• Bakı
  • Gündüz +25°C,
  • Gecə +19°C
  • Sumqayıt
  • Gündüz +24°C,
  • Gecə +18°C
  • Naxçıvan
  • Gündüz +31°C,
  • Gecə +16°C
  • Xankəndi
  • Gündüz +19°C,
  • Gecə +11°C
  • Şuşa
  • Gündüz +15°C,
  • Gecə +7°C
  • Xocalı
  • Gündüz +17°C,
  • Gecə +10°C
  • Xocavənd
  • Gündüz +19°C,
  • Gecə +12°C
  • Qubadlı
  • Gündüz +18°C,
  • Gecə +11°C
  • Zəngilan
  • Gündüz +19°C,
  • Gecə +12°C
  • Laçın
  • Gündüz +15°C,
  • Gecə +7°C
  • Kəlbəcər
  • Gündüz +17°C,
  • Gecə +9°C
  • Daşkəsən
  • Gündüz +17°C,
  • Gecə +12°C
  • Gədəbəy
  • Gündüz +16°C,
  • Gecə +11°C
  • Ağdam
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Cəbrayıl
  • Gündüz +27°C,
  • Gecə +16°C
  • Füzuli
  • Gündüz +28°C,
  • Gecə +17°C
  • Gəncə
  • Gündüz +29°C,
  • Gecə +18°C
  • Qazax
  • Gündüz +28°C,
  • Gecə +17°C
  • Naftalan
  • Gündüz +29°C,
  • Gecə +19°C
  • Şəki
  • Gündüz +26°C,
  • Gecə +16°C
  • Ağstafa
  • Gündüz +23°C,
  • Gecə +12°C
  • Qəbələ
  • Gündüz +25°C,
  • Gecə +13°C
  • Şamaxı
  • Gündüz +23°C,
  • Gecə +11°C
  • Zaqatala
  • Gündüz +26°C,
  • Gecə +13°C
  • Xızı
  • Gündüz +15°C,
  • Gecə +8°C
  • Siyəzən
  • Gündüz +27°C,
  • Gecə +14°C
  • Şabran
  • Gündüz +27°C,
  • Gecə +14°C
  • Quba
  • Gündüz +24°C,
  • Gecə +13°C
  • Qusar
  • Gündüz +22°C,
  • Gecə +11°C
  • Xaçmaz
  • Gündüz +25°C,
  • Gecə +13°C
  • Kürdəmir
  • Gündüz +31°C,
  • Gecə +20°C
  • Yevlax
  • Gündüz +29°C,
  • Gecə +19°C
  • Ağcabədi
  • Gündüz +29°C,
  • Gecə +17°C
  • Ağdaş
  • Gündüz +28°C,
  • Gecə +17°C
  • Göyçay
  • Gündüz +29°C,
  • Gecə +18°C
  • Bərdə
  • Gündüz +29°C,
  • Gecə +18°C
  • İmişli
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Salyan
  • Gündüz +29°C,
  • Gecə +16°C
  • Beyləqan
  • Gündüz +28°C,
  • Gecə +16°C
  • Saatlı
  • Gündüz +28°C,
  • Gecə +17°C
  • Hacıqabul
  • Gündüz +31°C,
  • Gecə +20°C
  • Masallı
  • Gündüz +27°C,
  • Gecə +18°C
  • Lənkəran
  • Gündüz +26°C,
  • Gecə +18°C
  • Lerik
  • Gündüz +17°C,
  • Gecə +13°C
Faydalı Bölmələr

İllik hesabat

 2017-ci il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən

görülmüş işlər

 

Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi ölkədə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsidir.

Ölkə rəhbərliyinin ekologiya ilə əlaqədar məsələlərə göstərdiyi diqqət sayəsində ətraf mühitin yaxşılaşdırılması istiqamətində 2017-ci ildə bir sıra layihələr həyata keçirilib, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ekoloji problemlərin həllinə yönəlmiş tədbirlər görülüb.

Ölkə rəhbəri tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivləri üzrə Strateji Yol Xəritəsi”, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində qəbul olunmuş Davamlı İnkişaf prinsipləri, “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair 2017-2020-ci illər üzrə Milli Strategiya”, “Azərbaycan 2020: gələcəyə baxış. İnkişaf Konsepsiyası”, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və digər proqramlardanəzərdə tutulmuş tədbirlər həyata keçirilib.

İl ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qurumları tərəfindən aidiyyəti üzrə aşağıdakı tədbirlər həyata keçirilib.

Meşəbərpa və meşə ilə örtülü ərazilərin artırılması üzrəmeşə fondu torpaqlarında 2017-ci ildə 10152,2 ha sahədə meşəbərpa tədbirləri həyata keçirilib, 4002.2 ha sahədə aqromeşələr, o cümlədən cənub zonasında 55 ha ərazidə sitrus bağları  salınıb, 1538,9 min ədəd (feyxoa, mandarin, portağal, yapon əzgili, limon) ağac əkilib.

 Meşələrin təbii bərpasına kömək tədbirləri 6150 ha sahədə aparılıb. Eyni zamanda, 53,9 ha sahədə toxum səpilib, 31,76 ha sahədə 1427,8 min ədəd toxmacar və 47,19 ha sahədə 3410 min ədəd çilik basdırılıb. Tinglik sahələrində 35361,454 min ədəd müxtəlif çeşiddə əkin materialları yetişdirilib ki, bunun da 6046,97 min ədədi meyvə cincləridir. Meşə fondu ərazilərində meyvə bağlarının becərilməsi məqsədilə 13238 ha sahədə xidmət, 17850 ha sahədə suvarma işləri aparılıb. Toxum tədarükü sahəsində 59795,3 kq müxtəlif növ meyvə ağacları və kol cinslərindən toxum tədarük edilib.

Eyni zamanda, Abşeron rayonu ərazisində Qala-Türkan avtomobil yolunun ətrafında, Salyan rayonu ərazisində Xıdırlı qəsəbəsinin ətrafında, Hacıqabul rayonu ərazisində Kalmas yolunun ətrafında, Qaradağ rayonunun Ələt qəsəbəsinin ərazisində meyvə ağaclarından ibarət aqrobağların salınması üçün yeni ərazilər müəyyənləşdirilıb, xərtiələşdirilib və torpaq sahələrinin ayrılması ilə bağlı müvafiq rayon icra hakimiyyətlərinə müraciət olunub.

Bundan əlavə, 2021-ci ilədək Nazirliyin daxili imkanları hesabına dövlət büdcəsindən əlavə vəsait cəlb edilmədən aqromeşələrin yaradılması ilə bağlı 28 çeşiddə (cənub zonasında sitrus bağlarının salınması məqsədilə 5 növ sitrus meyvələri də daxil olmaqla) 87,6 milyon ədəd müxtəlif cinslərdən ibarət meyvə tinglərinin yetişdirilməsi nəzərdə tutulub. 

