• Bakı
  • Gündüz +25°C,
  • Gecə +36°C
  • Sumqayıt
  • Gündüz +23°C,
  • Gecə +33°C
  • Naxçıvan
  • Gündüz +24°C,
  • Gecə +39°C
  • Xankəndi
  • Gündüz +20°C,
  • Gecə +32°C
  • Şuşa
  • Gündüz +15°C,
  • Gecə +27°C
  • Xocalı
  • Gündüz +19°C,
  • Gecə +31°C
  • Xocavənd
  • Gündüz +18°C,
  • Gecə +30°C
  • Qubadlı
  • Gündüz +20°C,
  • Gecə +32°C
  • Zəngilan
  • Gündüz +20°C,
  • Gecə +32°C
  • Laçın
  • Gündüz +15°C,
  • Gecə +27°C
  • Kəlbəcər
  • Gündüz +15°C,
  • Gecə +27°C
  • Daşkəsən
  • Gündüz +18°C,
  • Gecə +28°C
  • Gədəbəy
  • Gündüz +17°C,
  • Gecə +28°C
  • Ağdam
  • Gündüz +24°C,
  • Gecə +37°C
  • Cəbrayıl
  • Gündüz +24°C,
  • Gecə +37°C
  • Füzuli
  • Gündüz +23°C,
  • Gecə +36°C
  • Gəncə
  • Gündüz +25°C,
  • Gecə +38°C
  • Qazax
  • Gündüz +24°C,
  • Gecə +37°C
  • Naftalan
  • Gündüz +25°C,
  • Gecə +35°C
  • Şəki
  • Gündüz +25°C,
  • Gecə +37°C
  • Ağstafa
  • Gündüz +23°C,
  • Gecə +34°C
  • Qəbələ
  • Gündüz +23°C,
  • Gecə +34°C
  • Şamaxı
  • Gündüz +21°C,
  • Gecə +35°C
  • Zaqatala
  • Gündüz +24°C,
  • Gecə +36°C
  • Xızı
  • Gündüz +19°C,
  • Gecə +32°C
  • Siyəzən
  • Gündüz +23°C,
  • Gecə +35°C
  • Şabran
  • Gündüz +24°C,
  • Gecə +36°C
  • Quba
  • Gündüz +21°C,
  • Gecə +34°C
  • Qusar
  • Gündüz +19°C,
  • Gecə +32°C
  • Xaçmaz
  • Gündüz +23°C,
  • Gecə +35°C
  • Kürdəmir
  • Gündüz +26°C,
  • Gecə +39°C
  • Yevlax
  • Gündüz +25°C,
  • Gecə +38°C
  • Ağcabədi
  • Gündüz +25°C,
  • Gecə +38°C
  • Ağdaş
  • Gündüz +24°C,
  • Gecə +36°C
  • Göyçay
  • Gündüz +25°C,
  • Gecə +36°C
  • Bərdə
  • Gündüz +23°C,
  • Gecə +35°C
  • İmişli
  • Gündüz +25°C,
  • Gecə +38°C
  • Salyan
  • Gündüz +25°C,
  • Gecə +38°C
  • Beyləqan
  • Gündüz +24°C,
  • Gecə +37°C
  • Saatlı
  • Gündüz +24°C,
  • Gecə +38°C
  • Hacıqabul
  • Gündüz +26°C,
  • Gecə +39°C
  • Masallı
  • Gündüz +24°C,
  • Gecə +37°C
  • Lənkəran
  • Gündüz +24°C,
  • Gecə +35°C
  • Lerik
  • Gündüz +19°C,
  • Gecə +28°C
Saytın Xəritəsi

Milli Geoloji Kəşfiyyat Xidməti

 

Milli Geoloji Kəşfiyyat XidmətiAzərbaycan ərazisi Qafqazın Bir hissəsi olmaqla, avrasiya qurşağının Aralıq dənizi Alp qırışıqlıq sisteminin mərkəzi hissəsini əhatə edir və çox mürəkkəb geoloji quruluşa malikdir. Qara, əlvan, nadir metalların, istilik enerji xammallarının, sənaye, termal, mineral və içməli yeraltı suların, kimya və metallurgiya sənayesi, təbii tikinti materialları yataqlarının ən müxtəlif sənayegenetik tiplərinin geniş inkişafı ilə səciyyə olunur. Onun hüdudlarında Böyük və Kiçik Qafqaz meqaankitlinoliləri və onları ayıran Kür dağarası çökəkliyi kimi əsas qırışıqlıq-struktur kompleksləri ayrılır. Bu komplekslər geoloji və tektonomaqmatik inkişaf şəraitlərinə, metallogenik xüsusiləşmələrinə və onlarla əlaqədar informasiya aidliyinə, müxtəlif filiz və qeyri-filiz yataqları yerləşmələrinə görə fərqlənirlər.
