Xəbərlər

ETSN yanında İctimai Şuranın üzvlərinin iştirakı ilə araşdırma aparılıb

17 Sentyabr 2020, 18:33

Altıağac Milli Parkına yaxın ərazidə fəaliyyət göstərən “Cənnət Bağı” istirahət mərkəzinin ətrafında müxtəlif cinsli ağaclar kəsilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis əvəzi Firuddin Əliyev bildirib ki, faktla bağlı Altıağac Milli Parkının əməkdaşlarının və ETSN yanında İctimai Şuranın üzvlərinin iştirakı ilə əraziyə baxış keçirilib və araşdırma aparılıb.
 
“Araşdırma zamanı ağacların milli parkın ərazisində kəsildiyi və təbiətə 30240,78 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. 

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib”.
 
F.Əliyev araşdırmada yaxından iştirak etdiklərinə və göstərdikləri dəstəyə görə  ETSN yanında İctimai Şuranın üzvlərinə təşəkkürünü bildirib.