2017-ci ildə 948850 ədəd tut tingi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının bölgüsünə əsasən müxtəlif rayonlarda tut bağlarının salınması üçün baramaçılığın inkişafı ilə məşğul olan təşkilatlara, fermerlərə, fərdi təsərrüfatlara, rayon icra hakimiyyətlərinə və bələdiyyələrə ödənişsiz olaraq paylanılıb.

Meşələrdə yanğın təhlükəsinin qarşısını almaq məqsədilə Azərbaycan Respublikası “Yanğın Təhlükəsizliyi Haqqında Qanun”-un tələblərinə uyğun olaraq,  hər ildə olduğu kimi cari ildə də bir sıra qabaqlayıcı zəruri tədbirlər həyata keçirilib, əhali arasında, habelə fermer və digər torpaq mülkiyyətçiləri arasında mütəmadi olaraq izahat işləri aparılıb, müəssisələr yanğınsöndürmə avadanlıqları ilə təmin olunub, bir çox yerlərdə meşə ətrafı ərazilərin minerallaşdırılması (yanğın əleyhinə zolaqlar çəkilməsi) həyata keçirilib, gündəlik növbətçiliklər təşkil edilib. Odur ki, havaların uzun müddət quraqlıq keçməsinə baxmayaraq ciddi meşə yanğınları olmayıb. 2017-ci il ərzində 6 müəssisədə cəmi 368.5 hektar sahədə meşə yanğınları baş verib ki, onlar da operativ qaydada söndürüldüyündən meşələrə ciddi ziyan dəyməyib.

İl ərzində qeyri-meşə fondu torpaqlarında yaşıllıqların salınması, bərpası, becərilməsi istiqamətində müvafiq işlər görülüb. Abşeron yarımadası və ona bitişik digər arid zonalarında, həmçinin magistral avtomobil yollarının ətrafında 504003 ədəd müxtəlif növ ağac və kollar əkilib, bütün ərazilər damcılı suvarma sistemi ilə təchiz edilib.

Hesabat dövründə Zığ-Heydər Əliyev Hava Limanı magistral avtomobil yolunun ətrafında  75601 ədəd, Bayıl yamacında 18200 ədəd müxtəlif növdə ağac və kollar əkilib. Bakı-Qazax magistral avtomobil yolunun Ələt-Hacıqabul hissəsində 41710 ədəd, Bakı-Astara magistral avtomobil yolunun Ələt-Salyan hissəsində 143227 ədəd, Bakı-Şamaxı magistral avtomobil yolunun ətrafında 92 349 ədəd, Bakı-Quba magistral avtomobil yolunun ətrafında  88470 ədəd ağac və kol cinsləri əkilib.  

2017-ci ildə yeni bağların salınması üçün tingçilik idarələrində standart əkin materialı kimi 300 min ədəd zeytun, 1100 min ədəd tut, 110 min ədəd nar, 85 min ədəd badam, 10 min ədəd əncir cinsli əkin materialları yetişdirilib. Yaşıllıqlara 874  ton üzvi gübrə, 60,03 ton mineral gübrə verilib, yaşıllaşdırma idarələrinin ərazilərində 24630 metr suvarma xətləri çəkilib, 366 7040 ədəd əkin materialı yetişdirilib, 4131 kq qiymətli ağac və kol cinslərinin toxumları,  o cümlədən 1023 kq badam, 110 kq ərik, 121 kq şaftalı, 12 kq innab,  140 kq digər çəyirdəklilər, 2075 kq zeytun, 61 kq Eldar şamı, 29 kq sərv, 10 kq arizona sərvi, 25 kq oleandr toxumları tədarük edilib. Əvvəlki illərdə yetişdirilmiş əkin materiallarından 460510 ədədi yaşıllaşdırma idarələrində və aqromeşə massivlərinin salınmasında istifadə olunub.  

Ümumiyyətlə son illər ərzində arid sahələr və aşağı keyfiyyətli torpaqlarla səciyyələnən ərazilərin təmizlənərək yararlı vəziyyətə gətirilməsindən sonra müasir metodlara əsaslanan iri yaşıllaşdırma layihələri həyata keçirilib, 4438 ha ərazidə 5386196 ədəd ağac əkilib, 11 min kilometrə yaxın müasir damcılı suvarma sistemi çəkilib.

Ümumiyyətlə, meşə və qeyri-meşə fondu torpaqlarında 2017-ci il ərzində cəmi 1,8 milyona yaxın meyvə ağacları əkilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci ilin 24 sentyabr tarixində Salyan rayonuna etdiyi səfər çərçivəsində yeni yanaşma və  texnologiyaların tətbiqi əsasında inşa edilən, infrastruktur imkanları gündə 20 min m3, ilkin mərhələdə pilot olaraq sutkada 2000 m3 gücündə avadanlıq quraşdırılan Dəniz suyunun duzsuzlaşdırılması və müasir tinglik kompleksinin fəaliyyəti ilə tanış olub. Hesabat dövrü ərzində zavodda duzsuzlaşdırılmış 504370 m3 sudan ətraf ərazilərdəki yaşıllıqların suvarılmasında istifadə edilib. Müasir tinglik kompleksində 883 mindən artıq müxtəlif cinslərdən ibarət əkin materialı, o cümlədən meyvə tingləri yetişdirilib.

Bundan başqa, Baş Şirvan Kollektorunun suyunun duzsuzlaşdırılaraq suvarılmaya yararlı vəziyyətə gətirilməsi üçün inşa edilmiş qurğuların istehsal gücü 2 dəfə artırılaraq sutkada 5000 m3 çatdırılıb.

2017-cı il ərzində bioloji müxtəlifliyin qorunması istiqamətində aparılan işlər davam etdirilib. Hazırda ölkədə ümumi sahəsi 892546,49 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin beynəlxalq standartlara uyğun infrastrukturunun yaradılması istiqamətində 2017-ci il ərzində Göygöl Milli Parkının rekreasiya potensiallı ərazilərində ekoturizm infrastrukturu, marşrutların yaradılması işləri davam etdirilib, qısa müddət ərzində Milli Parka 350 minə yaxın turist səyahət edib.

Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer qoruğunun yaradılması üçün   “Azərbaycan Respublikasının mühafizə olunan ərazilərinə dəstək proqramı, Zaqatala-Balakən regionu” layihəsi üzrə 2017-ci ilin iyul ayında ərazi ilə tanışlıq üçün Almaniya İnkişaf Bankı tərəfindən təyin edilmiş məsləhətçi-ekspertin Azərbaycana səfəri baş tutub və hazırda hazırlanmış müvafiq tender sənədlərinə baxılır.

