Onlayn müzakirə keçirilib
07 İyul 2020, 19:00
Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirliklərinin “Yaşıl kənd təsərrüfatı”na dəstək üzrə uzunmüddətli Birgə Fəaliyyət Proqramı layihəsinin onlayn ictimai müzakirəsi keçirilib.
ETSN yanında İctimai Şuranın və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə proqram layihəsində əks olunan kənd təsərrüfatı fəaliyyətinin ətraf mühitə mənfi təsirlərinin yumşaldılması, istixana qazlarının azaldılması, aqrobağların salınması, su, torpaq və meşə ehtiyatlarından səmərəli istifadə, biomüxtəlifliyin, ekosistemlərin qorunması, akvakulturanın və orqanik kənd təsərrüfatının inkişafına dəstək verilməsi, institusional potensialın gücləndirilməsi məsələləri müzakirə olunub.
Onlayn görüşdə proqram layihəsi ilə bağlı iştirakçıların səsləndirdiyi fikirlər dinlənilib, rəy və təkliflərin nəzərə alınması qərara alınıb.