpası, onların inkişafı və yerləşdirilməsi üzrə respublika sxeminin hazırlanması, dövlət ovçuluq kadastrının və ov obyektlərinin monitorinqinin aparılması tədbirləri dövlət büdcəsi, xarici investisiyalar, qrantlar və ianələr hesabına maliyyələşdirilir. Maliyyələşdirmənin miqdarı qanunvericiliyin tələblərinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunmuş smeta sənədləri əsasında müəyyən edilir.

1.13.1.13.  Ovçuluq təsərrüfatları üzərində öz adı əks olunmuş möhürə, müvafiq blank və ştamplara malikdir.

 

II. OVÇULUQ TƏSƏRRÜFATLARININ VƏZİFƏLƏRİ VƏ FUNKSİYALARI

 

2.1. 2.1.  Ovçuluq təsərrüfatlarının mühafizəsi və istifadəsi üzrə müəyyən olunmuş norma, tələb və qaydalara əməl etmək.

2.2. 2.2.  Ovçuluq təsərrüfatlarında turizm və istirahət (rekreasiya) üçün şərait yaratmaq.

2.3. 2.3.  Ovçuluq təsərrüfatlarında vəhşi heyvanların sayının və istifadəsinin ilkin uçotunu aparmaq, onların vəziyyətini və yaşayış yerlərinin xarakterini öyrənmək, bu məlumatları müəyyən edilmiş qaydada heyvanlar aləminin dövlət uçotunu, kadastrını və monitorinqini həyata keçirən dövlət orqanına vermək.

2.4.  2.4.   Ovçuluq təsərrüfatlarında nəzarət-buraxılış mənətəqələri yaratmaq.

2.5.  2.5.   Ovçuluq təsərrüfatlarına ova gələn şəxsləri qeydiyyata almaq və onların icazə əsasında ovladıqları vəhşi heyvanların uçotunu aparmaq.

2.6.  2.6.   Vəhşi heyvanlar xəstəliyə yoluxduqda, onların yaşayış mühiti pisləşdikdə, məhv olmaq təhlükəsi yarandıqda və tələf olması hallarında Kənd Təsərrüfatı Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat vermək, xəstəliklərin profilaktikası və ləğvi üzrə tədbirlər həyata keçirmək.

2.7.  2.7.   Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş və xüsusi mühafizə olunan vəhşi heyvan növlərinin mühafizə rejiminə əməl etmək.

2.8.  2.8.   Dövlət nəzarətini həyata keçirən orqanın işçilərini ovçuluq təsərrüfatlarına maneəsiz buraxmaq və onların qanuni tələblərini və qərarlarını vaxtlı-vaxtında yerinə yetirmək.

2.9.  2.9.   Ovçuluq təsərrüfatlarında ov obyektinə aid edilmiş vəhşi heyvanların, habelə onların yeni növlərinin yetişdirilməsini təşkil etmək və təbiətə buraxmaq, təbiətə buraxılma sayına uyğun olaraq onların ovunu qanunvericilikdə nəzərdə tutulmuş qaydada təşkil etmək.

2.10. 2.10.   Ovçuluq təsərrüfatlarının yerləşdiyi ərazi üçün xarakterik olan ov obyektinə aid edilmiş vəhşi heyvanların qanunvericilikdə nəzərə tutulmuş qaydada təbiətdən götürülərək süni şəkildə çoxaldılmasını təşkil etmək, hər bir vəhşi heyvan növü üzrə müəyyən yaş dövründə onları həmin təsərrüfatların ərazisinə buraxmaq və müvafiq qaydada ilkin uçotunu aparmaq.

2.11. 2.11.   Ovçuluq təsərrüfatlarında vəhşi heyvanların, habelə onların yeni növlərinin yetişdirilməsini, artırılmasını və bərpasını həyata keçirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı, Kənd Təsərrüfatı Nazirliyinin və elmi müəssisələrin rəyi nəzərə alınmaqla damazlıq bazaları yaratmaq.

2.12. 2.12.   Ovçuluq təsərrüfatlarında ov obyektinə aid edilmiş vəhşi heyvanların populyasiya quruluşunun (yaş və cinsiyyət tərkibinin), çoxalma və ov mövsümündə çıxdaş faizinin elmi tədqiqat müəssisələri tərəfindən aparılan tədqiqat işlərinin nəticəsini nəzərə almaqla müəyyən olunmasını təmin etmək.

2.13. 2.13.   Ovçuluq təsərrüfatının təyinatına uyğun olaraq təsərrüfat fəaliyyəti üçün zəruri olan yardımçı təsərrüfatlar, emalatxanalar, xəstə heyvanlar üçün təcridxana və digər obyektlər yaratmaq.

2.14. 2.14.   Vəhşi heyvan və quşların başqa təsərrüfatlara köçürülməsi üçün qoruqlar (rezervatlar) təşkil etmək.

2.15. 2.15.   Ov faunasının yaxşılaşdırılması üçün seleksiya işləri və biotexniki tədbirlər kompleksi aparmaq.

