ELANLAR

Azərbaycan Respublikası ərazisində 2021-2022-ci illərin ov mövsümü 8 oktyabr 2021-ci il tarixindən açıq elan edilir.

07 Oktyabr 2021

Azərbaycan Respublikası ərazisində 2021-2022-ci illər üzrə ov mövsümünün başlanması ilə bağlı vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları, ov icazələrinin  bölgü cədvəlləri hazırlanıb.

Respublika ərazisində 2021-2022-ci illərin ov mövsümündə vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları aşağıdakı kimi təyin edilib:

 

Ov obyekti olan  vəhşi heyvan və quş

 növü

Ovlanma müddəti

 

Adambaşına 1 dəfəlik  norma

 

Qaban (Çöl donuzu)

8 oktyabr 2021-ci il –

26 dekabr 2021-ci il

1 baş (3 nəfərdən

az olmayan qrup

ovçulara)

Dovşan

12 noyabr 2021-ci il –

9 yanvar 2022-ci il

2 baş

Bataqlıq qunduzu (nutriya)

08 oktyabr 2021-ci il –

13 fevral 2022-ci il

Nutriya təsərrüfat-

ları olan təşkilatlar

Cüllüt (ağquyruq çökükburun,  qırqıldayan cüllüt, kiçik kroşnep və çöl haçaquyruq cüllüt istisna olmaqla)

 

 8 oktyabr 2021-ci il –

21 noyabr 2021-ci il

 

6 ədəd

 

Qaz (ağ qaş və qırmızı döş qaz istisna olmaqla )

 

 

8 oktyabr 2021-ci il –

27 fevral 2022-ci il

 

1 ədəd

 

Ördək (ağgöz qara ördək, göydimdik, qılquyruq ördək və mərmər cürə istisna olmaqla)

 

8 oktyabr 2021-ci il –

27 fevral 2022-ci il

 

4 ədəd

 

Qaşqaldaq

8 oktyabr 2021-ci il –

27 fevral 2022-ci il

6 ədəd 

Alabaxta

8 oktyabr 2021-ci il –

14 noyabr 2021-ci il

2 ədəd

Bildirçin

8 oktyabr 2021-ci il –

14 noyabr 2021-ci il

4 ədəd

Göyərçin

8 oktyabr 2021-ci il –

14 noyabr 2021-ci il

4 ədəd