BMT-nin İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilən Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinin genişləndirilərək Qızılağac Dənizkənarı Milli Parkının yaradılmasını nəzərdə tutan “Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin tərkibindəki sahilyanı ekoloji sistemlərdə idarəetmənin təkmilləşdirilməsi layihəsi” çərçivəsində rəsmi prosedurlara başlanılıb. Belə ki, Milli Parkın sərhədləri tam dəqiqləşdirilərək 1:25000 və 1:100000 GİS xəritələri hazırlanıb və ümumi sahəsi 300 m2 olan inzibati binasının tikintisi başa çatdırılıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 13 noyabr tarixli 487 nömrəli Qərarı ilə Korçay Dövlət Təbiət Qoruğunun və 2017-ci il 22 dekabr tarixli 592 nömrəli Qərarı ilə isə Eldar Şamı Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonaları təsdiq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2017-ci il 19 sentyabr tarixli Əmrinə əsasən Goranboy rayonu Buzluq kəndinin ərazisində yerləşən “Buz Mağarası”na və Lerik rayonunun Kələxan kəndində yerləşən “Qala Dağı”na bölgə əhəmiyyətli təbiət abidəsi statusu verilib və “Dövlət tərəfindən qorunan dövlət təbiət abidələrinin-geoloji (paleontoloji) obyektlərin Siyahısı”na daxil edilib.

“Ceyranların   mühafizəsi,   reintroduksiyası   və   tarixi   areallarının   yenidən

bərpası” layihəsi çərçivəsində 8 baş ceyran Ağgöl Milli Parkının ərazisinə köçürülüb.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 oktyabr tarixli 2358 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair 2017-2020-ci illər üzrə Milli Strategiya”nın icrası məqsədilə ETSN-nin müvafiq Əmri ilə Tədbirlər Planı təsdiq edilib və müvafiq dövlət qurumlarının nümayəndələrinin daxil olduğu İşçı Qrup yaradılıb və görülmüş işlər haqqında hesabat hazırlanıb.

2017-ci il ərzində xüsusi mühafizə olunan təbiət ərazilərində qanun  pozuntu faktları ilə əlaqədar 1383 akt, 304 protokol tərtib edilib. Tərtib edilmiş akt və protokollara əsasən təbiətə dəymiş ziyan 136100,16 manat məbləğində müəyyən olunub, inzibati qaydada 167630 manat cərimə tətbiq edilib. 29 iş hüquq mühafizə orqanlarına, 142 iş aidiyyəti üzrə rayon məhkəmələrinə və icra bölmələrinə göndərilib. 2017-ci il ərzində xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında ov edən şəxslərə qarşı 45 akt və 50 protokol tərtib edilərək, onlardan 42 ədəd ov silahı və 271 ədəd patron götürülüb, həmin şəxslərə qarşı 46730 manat məbləğində cərimə və 1864,5 manat iddia tətbiq edilib.

Su bioresurslarının artırılması, bərpası, istifadəsinin tənzimlənməsi və mühafizəsi sahəsində 2017-ci il ərzində 437 mln. ədəd müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpələri, o cümlədən 8,3 mln. ədəd nərəcinsli, 190 min ədəd qızılbalıq və 428,5 mln. ədəd çəkikimi balıq körpələri artırılıb Xəzər dənizinə və digər su hövzələrinə buraxılıb.

Xıllı Nərə Balıqartırma zavodunda süni yetişdirilmiş müxtəlif yaş qrupuna mənsub nərə cinsli balıqlardan ibarət təmir-törədici fond yaradılıb. Burada süni yetişdirilmiş ana balığından cərrahi əməliyyat vasitəsilə alınmış kürüdən balıq körpələri yetişdirilir.

Hesabat ili ərzində 10 hüquqi və 125 fiziki şəxsə balıq ehiyatlarından sənaye məqsədlərilə istifadə etmək hüququ verilib və bu məqsədlə 565 ton kilkə, 94,5 ton siyənək və 366 ton axçalı balıqların ovuna kvotalar ayrılıb. Nərə balıqartırma zavodlarının törədici balıqlarla təmin edilməsi  məqsədilə 1.5 ton nərə cinsli, digər balıqartırma zavodlarını törədici balıqlarla təmin etmək üçün 2.1 ton cəkikimi balıq növlərinin, həmçinin elmi-tədqiqat məqsədlərilə 2 ton nərə cinsli balıq növlərinin ovlanmasına icazələr verilib.

Su bioloji resurslarına vurulmuş ziyanla bağlı 51229 manat məbləğində iddia qaldırılıb.

Ölkə ərazisində, o cümlədən Xəzər dənizi akvatoriyasında fasiləsiz olaraq hidrometeoroloji müşahidələraparılıb, hidrometeoroloji şəraitin öyrənilməsi, qısa və uzunmüddətli hidrometeoroloji proqnozların, o cümlədən gözlənilən hidrometeoroloji xəbərdarlıqların verilməsi həyata keçirilib.

Hidrometeoroloji müşahidə sisteminin avtomatlaşdırılması və modernləşdirilməsi işləri davam etdirilib, müasir tələblərə cavab verən məlumatların təhlükəsiz saxlanılması və idarə olunmasına imkan verən iqlim məlumatlarının idarə olunması sisteminə məlumatların yığılması, ötürülməsi və emalı üçün müasir telekommunikasiya sistemi quraşdırılıb, bununla da hidrometeorologiyanın avtomatlaşdırma səviyyəsi 100%-ə çatdırılıb. Avtomat meteoroloji stansiyaların sayı 68-ə çatdırılıb, bu stansiyalardan biri işğaldan azad edilən Cocuq Mərcanlı kəndində qurulub. Personalsız fəaliyyət göstərən avtomat meteoroloji stansiyaların sayı isə 4-dən 11-ə çatdırılıb.

2017-ci ilin yanvarından yeni iqlim bazası və kommunikasiya mərkəzinin yaradılması ilə hidrometeoroloji müşahidə məlumatlarının elektron qaydada toplanması təmin olunub, Ümumdünya Meteorologiya Təşkilatı ilə məlumat mübadiləsinin yeni sistem vasitəsi ilə həyata keçirilməsinə başlanılıb.

Çoxillik müşahidə məlumatları əsasında sel xəritəsinin və iqlim xəritəsinin yeni versiyası hazırlanaraq çap olunub.

Hesabat dövründə əlavə olaraq 7 hidrometeoroloji stansiyada (Kürdəmir, Oğuz, Qobustan, Tərtər, Zərdab, Mingəçevir və Lənkəran HMS) onlayn videogörüntü sistemi quraşdırılaraq istifadəyə verilib və ümumilikdə şəbəkə üzrə videogörüntü qoşulan  HMS-ların  sayı 30-a  çatdırılıb.

Böyük və Kiçik Qafqazın çay hövzələrində qar-su ehtiyatlarının qiymətləndirilməsi və həmin ərazidə çayların gursululuq və yaz-yay daşqınları dövründə axımının proqnozlaşdırılması məqsədi ilə 4 qrupdan ibarət ekspedisiya dəstələri təşkil olunub, 23 marşrutda qarölçmə işləri aparılıb. Qar örtüyü üzərində aparılmış müşahidələrin nəticələri əsasında hazırlanmış gursululuq dövrü üçün axım proqnozu aidiyyəti üzrə müvafiq qurumlara təqdim olunub. 