2.16. 2.16.   Təsərrüfatların ərazisində ov faunasını, balıq ehtiyatlarını, dövlət meşə fondu meşəliklərini qorumaq və geniş surətdə artırmaq.

2.17. 2.17.   Ov etmənin təşkilinin və həyata keçirilməsinin ən yaxşı üsullarını hazırlamaq.

2.18. 2.18.   Vəhşi heyvanlar və quşlar üçün daha yaxşı yem, yuva və mühafizə şəratini təmin edən tədbirlər görmək.

 

III. OVÇULUQ TƏSƏRRÜFATLARININ İNKİŞAFI VƏ YERLƏŞDİRİLMƏSİ SXEMLƏRİ

 

3.1.  3.1.   Ovçuluq təsərrüfatlarının inkişafı və yerləşdirilməsi sxemləri sosial-iqtisadi tələblər və ətraf mühitin vəziyyəti nəzərə alınmaqla onların yaradılması üçün perspektiv tələbatı müəyyən edir.

3.2.  3.2.   Məqsədli istifadəsinə və hüquqi rejiminə görə ovçuluq təsərrüfatlarının torpaqlarına təbiəti mühafizə, sağlamlaşdırma və istirahət (rekreasiya) təyinatlı torpaqlar daxildir.

3.3.  3.3.   Ovçuluq təsərrüfatlarının təşkili məqsədilə başqa kateqoriyalara aid edilmiş torpaqların istifadəyə verilməsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir.

3.4.  3.4.   Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ovçuluq təsərrüfatlarının inkişafı və yerləşdirilməsi sxemləri əsasında onların yaradılması və genişləndirilməsi üçün torpaq sahələri müvafiq ehtiyat torpaq fondunda saxlanılır.

3.5.  3.5.   Ovçuluq təsərrüfatlarının hər biri üçün pasport hazırlanır və Ekologiya və Təbii Sərvətlər Nazirliyində dövlət qeydiyyatına alınmaqla müəyyən olunmuş qaydada saxlanılır.

 

IV. OVÇULUQ TƏSƏRRÜFATLARININ MÜHAFİZƏSİ VƏ İSTİFADƏSİ

 

4.1. Ovçuluq təsərrüfatları ərazisinin mühafizəsi təsərrüfatın bütün işçiləri tərəfindən onların vəzifə borclarına müvafiq surətdə həyata keçirilir.

  1. 42.      Müvafiq icazə olmadan ovçuluq təsərrüfatlarının ərazisində ov etmək, balıq ovlamaq və bu əraziyə ov alətləri ilə gəlmək qadağandır.
  2. 43.      Ovçuluq təsərrüfatlarında ərazinin təbii vəziyyətini pozan hər hansı təsərrüfatfəaliyyətinə yol verilmir.

44. Ovçuluq təsərrüfatlarından hüquqi və fiziki şəxslər mədəni, tədris, turizm, istirahət (rekreasiya) və məhdud təsərrüfat fəaliyyəti məqsədləri ilə istifadəni müəyyən edilmiş qaydada ödənişli əsaslarla həyata keçirirlər.

4.5.  4.5.   Ovçuluq təsərrüfatlarından istifadəyə görə ödənişlər dövlət büdcəsinə köçürülür.

4.6.  4.6.   Ovçuluq təsərrüfatlarına bitişik olan torpaq və su sahələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalar müəyyən edilə bilər. Bu zonaların torpaqlarında ovçuluq təsərrüfatlarına zərərli təsir göstərən hər cür fəaliyyət qadağan edilir.

4.7.  4.7.   Ovçuluq təsərrüfatlarının təbii vəziyyətinin qorunub saxlanılmasında təsərrüfat subyektləri məsuliyyət daşıyırlar.

4.8. Ovçuluq təsərrüfatları onlara verilmiş ov yerlərində yalnız əsas torpaq istifadəçilərinin razılığı ilə yem sahələri yarada bilər və volyerlər düzəldə bilərlər.

4.9. Ovçuluq təsərrüfatları onlara verilmiş ərazilərdə əsas torpaq istifadəçiləri tərəfindən bu sahələrdən istifadə qaydasına və xarakterinə uyğun olaraq fəaliyyət göstərməlidirlər.

4.10. 4.10.   Ovçuluq təsərrüfatlarından təbiəti mühafizə, ovçuluq, elmi tədqiqat, vəhşi heyvanların yarımsərbəst və qeyri-sərbəst şəraitdə saxlanılması, yetişdirilməsi və artırılması məqsədilə tutulması, sağlamlaşdırma, təlim-tərbiyə, ekoloji maarifləndirmə, turizm, istirahət üçün istifadə edilə bilər. Ovçuluq təsərrüfatlarında onların məqsədli təyinatına və təbiət komplekslərinin və ayrı-ayrı obyektlərin mühafizəsi, bərpası və istifadəsi üzrə müəyyən edilmiş tələblərə zidd olmayan başqa fəaliyyət növləri həyata keçirilə bilər.

4.11. 4.11.   Ovçuluq təsərrüfatlarının rejimini pozmaqda müqəssir olan şəxslər mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.