20-ci əsrin əvvəllərindən Azərbaycan ərazisinin geoloji öyrənilməsi pərakəndə halda həyata keçirilib. Azərbaycanda geoloji təşkilatlar 20-ci əsrin ortalarında yaradılmağa başlanıb. 1932-ci ildə ZSFSR Xalq Komissarları Sovetinin 1932-ci il Sərəncamı ilə Azərbaycan SSR Ali İqtisadi Şurasının qərarı ilə Azərbaycan SSR Ali Xalq Komissarları Şurası yanında Zaqafqaziya Geoloji Kəşfiyyat İdarəsinin Azərbaycan bazası yaradılıb. 1936-cı ildə bu baza Azərbaycan SSR Ali Xalq Komissarları Sovetinin Sərəncamı ilə SSR Xalq Komissarları Baş Geologiya İdarəsi yanında təsərrüfat hesablı geoloji-kəşfiyyat işləri kontoruna çevrilib. 1938-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin yanında Azərbaycan Geologiya İdarəsi yaradılıb, o da öz növbəsində 1960-cı ildən Geologiya və Ətraf Mühitin Mühafizəsi adlandırılıb. 1964-cü ildən Azərbaycan Dövlət İstehsalat Geologiya Komitəsi adlandırılan təşkilat 1965-ci ildən SSRİ Geologiya Nazirliyinin Azərbaycan SSR Nazirlər Sovetinin Geologiya İdarəsi adı altında fəaliyyət göstərib. Bu komitə 1979-cu ildən Azərbaycan SSR Geologiya İdarəsi, 1987-ci ildən Geoloji-kəşfiyyat işləri üzrə Azərbaycan İstehsalat Birliyi, 1991-ci ildən Azərbaycan Respublikasının Geologiya və Mineral Ehtiyatlar üzrə Dövlət komitəsi adlandırılıb. 23 may 2001-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin 485№-li Fərmanına əsasən Azərbaycan Respublikasının Geologiya və Mineral Ehtiyatlar üzrə Dövlət komitəsi ləğv edilib və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 05 dekabr 2001-ci il tarixli 185№-li əmri ilə Milli Geoloji Kəşfiyyat Xidməti yaradılıb.
XX əsrin əvvəllərindən başlayaraq Azərbaycannın təbii sərvətləri sistemli şəkildə öyrənilməyə başlanıldı. 1931-ci ildə Azərbaycan geoloji bürosunun təşkil olunması ilə əlaqədar Respublikada geoloji işlərin effektivliyi və xüsusi ilə bərk faydalı qazıntı yataqlarının aşkar olunması istiqamətində xeyli işlər görülüb, idarə tərəfindən respublika ərazisinin geoloji quruluşunun planlı öyrənilməsinə başlanılıb.
XX yüzilliyin 30-cu illərində ilk dəfə Daşkəsən dəmir filizi, Zəylik alunit, Şimali Daşkəsən kobalt, Mehmana polimetal və bir sıra başqa yataqlarda kəşfiyyat işlərinə başlanılıb.
İkinci dünya müharibəsi illərində geoloji tədqiqatlar ilk növbədə müdafiə əhəmmiyyətli problemlərin həllinə yönəlmişdi və ölkənin qərb əyalətlərinin işğalı ilə əlaqədar olaraq istifadəsi mümkün olmayan mineral xammal növlərinin axtarışına daha çox diqqət yetirilirdi. Müharibədən sonrakı illərdə müxtəlif geoloji axtarışlar böyük sürətlə həyata keçirilirdi, ildən ilə geoloji kəşfiyyat işlərinin həcmi artırılırdı.
Geoloji kəşfiyyat istehsalının intensivləşməsi üzrə planlı kursun həyata keçirilməsi, onun keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi nəticəsində yalnız 60-70-ci illər ərzində çoxlu sayda filiz və qeyri-filiz faydalı qazıntı, içməli yeraltı və sənaye suları yataqları kəşf olunub və ehtiyatlar dövlət balansında qeydə alınıb. Əsas istehsal fondları tamamilə yeniləşdirilib, ən müasir yüksək məhsuldarlığa malik dağ kəşfiyyat və buruq qazma avadanlıqları, yüksək dəqiqlikli aparat və cihazlar alınıb.