Hesabat dövründə Azərbaycanın 7 iqlim bölgəsi üzrə ümumi sayı 13600-ə yaxın yarımsutkalıq, sutkalıq, ikisutkalıq, 5-10 günlük və aylıq hava proqnozu, Xəzər dənizinin 6 rayonu üzrə 12400 yarımsutkalıq, sutkalıq, ikisutkalıq, 5-10 günlük, Kür və Qanıx çayları üzrə 434 sutkalıq axım proqnozu, Kür çayının aşağı hissəsində üç məntəqə (Kür-Surra, Şirvan, Salyan) üzrə iki və üç sutkalıq 746 səviyyə proqnozu, 3 çay üzrə 36 ədəd ongünlük su sərfi proqnozu, 15 çay üzrə 12 ədəd aylıq proqnoz, Kür, Araz, Qanıx çayları üzrə 4 fəsillik axım proqnozu tərtib olunub. Abşeron dəniz rayonu üzrə 41-i təhlükəli, 14-ü xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında cəmi 174 xəbərdarlıq tərtib olunub.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsini”nin Tədbirlər Planının 7.1.1-ci “İqlim dəyişmələrinin kənd təsərrüfatına təsirlərinin qiymətləndirilməsi və adekvat adaptasiya planının hazırlanması” yarımbəndinin icrası ilə əlaqədar ilkin olaraq iqlim dəyişmələrinin kənd təsərrüfatına təsirlərinə dair statistik məlumatların təhlili və məlumat bazasının təkmilləşdirilməsi işlərinə başlanılıb və eyni zamanda müasir metodlara əsaslanan iqlim ssenariləri hazırlanıb.

Eyni zamanda, qeyd olunan Tədbirlər planının 7.2.2-ci “Kənd təsərrüfatı sektorunda karbon qazı emissiyasının azaldılması” yarımbəndinin icrası ilə əlaqədar bitkiçilikdə və heyvandarlıqda karbon qazı emssiyasının azaldılması tədbirləri hesabına təsərrüfatlarda formalaşan peyinlərdən yaranan metan qazının yığılması və bərpa olunan enerji kimi istifadəsinin təşviq olunması məqsədilə Yevlax, Bərdə, Tərtər, Füzuli, Ağsu, Ağdaş, Şəki, Qəbələ, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarında heyvandarlıqla məşğul olan fermer təsərrüfatlarının, eləcə də yerli icra hakimiyyəti və kənd təsərrüfatı idarələrinin nümayəndələrinin iştirakı ilə təşviqat tədbirləri keçirilib.

Bundan başqa 7.2.2-ci “Kənd təsərrüfatı məqsədləri üçün hava şəraitinə müdaxilə və doludan müdafiə sisteminin yaradılması imkanlarına baxılması” yarımbəndinin icrası ilə bağlı 1967-1991-ci illərdə ölkə ərazisində həyata keçirilmiş doluya qarşı mübarizə tədbirləri və onların nəticələri haqqında hesabat hazırlanıb. Eyni zamanda, hazırda mövcud olan və ləğv olunmuş doluya qarşı mübarizə məntəqələrinin inventarlaşdırılması işləri aparılıb və Ağstafa, Tovuz, Göygöl, Şamaxı, İsmayıllı və Şəki radiometeoroloji stansiyalarında mövcud olan radiolokasiya və raket-artilleriya vasitələri  və onların texniki vəziyyəti qiymətləndirilib.

İl ərzində atmosfer havası, yağıntılar, torpaq, səth suları, o cümlədən ətraf mühitin radioaktiv çirklənməsi üzrə monitorinqfəaliyyəti davam etdirilib, antropogen təsirlər nəticəsində ətraf mühitdə gedən proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması, həmçinin ətraf mühitin vəziyyətinə dair məlumat bazasının yaradılması həyata keçirilib, operativ və rejim məlumatları hazırlanaraq onların yayımlanması təmin edilib.

Atmosfer havasının çirklənməsinin monitorinqi ölkənin 8 iri sənaye şəhərində - Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkidə yerləşən 26 müşahidə məntəqəsində aparılıb. Bu şəhərlərdə atmosfer havasının fon tərkibi və hər bir şəhərin spesifik zərərli maddələri üzrə 2017-ci il ərzində 93099 nümunə götürülüb və həmin nümunələr üzərində 17 adda çirkləndirici üzrə 94798 analiz aparılıb. Qeyd olunan şəhərlərdə yüksək çirklənmə halları qeydə alınmayıb. Atmosfer havasının çirklənmə səviyyəsinə dair 242 sayda “Atmosfer havasının çirklənmə səviyyəsi və təbii mühitin radiasiya şəraiti haqqında” gündəlik bülletenlər hazırlanaraq aidiyyəti üzrə dövlət orqanlarına çatdırılıb.

Atmosfer yağıntılarının kimyəvi tərkibinin monitorinqi ölkənin 6 bölgəsində - Abşeron yarımadası, Kür-Araz ovalığı, Kiçik Qafqaz, Böyük Qafqazın şimal-şərq, cənub yamacı və Lənkəran zonasında 23 məntəqədə 11 göstərici üzrə aparılıb. 2017-ci il ərzində götürülmüş 249 yağıntı (yağış, qar) nümunəsi üzərində 2739 kimyəvi analiz aparılıb.

Səth sularının çirklənməsinin monitorinqi 42 su obyekti üzrə (27 çay, 4 sututarı, 1 liman, 10 göl) 58 müşahidə məntəqəsində aparılıb. Götürülmüş 437 su nümunəsi üzərində 7475 analiz aparılıb və su obyektlərində ekstremal və yüksək çirklənmə halları qeydə alınmayıb. Monitorinqin nəticələri əsasında 36 sayda “Kür və Araz transsərhəd çaylarının çirklənmə vəziyyəti haqqında 10 günlük hidrokimyəvi”, 12 sayda “Yerüstü su obyektləri haqqında aylıq hidrokimyəvi” bülletenlər hazırlanaraq aidiyyəti dövlət orqanlarına çatdırılıb.

Torpaqların fon tərkibinin, neft məhsulları, pestisidlər və ağır metallarla çirklənməsinin öyrənilməsi məqsədi ilə aparılan monitorinqlər davam etdirilib, il ərzində götürülmüş 261 torpaq nümunəsi üzərində 2472 kimyəvi analiz yerinə yetirilib. 

Ətraf mühitin radiasiya fonu üzrə gündəlik müşahidələr ölkənin bütün bölgələrini əhatə etməklə, gündə 3 dəfə 35 məntəqədə aparılıb. Aparılmış ölçmələrin nəticələrinə əsasən 242 sayda gündəlik bülletenlər hazırlanaraq aidiyyəti üzrə dövlət orqanlarına çatdırılıb və məlumatlar gündəlik olaraq Nazirliyin İnternet saytında yerləşdirilib. Atmosfer aerozollarının b-radioaktivliyi üzərində müşahidələr Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Zaqatala, Quba, Naxçıvan, Ağcabədi, Ağstafa və Neft Daşlarından götürülüb 3770 planşet nümunələrində Cs137, K40, Sr90 radionuklidləri üzrə 11 310 analiz aparılıb və həmin nümunələrdə radionuklidlər aşkar edilməyib. Transsərhəd ərazilərdə (Qazax, Sədərək (Naxçıvan MR), Beyləqan, Astara, Quba rayonları və Pirallahı adası) radiasiya fonu üzrə avtomatlaşdırılmış monitorinq nəzarəti sistemi təlimata uyğun olaraq 2017-ci ilin fevral ayında istehsalçı şirkətin mütəxəssisləri tərəfindən kalibrasiya edilib. Hazırda avtomatlaşdırılmış monitorinq nəzarəti sistemi üzrə məlumatlar hər yarım saatdan bir Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə və eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə ötürülür.

