• Bakı
  • Gündüz +9°C,
  • Gecə +4°C
  • Sumqayıt
  • Gündüz +8°C,
  • Gecə +3°C
  • Naxçıvan
  • Gündüz +10°C,
  • Gecə -2°C
  • Xankəndi
  • Gündüz +5°C,
  • Gecə -3°C
  • Şuşa
  • Gündüz 0°C,
  • Gecə -8°C
  • Xocalı
  • Gündüz +4°C,
  • Gecə -5°C
  • Xocavənd
  • Gündüz +4°C,
  • Gecə -4°C
  • Qubadlı
  • Gündüz +5°C,
  • Gecə -3°C
  • Zəngilan
  • Gündüz +5°C,
  • Gecə -3°C
  • Laçın
  • Gündüz 0°C,
  • Gecə -8°C
  • Kəlbəcər
  • Gündüz 0°C,
  • Gecə -8°C
  • Daşkəsən
  • Gündüz +2°C,
  • Gecə -5°C
  • Gədəbəy
  • Gündüz +2°C,
  • Gecə -7°C
  • Ağdam
  • Gündüz +13°C,
  • Gecə +2°C
  • Cəbrayıl
  • Gündüz +6°C,
  • Gecə -3°C
  • Füzuli
  • Gündüz +7°C,
  • Gecə -2°C
  • Gəncə
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Qazax
  • Gündüz +9°C,
  • Gecə +2°C
  • Naftalan
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Şəki
  • Gündüz +11°C,
  • Gecə +2°C
  • Ağstafa
  • Gündüz +7°C,
  • Gecə +10°C
  • Qəbələ
  • Gündüz +5°C,
  • Gecə -2°C
  • Şamaxı
  • Gündüz +3°C,
  • Gecə -2°C
  • Zaqatala
  • Gündüz +8°C,
  • Gecə -1°C
  • Xızı
  • Gündüz +3°C,
  • Gecə -5°C
  • Siyəzən
  • Gündüz +8°C,
  • Gecə -1°C
  • Şabran
  • Gündüz +8°C,
  • Gecə 0°C
  • Quba
  • Gündüz +4°C,
  • Gecə -2°C
  • Qusar
  • Gündüz +3°C,
  • Gecə -5°C
  • Xaçmaz
  • Gündüz 0°C,
  • Gecə +9°C
  • Kürdəmir
  • Gündüz +12°C,
  • Gecə +3°C
  • Yevlax
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • Ağcabədi
  • Gündüz +12°C,
  • Gecə +3°C
  • Ağdaş
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Göyçay
  • Gündüz +11°C,
  • Gecə +3°C
  • Bərdə
  • Gündüz +12°C,
  • Gecə +4°C
  • İmişli
  • Gündüz +12°C,
  • Gecə +4°C
  • Salyan
  • Gündüz +11°C,
  • Gecə +4°C
  • Beyləqan
  • Gündüz +10°C,
  • Gecə +3°C
  • Saatlı
  • Gündüz +12°C,
  • Gecə +3°C
  • Hacıqabul
  • Gündüz +13°C,
  • Gecə +4°C
  • Masallı
  • Gündüz +12°C,
  • Gecə +7°C
  • Lənkəran
  • Gündüz +11°C,
  • Gecə +7°C
  • Lerik
  • Gündüz +5°C,
  • Gecə -2°C
Saytın Xəritəsi

Azərbaycan Geologiya Muzeyi

  Muzey 1969-cu ildə təşkil olunmuş, əvvəllər sahə muzeyi kimi fəaliyyət göstərmiş və 1982-ci ildə keçmiş Azərbaycan SSR Nazirlər Sovetinin 210 saylı qərarı  ilə ona “Azərbaycan Geologiya Muzeyi” statusu verilmişdir.
Muzeyin əsas fəaliyyət istiqaməti ölkənin mineral-xammal bazasını səciyyələndirən süxur, mineral və filiz nümunələrinin ümumi nümayişə təqdim edilməsi, geoloji-kəşfiyyat işlərinin nəticələrinin və elmi-geoloji nailiyyətlərin geniş miqyasda təbliği və təşviqidir.

  Muzeyin ekspozisiya zalında Azərbaycanın mineral-xammal sərvətlərini əks etdirən və eləcə də dünyanın başqa regionlarından gətirilmiş 5000-dən artıq filiz, qeyri-filiz, inşaat materialları, bəzək və üzlük daşlar, təbii süxur, mineral, paleontoloji tapıntı, müxtəlif məzmunlu geoloji xəritələr, fotostendlər, albomlar, bukletlər və digər növ eksponatlar nümayiş etdirilir. Azərbaycan Respublikasında yer təkinin təbii zənginliyi haqqında müəyyən təsəvvür yaratmaq üçün muzeydə altı bölmə fəaliyyət göstərir:

1. Regional geologiya

2. Respublikanın mineral-xammal bazası

a) filiz faydalı qazıntı yataqları
b) qeyri-filiz xammalı və tikinti materialları yataqları