Bu vaxt ərzində kəşf olunmuş polimetal filiz, yodlu bromlu sular və bentonit gili ehtiyatları iki dəfədən çox artırılıb.
Üzlük və dekorativ daşlar ehtiyatlarında, tikinti və yol işlərində istifadə olunan xammal, yeraltı suların resurslarında və s. əhəmiyyətli artım hiss olunurdu.
Böyük Qafqazın cənub yamaclarında Balakən-Zaqatala filiz rayonunda Katex, Katsdağ və unikal Filizçay yatağının polimetal filiz ehtiyatlarının təsdiq olunması ilə Respublikanın şimal qərbində əlvan metallurgiyanın güclü mineral xammal bazasının yaradılması başa çatıb. Yeni Saqator mis-sink və Mazmçay mis kolçedan yataqlarının sənaye perspektivləri aşkarlanıb.
Kiçik Qafqazın Azərbaycan hüdudlarında çoxlu filiz yataqları aşkar olunub, qiymətləndirilərək mis porfir filizi yataqlarının müəyyən hissəsi ilkin kəşfiyyata cəlb edilib. Geoloji Xidmətin tarixində ilk dəfə olaraq iki: mis kolçedan və kvars sulfid filiz yataqları üzrə kəşfiyyat işləri aparılıb və sənaye kateqoriyaları üzrə ehtiyatlar hesablanaraq təsdiq olunub.
Gədəbəy filiz rayonunda yerləşən Qaradağ mis porfir filizləri yatağının mis ehtiyatlarının qiymətləndirilməsi üzrə ilkin kəşfiyyat işləri davam etdirilir: Qoşa kvars sulfid filizləri yatağının qiymətləndirilməsi başa çatdırılaraq mis porfir filizlərinə perspektivli təzahürlərdə axtarış qiymətləndirmə işləri uğurla aparılır.
Qarabağ filiz rayonlarında Qızılbulaq mis kolçedan filiz yatağı, Dəmirli mis porfir filiz yatağı aşkar olunub, bu yataqlarda dəqiq kəşfiyyat işləri aparılıb, ehtiyatları hesablanaraq qiymətləndirilib. Yataqların cinahlarında bir sıra təzahürlər aşkarlanıb.
Zəngilan filiz rayonunda sənaye ehtiyatları çox da böyük olmayan Vejnəli kvars sulfid filizi yatağı kəşf olunaraq sənaye ehtiyatları təsdiq olunub.
Naxçıvan MR-da Ordubad filiz rayonunda Ağyurd, Piyazbaşı, Göydağ mis porfir filizləri yataqları aşkarlanıb və onların yüksək perspektivli olduqları müəyyənləşib. Gümüşlük polimetal yatağının cinahlarında əlavə qurğuşun sink ehtiyatları müəyyənləşib, yeni aşkarlanmış Nəsirvaz polimetal yatağının perspektivi qiymətləndirilib. Respublikada mövcud olan şüşə zavodlarını yerli xammalla təmin etmək məqsədi ilə Nehrəm dolomit yatağında nəhəng ehtiyatlar olduğu təyin olunub, kəşfiyyat işləri aparılaraq ehtiyatlar təsdiq olunub.
Müharibədən sonra qısa müddət ərzində 103 müxtəlif qeyri-filiz xammalı və tikinti materialları yataqları, o cümlədən nəhəng Daşsalahlı bentonit gili yatağı, yüksək keyfiyyətli 13 üzlük daş yatağı, 7 mişar daşı yatağı, 6 tikinti daşı yatağı, 35 qum-çınqıl qarışığı yatağı, 7 tikinti qum yatağı, 16 müxtəlif təyinatlı gil xammalı yatağı kəşf olunaraq istismara verilib. Beləliklə, Respublikada tikinti materialları sənayesinin güclü xammal bazası yaradılıb. Respublikada tikilməkdə olan su anbarları üçün 14 müxtəlif tikinti materialı yatağı istifadəyə verilib.
Mişovdağ yatağında nəhəng yod-brom ehtiyatları təsdiq olunub və kəşfiyyatı başa çatdırılıb.
Abşeron yarımadasının Binə-Hövsan sahəsi hüdudlarında və Neftçala sahəsində axtarış qiymətləndirmə işləri ilə yod-brom sularının böyük ehtiyatları aşkar edilib. Beləliklə, Bakı yod və Neftçala yod-brom zavodları xammalla tam təmin olunub. Geoloji kəşfiyyat işlərində seolit və vermikulit kimi xammal ilk dəfə aşkarlanıb.