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sektorunda və onun 955 kilometrlik sahil zolağında, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə 621-i dənizdə olmaqla ümumilikdə 2026 monitorinq keçirilib. Monitorinq zamanı ölkə ərazisindən Xəzər dənizinə tökülən 235 axardan götürülmüş 4483 (su, qazma məhlulu və torpaq) nümunələr üzərində mütəmadi olaraq fiziki-kimyəvi, kimyəvi, mikrobioloji, bioloji və ekotoksikoloji tədqiqatlar aparılıb. Keçirilən monitorinqlər zamanı götürülən su, şlam və torpaq nümunələri üzərində ümumilikdə 52854 təhlil aparılıb. Bunlardan 21060 analitik, 14904 ekotoksikoloji, 16890 mikrobioloji təhlillərdir.

Monitorinqlər nəticəsində qeydə alınmış ekoloji problemlər həftəlik və aylıq bülletenlərdə əks olunaraq tədbir görülməsi üçün aidiyyəti dövlət orqanlarına çatdırılıb.

Hesabat dövründə çimərliklərin yay istirahət mövsümünə hazırlığı ilə əlaqədar mütəmadi olaraq çimərlik ərazilərindən götürülmüş su nümunələri üzərində aparılmış tədqiqatlara görə Sumqayıt, Sahil və Şıx çimərliklərinin mikrobioloji baxımdan çirkli olması müəyyən olunub. Bundan başqa Xəzər dənizinin sahil zolağında quraşdırılmış modul tipli lokal təmizləyici qurğulardan mütəmadi götürülmüş su nümunələri üzərində hərtərəfli tədqiqatlar aparılıb.

Hesabat ili ərzində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin və onun sahil zolağının çirkləndirici maddələrlə çirklənməsinin öyrənilməsi məqsədi ilə Xəzər dənizinin sahil zolağında yerləşən yaşayış sahələrində, Dövlət Neft Şirkətinin müəssisələrində, BP Azərbaycan şirkətinin operatorluq etdiyi “Azəri”, “Çıraq”, “Günəşli” və “Şahdəniz” yataqlarındakı platformalar ətrafında, limanlarda, yanalma körpülərində və eyni zamanda dənizə tökülən axarlarda ekoloji monitorinqlər keçirilib.

            Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə həyata keçirilən, qısa zamanda geniş əraziləri əhatə edən və effektiv nəticələr verən əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması tədbirləriçərçivəsində fəaliyyət davam etdirilir. 2017-ci ildə 77363 nəfər əhalini içməli su ilə təmin etmək məqsədilə 103 yaşayış məntəqəsində modul tipli su təmizləyici qurğuların quraşdırılmasına başlanılaraq 39 yaşayış məntəqəsində modul tipli su təmizləyici qurğular istismara verilib. 26 yaşayış məntəqəsində tikinti işləri yekunlaşaraq istismara verilməsi üçün son tamamlama işləri aparılır, 38 yaşayış məntəqəsində isə tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Bununla da regionlarda modul tipli sutəmizləyici qurğuların quraşdırılması hesabına 484 yaşayış məntəqəsində keyfiyyətli içməli su ilə təmin edilmiş əhalinin sayı 700 mini keçmiş olur. 

2017-ci il ərzində geoloji-kəşfiyyat işləri 56 obyekt üzrə yerinə yetirilib. Bunlardan 44 obyekt əvvəlki illərdən 2017-ci  ilə keçid alıb. 2017-ci ildə Milli Geoloji Kəşfiyyat Xidmətinin “Obyektlər Planı”na daxil edilən 13 yeni obyekt üzrə müvafiq geoloji tapşırıqlar və layihə-smeta sənədləri hazırlanaraq çöl geoloji-kəşfiyyat işlərinə başlanılıb.

Geoloji kəşfiyyat işləri başa çatdırılmış obyektlər üzrə aşağıdakı bir sıra mühüm nəticələr  əldə olunub:

- Bənövşəçay hövzəsinin allüvial çöküntülərində aşkar edilmiş nəcib metal oreollarının köklü mənbələrinin (perspektivli sahələrin) aşkar edilməsi və ilkin qiymətləndirilməsi (proqnoz resursların P2 kateqoriyası ilə hesablanması) üzrə  yerinə yetirilmiş nüvə geofiziki tədqiqatları nəticəsində platinli qızıl-sulfid filizləşməsinə perspektivli (2 km2) sahə ayrılıb.

- Şabran rayonu ərazisində100 km2 sahədə aparılmış axtarış işləri nəticəsində sahəsi 1,35 km2 olan, beton istehsalı və yol tikintisi üçün yararlı Gilgilçay qum-çınqıl qarışığı və sahəsi 0,45 km2 olan, həmçinin beton istehsalı və yol-tikinti işləri üçün yararlı olan Çuxurzəmi brekçiyalaşmış əhəngdaşı təzahürləri hüdudlandırılıb. Həmin sahələrdə aparılmış axtarış-qiymətləndirmə işləri nəticəsində Gilgilçay qum-çınqıl qarışığı xammalının 5940 min m3, Çuxurzəmi brekçiyalaşmış əhəngdaşı xammalının isə 11250 min m3 həcmində C2 kateqoriyası ilə ehtiyatları hesablanıb.

- Abşeron rayonu ərazisində 100 km2 ərazidə aparılmış axtarış işləri nəticəsində “Bəyqulu” perspektivli qum sahəsi hüdudlandırılıb. Bu sahədə aparılmış axtarış-qiymətləndirmə işləri nəticəsində Bəyqulu qum yatağı üzrə 1.080 min m3 həcmidə, tikinti işlərinə yararlı qum xammalı ehtiyatları C2 kateqoriyası ilə hesablanıb.

- Göyçay rayonu ərazisində 120 km2 ərazidə aparılmış axtarış işləri nəticəsində kərpic və digər keramik məmulatların istehsalına yararlı “Çavuştəpə” gilcə təzahürü (0,79 km2) və inşaat materiallarına yararlı “Daşlı” qum-çınqıl qarışığı təzahürü (0,4 km2) hüdudlandırılıb. Bu təzahürlərdə aparılmış axtarış-qiymətləndirmə işləri nəticəsində “Çavuştəpə” gilcə yatağı üzrə 3459 min m3 həcmində gilcə, “Daşlı qum-çınqıl yatağı üzrə isə 2810 min m3 həcmində qum-çınqıl ehtiyatları C2 kateqoriyası ilə hesablanıb.

