Faydalı Bölmələr

Hidrometeoroloji müşahidə sistemi avtomatlaşdırılıb

Hidrometeoroloji müşahidə sistemi avtomatlaşdırılıb

Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Hidrometeorologiyanın İnkişafı Dövlət Proqramı”na uyğun olaraq 2004-cü ildən etibarən hidrometeoroloji müşahidə sisteminin avtomatlaşdırılması işlərinə başlanılıb.
Bunun üçün əvvəlcə bir sıra Avropa ölkələrində, ABŞ-da, Türkiyədə, Moldovada, Avtomat Meteoroloji Stansiyalardan istifadə təcrübəsinə baxılmış, bu sahədə aparılan işlər araşdırılmış, nəticədə 2004-cü ilin sonlarında Avtomat Meteoroloji Stansiyaların istehsalı üzrə lider olan Finlandiyanın “Vaisala” firması ilə əməkdaşlıq üçün müqavilə bağlanmış, sonrakı illərdə stansiyaların sayı tədricən artırılmışdır.
Hazırda Milli Hidrometeorologiya Departamentinin müşahidə şəbəkəsində 27 Avtomat Meteoroloji Stansiya fəaliyyət göstərir. Stansiyalarda enerji təminatı günəş panelləri vasitəsilə həyata keçirilir.
Avtomat Meteoroloji Stansiyaların üstünlüyü ondan ibarətdir ki, onlardan yaşayış olmayan ucqar, dağlıq ərazilərdə tam avtonom iş rejimində istifadə olunaraq məlumatları uzaqdan almaq mümkündür.
Qeyd edək ki, müşahidələr fasiləsiz olaraq elektron cihazlarla aparılır və nəticələr hər 10 dəqiqədən bir elektron formatda yazılır.































07 May 2014

Oxunma sayı : 144