Quba, Dəvəçi, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Qazax, Şəki, Zaqatala, Balakən, Gədəbəy, Ağdərə, Xocavənd, Qubadlı, Ordubad, Culfa rayonlarında yeraltı içməli suların axtarışı və kəşfiyyatı başa çatdırılıb, ehtiyatları hesablanaraq təsdiq olunub.
Müasir elmi təsəvvürlər arasında Aralıq dənizi qırışıqlıq qurşağının Qafqaz seqmentinin Azərbaycan kəsimi üçün 1:500000 miqyaslı geoloji, faydalı qazıntılar, tektonik, metallogenik, tektonomaqmatik, hidrogeoloji, mühəndisi-geoloji, geofiziki və geokimyəvi anomaliyalar, filiz formasiyaları xəritələri, 4-cü dövr xəritəsi hazırlanıb və çap olunub.
Respublika ərazisində 1:200000 miqyaslı geoloji-planalma işləri başa çatdırılıb, dağlıq, dağətəyi, faydalı qazıntılara perspektivli ərazilərdə 1:500000 miqyaslı xəritəalma işləri aparılıb.
Azərbaycan iqtisadi inkişafının əsas strateji xəttini müəyyənləşdirən, onun çoxşaxəli və davamlı tərəqqisi üçün güclü mineral xammal bazasının yaradılmasını mühüm hesab edən Ulu Öndər mineral xammal və təbii resurslardan daha kompleks istifadə etməklə son məhsulların maksimum və tullantısız alınmasını vacib hesab edirdi. Təbiəti mühafizə etməklə təbii sərvətlərdən ən optimal yolla istifadəni təmin etmək məqsədi ilə ümummilli lider H.Əliyevin 23 may 2001-ci ildə imzaladığı fərmanla Ekologiya və Təbii Sərvətlər Nazirliyi, onun tərkibində Milli Geoloji Kəşfiyyat Xidmətinin yaradılması ilə müstəqil dövlətin strateji fəaliyyət istiqamətlərindən biri olan geologiya sahəsində dövlət siyasəti formalaşdırılmasına başlanıldı. Artıq geologiya sahəsi müstəqil Azərbaycan dövlətinin strateji və iqtisadi maraqları çərçivəsində inkişaf etdirilir və ölkənin perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində həlledici rol oynayır. Milli Geoloji Kəşfiyyat Xidmətinın fəaliyyət göstərdiyi 2002-2013-cü illərdə sahə balansına faydalı qazıntı yatağı qəbul edilib. Köklü və səpinti qızıl yatağı, mis molibden, bitum, əlvan daş, flyuz, gil, qum, sement xammalı, tikinti daşı, üzlük daşı, qum çınqıl, dolomit, yanar şist, keramika xammalı, mineral boya, mişar daşı, soda xammalı və şüşə xammalı yatağı aşkarlanıb. Məhz bu dövrdə böyük ehtiyatlara malik Bəylər bentonit gili yatağı kəşf olunub.
Azərbaycanın Uralı adlandırılan Kiçik Qafqazın böyük hissəsi Ermənistan tərəfindən işğal olunduğundan 90-cı illərdən etibarən həmin ərazilərdə Geoloji kəşfiyyat işləri tamamilə dayandırılıb. İşğala qədər orada 5 qızıl, 10 civə, xromit və polimetal, 11 mineral su, 12 əlvan və bəzək daşlar, çoxlu sayda müxtəlif təyinatlı inşaat materialları yataqları, cəmi 163 faydalı qazıntı yatağı kəşf olunmuşdu. Ən yeni geoloji təsəvvürlər əsasında həmin ərazilərin geoloji öyrənilməsi üzrə proqram hazırlanmaqdadır. 
Artıq beynəlxalq əməkdaşlıq istiqamətində mühüm işlər görülməkdədir, qloballaşan dünya iqtisadiyyatında layiqli yer tutmaq üçün belə əməkdaşlığın mühüm əhəmiyyəti vardır. Böyük Qafqaz silsiləsinin Azərbaycan hissəsində-Quba və Qusar rayonlarının yüksək dağlıq hissələrində Koreyanın Ehtiyatlar Korparasiyası ilə əməkdaşlıq çərçivəsində geoloji-kəşfiyyat işləri aparılmışdır, digər ölkələrlə birgə əməkdaşlıq istiqamətində layihələr həyata keçirilməkdədir.