Faydalı Bölmələr

Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən atmosfer havasının çirklənməsinin monitorinqi keçirilmişdir

Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən atmosfer havasının çirklənməsinin monitorinqi keçirilmişdir

23 may - 05 iyun 2009-cu il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən atmosfer havasının çirklənməsinin monitorinqinə dair Bakı şəhərinin Xətai, Nizami, Binəqədi rayonlarının ərazisində reydlər keçirilmişdir.
Monitorinq zamanı Xətai rayonunun Gəncə prospekti 20, 23, 67, 103, 105, Babək prospekti 33, General Şıxlinski 36,38 ünvanlarında, Ukrayna dairəsinin yaxınlığında, 25 saylı orta məktəbin ərazisində; 7-ci mikrorayonun Xarici dairəvi küçəsi, 3123-cü məhəllə, 1604-cü keçid, bina 11 A; Nizami rayonunun 12 â„–-li Peşə Məktəbinin ərazisində məişət tullantılarının yandırılması halları qeydə alınmışdır. Məişət tullantılarının yaşayış massivlərində yandırılmasının günün müxtəlif vaxtlarında, əsasən də səhər və gecə saatlarında baş verdiyi müşahidə edilmişdir.
Məişət (ərzaq və su qablaşdırılmış tutumlar, karton, kağız, polietilen, polistirol qutular, taralar və paketlər, ərzaq qalıqları və s.) və tikinti-inşaat tullantılarının (təmir və inşaat zamanı yaranan tullantılar) yandırılması zamanı tərkibində xlorlu birləşmələr olan plastik qabların yanmasından və digər kimyəvi maddələrin parçalanmasından atmosferə və yer səthinə böyük həcmdə konserogen maddələr və davamlı üzvi çirkləndiricilər olan dioksinlər və furanlar atılır ki, bu da əhalinin sağlamlığı üçün olduqca təhlükəlidir.
Məlumdur ki, dioksinlər və furanlar parçalanmaya qarşı davamlı, bioakkumulyasiya ilə xarakterizə olunan, hava, su, miqrasiya növləri vasitəsi ilə yayıla bilən zəhərli maddələrdir.
Aparılmış monitorinqlər zamanı tullantıların yaşıllıq zolaqlarında yandırılması halları da qeydə alınmışdır ki, bu da atmosfer havasını çirkləndirməklə bərabər havanın təmizlənməsində filtr funksiyasını yerinə yetirən ağacların qurumasına gətirib çıxarır.


24.05.2009 saat 20:15 Ukrayna dairəsindən H. Aslanov metrosuna
gedən yolun sagında




24.05.2009 saat 18:15 Gəncə prospekti 20-23




05.06.2009 saat 10:30 7-ci mkr., Xarici dairəvi küçəsi,
3123-cü məhəllə, 1604-cü keçid, bina 11a

10 İyun 2009

Oxunma sayı : 440