- Kür çayının aşağı axarında Sabirabad şəhərindən Salyan rayonunun Qarabağlı kəndinədək olan ərazidə, hər iki sahil boyunca, 5 km-ə qədər zolaq daxilində kompleks ekoloji-hidrogeoloji və mühəndisi-geoloji tədqiqat işləri yerinə yetirilib. Bu regionda Cəlilabad və Neftçala geoekoloji rayonları və bu rayonlar daxilində geoekoloji landşaft zolaqları öz təsvirini tapıb. Geoekoloji tarazlığın bərpası məqsədi ilə həmin landşaft zolaqlarında görüləcək təxirə salınmaz tədbirlər haqqında müvafiq tövsiyələr hazırlanıb.

- Abşeron yarımadası, Qazax-Gəncə, Balakən-Zaqatala, Şamaxı-İsmayıllı və Astara-Lənkəran zonalarında torpaqda Rn qazının (alfa-aktiv qazlar), Bakı, Sumqayıt, Şirvan və Gəncə şəhərlərində zirzəmilərdə alfa-aktiv qazların konsentrasiyası ölçülüb və xəritələnib.

- Əsas mineral-xammal növləri üzrə ehtiyatlar və resurslar, onların əmələgəlmə şəraiti, fiziki-kimyəvi, mineraloji-geokimyəvi xüsusiyyətləri, tətbiq sahələri haqında yetərincə məlumat toplanıb.  

- Ərtəpə təzahüründə intişar tapmış filizlərin maddi tərkibi 2 saylı mağaradan götürülmüş 2 ədəd texnoloji sınaq əsasında tədqiq edilib. Aparılmış hidrokimyəvi faza analizinin nəticələrinə əsasən filiz sınağında olan Cu, Zn, və Fe minerallarının əksəriyyəti sulfid formasındadır. Filizlərin emalı üçün rasional kollektiv selektiv flotasiya sxemi və müvafiq optimal reagent rejimi işlənib hazırlanıb, filizdə olan sinkin 86,6%-nin flotokonsentrata ayrılması təmin edilib.

- Böyük Qafqazın cənub-şərq hissəsində K-39-111-A-B topovərəqləri hüdudlarında ümumi axtarışla və geofiziki üsulların müşayiəti ilə 530 km2 sahədə geoloji planalma işləri aparılıb, sahənin geoloji quruluşu, geodinamik inkişafı, geoloji şəraiti öyrənilib, müxtəlif faydalı qazıntılara perspektivliyi qiymətləndirilib, müasir tələbata cavab verən geoloji, faydalı qazıntıların yerləşmə qanunauyğunluqları, proqnoz və digər xəritələr tərtib edilib. 

- Zaqatala rayonunda axtarış işləri iki mərhələdə aparılıb. İlkin mərhələdə 175 km2 sahədə axtarış işləri aparılıb və nəticədə iki perspektivli Şambul gilcə və Paşan qum-çınqıl qarışığı sahələri ayrılıb. Ikinci mərhələdə ayrılmış hər iki sahədə axtarış-qiymətləndirmə işləri aparılıb və xammal ehtiyatları hesablanıb. Şorməkan gilcə sahəsi üzrə xammal ehtiyatı C2 kateqoriyası üzrə 4416 min m3 həcmində hesablanıb.

- Bərdə rayonu ərazisində ayrılmış 120 km2 sahə hüdudları daxilində aparılmış geoloji axtarış işləri  nəticəsində gilcə və gil xammalına perspektivli sahələr müəyyən edilib. Bunlardan kəmiyyət və keyfiyyət göstəriciləri ilə fərqlənən və gil xammalına daha perspektivli olan Mollagüllər sahəsi (3,0 km2) seçilərək ayrılıb. Mollagüllər sahəsində axtarış-qiymətləndirmə işləri aparılaraq gil yatağının hüdudları müəyyən edilib və xammalın ehtiyatları C2 kateqoriyası üzrə 3864000 m3 həcmində hesablanıb.

- Qobustan rayonu ərazisində axtarış işlərinin nəticəsi olaraq sement xammalına yararlı perspektiv Ceyrankeçməz mergel yatağı aşkar edilərək ayrılıb və aşkar edilmiş perspektivli sahədə axtarış-qiymətləndirmə işləri aparılaraq xammalın ehtiyatları C2 kateqoriyası ilə 1710 min m3 həcmində hesablanıb.

- Göygöl rayonunda Çənlibel əqiq-xalsedon və Dozular əhəngdaşına perspektivli sahələr ayrılmışdır. Ayrılmış perspektiv sahələrdə axtarış-qiymətləndirmə işləri aparılıb. P1 kateqoriyası ilə 1470 kq əqiqin, 5502 kq xalsedon üçün proqnoz resurslar hesablanmışdır. Dozular əhəngdaşı yatağında isə sement istehsalına yararlı əhəngdaşının C2 kateqoriyası ilə 9 600 min m3 ehtiyatı hesablanıb.

Hidrogeoloji təftiş, sınaq və qiymətləndirmə işlərinin aparıldığı sahələr Kür çökəkliyinin tərkibinə daxil olan Kürdəmir neftli-qazlı vilayətinin Muradxanlı, Carlı və Sorsor sahələrini əhatə edir və inzibati cəhətdən Kürdəmir və İmişli rayonlarının ərazisində yerləşirlər. Aparılmış tədqiqatlar zamanı sulu horizontlardan gündəlik sərfləri 245-2100 m3/gün, quyu ağzında temperaturları 38-91ºC, minerallaşma dərəcələri 14,8-41,0 q/l olan sular alınıb. 

Coğrafi İnformasiya Sisteminin (CİS texnologiyasının)  tətbiqi üzrə aparılmış tematik tədqiqat işlərinin əsas məqsədi Gədəbəy və Daşkəsən rayonlarının ərazilərində ayrılmış sahələr üzrə GİS tətbiqi sayəsində elektron informasiya bazasının yaradılması, UTM koordinat sistemli müvafiq miqyaslı geoloji və faydalı qazıntıların qanunauyğunluq xəritələrinin tərtib edilməsindən ibarət olub. Bu məqsədlə Qəribli, Çardaxlı, Aşağı Seyfəli, Novosaratovka, Gədəbəy, Qalakənd, Qabaqtəpə, Quşçu, Daşkəsən topovərəqlərinin hüdudlarında mövcud olan geoloji və faydalı qazıntıların yerləşmə qanunauyğunluqları xəritələrinin əhatə etdiyi sahələr üzrə redaktə uzlaşdırma marşrutlarının keçilməsi işlərinin nəticəsində ərazinin geoloji-tektonik quruluşu, maqmatizmi öyrənilib, sahə boyu müşahidə edilmiş metasomatitlərin tiplərinə görə bölgüsü və onların təyin olunmuş zonallıq üzrə filizəmələgəlmədə oynadığı rolu dəqiqləşdirilib, müasir relyefin yaradılması yerinə yetirilib. Faydalı qazıntıların yerləşmə qanunauyğunluqları xəritələrinin əhatə etdiyi sahələr üzrə filiz yataqların və təzahürlərin yerləri dəqiqləşdirilib. Aparılmış işlərin nəticəsində Daşkəsən-Gədəbəy  filiz rayonu üzrə 60x60 km ölçülü 3600 km2 sahəni əhatə edən, mövcud geoloji və faydalı qazıntılar xəritələrinin elektron nüsxələri yaradılıb və UTM koordinat sistemli müvafiq miqyaslı xəritələr toplusu çap edilib. 

