Azərbaycan BMT-nin su ehtiyatları üzrə konfransında iştirak edir
23 Mart 2023, 23:00
BMT-nin Nyu-Yorkdakı baş qərargahında Azərbaycanın da təmsil olunduğu 2023-cü il üçün su ehtiyatları üzrə konfransın açılışı baş tutub.
Tacikistan və Niderland hökumətlərinin birgə ev sahibliyi etdiyi konfransın açılışında çıxış edən BMT-nin Baş katibi Antoniu Quttereş bildirib ki, hazırda dünyada cərəyan edən dörd təbii fəlakətdən təxminən üçü su ilə bağlıdır.
Qeyd edək ki, BMT-nin su konfransında Azərbaycanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Nazir BMT Baş Assambleyasının su və fəlakət üzrə altıncı xüsusi tematik sessiyasında Azərbaycanda su ehtiyatlarının idarə edilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində görülən işlər, transsərhəd su probleminin həllində region ölkələrlə əməkdaşlığın vacibliyi, Oxçuçayın Ermənistan tərəfindən sənaye tullantıları ilə çirkləndirilməsi mövzusunda çıxış edəcək. M.Babayevin üzv dövlətlərin rəsmiləri ilə ikili görüşləri də nəzərdə tutulub.
Qeyd edək ki, martın 24-dək davam edəcək konfransda qlobal istiləşmə, şirin su mənbələrinin tükənməsi və su məsələləri ilə bağlı məqsəd və hədəflər müzakirə olunacaq.