3. Petroqrafiya
4. Mineralogiya
5. Paleontologiya
6. Fototeka


1.Regional geologiya bölməsində - ayrı-ayrı rayonların stratiqrafiyası, litologiyası, petroqrafiyası, tektonikası, maqmatizmi, morfologiyası, palçıq vulkanları, yeraltı mineral suları və faydalı qazıntı yataqlarını əks etdirən məxsusi geoloji xəritələr nümayiş etdirilir. Burada 1:100 000 miqyasında relyef əsasda hazırlanmış respublikanın geoloji xəritəsi diqqəti cəlb edir. Bu xəritə böyük bir qrup müşahidəçilərə  ərazinin geologiyası ilə tanış olmağa imkan verir.
Bu bölmədə eləcə də 1:500 000 miqyasında Azərbaycanin geoloji, dördüncü dövr çöküntüləri, neftli qazlı əyalətlərin palçıq vulkanları, faydalı qazıntıları, xəritələri və həmçinin Qafqazın geoloji xəritəsi və s. nümayiş etdirilir. Bunlardan əlavə Saatlıda qazılmış çox dərin quyudan götürülmüş kern nümunələri və geoloji kəsiliş qorunub saxlanılır. Bu quyunun kəsilişi və stratiqrafik bölgüsü gələnlərdə xüsusi maraq doğurur. Burada Kola yarımadasında, ən qədim arxezoy çöküntülərinin çıxışında 15 km dərinliyə qazılmış quyudan və keçmiş SSRİ-nin müxtəlif regionlarında qazılmış çox dərin quyuların materialları saxlanılır. Bu materiallar yer qabığının dərin qatlarının geoloji quruluşu haqqında həqiqi real təsəvvür əldə etməyə imkan verir.

Bu bölmədə həmçinin 510-dən çox, böyük ölçüdə nadir süxur, filiz, mono-mineral və druza, jeoda nümunələri nümayiş etdirilir.


2. Respublikanın mineral-xammal bazası bölməsi – iki yarım bölmədən ibarətdir:

a) Filiz faydalı qazıntı yataqları yarım bölməsinin vitrin və podiumlarında respublikanın müxtəlif yataqlarından götürülmüş və tərkibində qara, əlvan, nəcib və s. metallar saxlayan xarakterik nümunələr, yataqlara aid qrafiki materiallar, geoloji xəritələr, kəsilişlər, dağ sənayesi obyektlərinin foto şəkilləri, xüsusi stendlər, albomlar və s. nümayiş etdirilir.

b) Qeyri-filiz xammalı və tikinti materialları yataqları yarım bölməsi – yeraltı, mineral, termal və şirin suları əks etdirən stendlə başlanır. Dağ-kimyası və dağ sənayesi əhəmiyyətli yataqlardan və təzahürlərdən götürülmüş: daşduz, dolomit, seolit, kvars, kalsit (islandiya şpatı), kükürd kolçedanı, listvenit, obsidian-perlit, barit, kaolin, bentonit, təbii boya və başqa çoxlu sayda nümunələr nümayiş etdirilir. Ekspozisiyanın böyük bir hissəsini təbii dekorativ daş nümunələrindən hazırlanmış stendlər və məmulatlar təşkil edir.
Burada müxtəlif rəngdə mərmərlər, mərmərləşmiş əhəngdaşları, travertinlər, tuflar, yəşəm, əqiq, heliotrop, mərmər oniksi, buynuzdaşı, alevrooniks, rəngli konqlomerat-brekçiya və s. nümunələrin kəsilib cilalanmış nüsxələtini görmək olar. Bunlardan əlavə müxtəlif rəngli sementlər, emal olunmuş seolit, bentonit gili, üzlük lövhələr, keramit, dağ büllurunun ərintisindən hazırlanmış məmulatlar və s. nümayiş etdirilir.

3. Petroqrafiya bölməsində - A.N.Zavaritskinin təsnifatına uyğun olaraq intruziv, effuziv, çökmə və metamorfik süxur nümunələri yerləşdirilmişdir. Azərbaycanın müxtəlif bölgələrindən gətirilmiş süxur nümunələrindən başqa, dünyanın digər regionlarından gətirilmiş süxur nümunələri petroqrafiya kolleksiyasını tamamlayır.

4. Mineralogiya bölməsində - ekspozisiyanın əsasını respublikamızın ərazisindən yığılmış minerallar və kolleksiyanı mümkün qədər tamamlamaq üçün dünyanın bir çox regionlarından mübadilə yolu ilə gətirilmiş nümunələr təşkil edir. Onlar A.G.Betextinin təsnifatına uyğun olaraq sistemləşdirilmişdir. Burada mineralların kristallik aqreqatları, sərbəst elementlər, sulfidlər, oksidlər, haleoidlər, karbonatlar, silikatlar, boratlar, fosfatlar, həmçinin sulfoduzlar  və hidroksidlərə aid nümunələr nümayiş etdirilir.

5. Paleontologiya bölməsində - Silurdan Neogenə qədər yaş dövrlərini əhatə edən fauna və flora qalıqları nümayiş etdirilir.

6. Fototeka bölməsində - respublikanın geoloji cəhətdən maraqlı guşələrini, faydalı qazıntı yataqlarını, daş karxanalarını təsvir edən panoramalar və görkəmli geoloq alimlərin portretləri nümayiş etdirilir. Mütəxəssis geoloqlar tərəfindən təhvil verilən fotomateriallardan sərgilərin və stendlərin tərtibatında istifadə olunur.