- Sahə balansına götürülmüş qeyri-filiz yataqlarının ilkin qiymətləndirilməsi məqsədi ilə normativ kondisiya göstəricilərinin hazırlanması istiqamətində elmi tədqiqat işləri aparılıb. Sahə balansına götürülmüş qeyri-filiz yataqlarının ilkin qiymətləndirilməsi əsasında onların istismarından dövlət büdcəsinə daxil olacaq ödənişlərin ümumi miqdarını proqnozlaşdırmaq məqsədi ilə ümumiləşdirilmiş normativ göstəricilər üsulundan istifadə olunub. Nümunəvi Duvannı gil yatağı bazasında kərpic və keramzit istehsalı, Hacıvəli kvars qumu yatağının sənaye istismarı, Çapılmış əhəngdaşı yatağının bazasında divar daşı istehsalı və Səbətlər yatağındakı qum-çınqıl xammalının hasilatı üzrə texniki-iqtisadi göstəricilər tərtib edilib.

- Abşeron iqtisadi rayonu ərazisində qeyri-filiz yataqlarının istismarı zamanı yaranan tullantı növlərinin təkrar istifadə perspektivliyinin araşdırılması və ətraf mühitin bərpası məqsədilə tədbirlər planının hazırlanması mövzusu üzrə hesabat fond, ədəbiyyat və analitik materialların araşdırılması və əlavə çöl şəraitində müayinə və müşahidələrin əsasında tərtib edilib. Abşeron iqtisadi rayonu ərazisində sənayedə təkrar istifadəyə yararlı tullantı xammalı növləri müəyyənləşdirilib, sahələrin ölçüləri təqribi hesablanıb və onların hansı məqsədlər üçün təkrar istifadə edilmə imkanları qiymətləndirilib. 

Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində hazırkı dövrə qədər 35 qeyri-filiz yatağı, o cümlədən 2 əhəngdaşı, 1 mergel, 2 qum, 10 qum-çınqıl, 3 gilcə, 1 qum-gil, 14 gil, 1 əqiq-xalsedon  və 1 andezit-bazalt yatağı  qiymətləndirilib. Hazırda ehtiyatların hesablanması davam etdirilir. Şirvan, Samux, Şəmkir, Xaçmaz, Lerik və Lənkəran rayonları üzrə axtarış, axtarış-qiymətləndirmə işləri başa çatdırılıb, hazırda yekun geoloji hesabatlar hazırlanır. Quba rayonunda axtarış-qiymətləndirmə işləri davam etdirilir.

Hesabat dövründə “Azərbaycan Respublikası ərzisində süxurların və günəşin yaratdığı təbii radioaktivlik xəritəsi”, “Azərbaycan Respublikasının Abşeron iqtisadi rayonunun faydalı qazıntılar xəritəsi”, “Azərbaycan Respublikasının Dağlıq Şirvan iqtisadi rayonunun faydalı qazıntılar xəritəsi”, “Azərbaycan Respublikasının Quba-Xaçmaz iqtisadi rayonunun faydalı qazıntılar xəritəsi”, “Azərbaycan Respublikasının Şəki-Zaqatala iqtisadi rayonunun faydalı qazıntılar xəritəsi”, “Azərbaycan Respublikasının Gəncə-Qazax iqtisadi rayonunun faydalı qazıntılar xəritəsi”, “Azərbaycan Respublikasının Lənkəran iqtisadi rayonunun faydalı qazıntılar xəritəsi”  tərtib olunub.

Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji sahələrarası tədqiqatlar mərkəzinə 2017-ci il ərzində daxil olmuş 7 258 sınaq, o cümlədən əyar laboratoriyasında 1205 sınaq, spektral tədqiqatlar laboratoriyasında 2116 sınaq, analitik kimya laboratoriyasında 2250 sınaq, su laboratoriyasında 1007 sınaq, fiziki-mexaniki tədqiqatlar laboratoriyasında 680 sınaq tədqiq edilib.

Ekzogen geoloji proseslər və digər fövqəladə hallarla bağlı qaldırılan məsələlər yerində araşdırılaraq cavablandırılıb.

Geodeziya və Kartoqrafiya sahəsində 2017-ci il ərzində topoqrafiya-geodeziya işləri üzrə Azərbaycan Respublikası ərazisini tam, həmsərhəd ölkələrin ərazilərini qismən əhatə edən 48 vərəq 1:25 000 miqyasında rəqəmsal topoqrafik xəritələrin hazırlanması, 243 ədəd trianqulyasiya, poliqonometriya məntəqəsində nivelir nişanlarının müayinəsi və bərpası, 123 məntəqədə müşahidə, həmçinin topoqrafik planalma, 212 vərəq 1:2000 miqyaslı, 48 vərəq 1:25000 miqyaslı köhnə xəritələrin yenilənməsi, 46 vərəq yeni xəritələrin tərtibatı və 664 vərəq xəritələrin çapa hazırlanması işləri yerinə yetirilib.

Kartoqrafiya işləri üzrə 713 adda 43390 nüsxədə müxtəlf miqyaslı topoqrafiq plan və xəritələr, 17 adda 1130 nüsxədə tematik xəritələr tərtib edilərək nəşr olunub.

İl ərzində Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu zolağının su səthinin quru ilə təmas xəttinin təbii təsirlərlə əlaqədar dəyişən ən yüksək həddinin göstəriciləri nəzərə alınmaqla  plan və yüksəkliklərin 0,30 metr dəqiqliyində 1:10000 miqyasında kağız və elektron formatda qrafik təsviri xəritələri hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib.  

Azərbaycan Respublikası Prezidentinin “Tikinti fəaliyyəti həyata keçirilərkən yaşıllıqların mühafizəsi və sürüşmə zonalarında təhlükəsizliyin təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 01 dekabr tarixli 1136 nömrəli Fərmanına uyğun olaraq ölkənin 68 şəhər və rayon inzibati ərazi vahidlərinin mərkəzi olan qəsəbələrdə tikinti aparılması üçün yararlı olan torpaq sahələrini müəyyən etmək məqsədi ilə həmin şəhər və qəsəbələrin yaşıllıq ərazilərinin (ağac, kol, gül-çiçək və ot bitkiləri ilə əhatə olunan torpaq sahələri ayrı-ayrılıqda göstərilməklə) sərhədlərinin qrafik təsvirini (müvafiq döngə nöqtələri və onların koordinatları) əks etdirən 1:10000, zərurət yarandıqda isə 1:25000 miqyaslarında xəritələri kağız üzərində və elektron formatda (ArcGis proqramında mdb) hazırlanıb və Nazirlər Kabinetinin 2017-ci il 18 dekabr tarixli 566 nömrəli Qərarı ilə təsdiq olunub.

Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının 2017-ci il 17 aprel tarixində  Bakı şəhərində imzalanmış Protokoluna əsasən dövlət sərhəddinin demarkasiyası ilə bağlı geodeziya, topoqrafiya və kartoqrafiya təminatını yerinə yetirmək üçün Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədinin Samur çayı üzrə 49 nömrəli delimitasiya nöqtəsindən 66 nömrəli delimitasiya nöqtəsinə qədər sərhəd nişanlarının yerlərdə (naturada) müəyyən edilməsi işləri başa çatdırılıb, həmin nişanların koordinatları təyin olunub və hər iki dövlətin komissiyaları tərəfindən təsdiq edilib.

Ərazi vahidlərinin, inzibatı ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin sərhədlərinin, milli parkların və dövlət təbiət qoruqlarının sanitariya mühafizə zonalarının müəyyən olunması və xəritələrinin hazırlanması sahəsində işlər tamamlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq olunub.

Astara, Göygöl, Oğuz, Biləsuvar, Qusar, Zaqatala, Samux,  Şəmkir və Şəki rayonlarda meşə fondina aid olmayan meşə ilə örtülü sahələr və dövlət meşə fonduna aid olan əkinə yararlı ərazilərin əvəzləşdirilməsi RİH-nin sərəncamları ilə təsdiq edilib. Şabran, Xızı,   Masallı, İsmayıllı, Ağsu, Şamaxı, Goranboy, Salyan, Qazax, Daşkəsən  və Lerik  rayonlarında  dövlət meşə fonduna aid olan əkinə yararlı və dövlət meşə fonduna aid olmayan meşə ilə örtülü torpaq sahələrinin kateqoriyalarının dəyişdirilməsi məqsədi ilə xəritələşdirmə işləri başa çatdırılıb və işçi qruplarında baxılması üçün aidiyyəti üzrə Rayon İcra Hakimiyyətinə təqdim olunub.

Ətraf mühitin mühafizəsi sahəsində 2017-ci il ərzində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 2689 akt və 944 protokol tərtib olunub və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 749 müddətli “məcburi göstəriş” verilib.

Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 990 iş üzrə 920255 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 570 iş üzrə 955299,17 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 5743 iş üzrə 1141264,21 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 603 işdən 227-nə, icra qruplarına göndərilən 590 işdən 241-nə, məhkəmələrə göndərilən 76 işdən 20-nə baxılıb.

Su ehtiyatlarının mühafizəsi üzrə 224 akt və 63 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 128 müddətli “məcburi göstəriş” verilib. 68 iş üzrə 55110 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 28 iş üzrə 106125,34 manat məbləğində iddia qaldırılıb, 1104 iş üzrə 323438,7 manat məbləğində ödəmə tətbiq edilib. Hüquq mühafizə orqanlarına göndərilən 20 işdən 7-nə, icra qruplarına göndərilən 44 işdən 31-nə baxılaraq müvafiq tədbirlər görülüb.

Atmosfer havasının mühafizəsi üzrə 167 akt və 79 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 42 müddətli “məcburi göstəriş” verilib. 85 iş üzrə 26545 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 47 iş üzrə 47895,86 manat məbləğində iddia qaldırılıb, 1528 iş üzrə 319560,33 manat məbləğində ödəmə tətbiq edilib. İcra qruplarına göndərilən 57 işdən 14-nə, hüquq mühafizə orqanlarına göndərilən 17 işdən 3-nə baxılaraq müvafiq tədbir görülüb.

Torpağın mühafizəsi üzrə 112 akt və 38 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 36 müddətli “məcburi göstəriş” verilib. 50 iş üzrə 29300 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 19 iş üzrə 9999,5 manat məbləğində iddia qaldırılıb, 339 iş üzrə 38622 manat məbləğində ödəmə tətbiq edilib. Hüquq mühafizə orqanlarına göndərilən 16 işdən 6-na, icra qruplarına göndərilən 25 işdən 7-nə baxılaraq müvafiq tədbirlər görülüb.

Yerin təkinin mühafizəsi üzrə 73 akt və 35 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 12 müddətli “məcburi göstəriş” verilib. 47 iş üzrə 31300 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 31 iş üzrə 6583,89 manat məbləğində iddia qaldırılıb, 50 iş üzrə 8210 manat məbləğində ödəmə tətbiq edilib. İcra qruplarına göndərilən 31 işdən 13-nə baxılaraq müvafiq tədbirlər görülüb.

Məişət tullantılarının mühafizəsi üzrə 483 akt və 152 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 350 müddətli “məcburi göstəriş” verilib. 146 iş üzrə 194500 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 5 iş üzrə 2020,89 manat məbləğində iddia qaldırılıb, 1472 iş üzrə 225293,77 manat məbləğində ödəmə tətbiq edilib. Hüquq mühafizə orqanlarına göndərilən 88 işdən 51-nə, icra qruplarına göndərilən 121 işdən 62-nə, məhkəmələrə göndərilən 9 işdən 3-nə baxılaraq müvafiq tədbirlər görülüb.

İstehsalat tullantılarının mühafizəsi üzrə 97 akt və 47 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 52 müddətli “məcburi göstəriş” verilib. 34 iş üzrə 27400 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 9 iş üzrə 18377,87 manat məbləğində iddia qaldırılıb, 868 iş üzrə 214205,06 manat məbləğində ödəmə tətbiq edilib. Hüquq mühafizə orqanlarına göndərilən 22 işdən 14-nə, icra qruplarına göndərilən 25 işdən 13-nə, məhkəmələrə göndərilən 7 işdən 3-nə baxılaraq müvafiq tədbirlər görülüb.

Floranın mühafizəsi üzrə (meşə) 368 akt və 27 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 1 müddətli “məcburi göstəriş” verilib. 36 iş üzrə 24500 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 206 iş üzrə 38342,25 manat məbləğində iddia qaldırılıb. Hüquq mühafizə orqanlarına göndərilən 30 işdən 2-nə, icra qruplarına göndərilən 15 işdən 1-nə baxılaraq müvafiq tədbirlər görülüb.

Floranın mühafizəsi üzrə (yaşıllıq) 1037 akt və 382 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 122 müddətli “məcburi göstəriş” verilib. 391 iş üzrə 419300 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 207 iş üzrə 722254,37 manat məbləğində iddia qaldırılıb. Hüquq mühafizə orqanlarına göndərilən 355 işdən 123-nə, icra qruplarına göndərilən 209 işdən 83-nə, məhkəmələrə göndərilən 50 işdən 13-nə baxılaraq müvafiq tədbirlər görülüb.

Fauna ehtiyatlarının mühafizəsi üzrə 122 akt və 121 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 6 müddətli “məcburi göstəriş” verilib. 131 iş üzrə 111700 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə 18 iş üzrə 3699,2 manat məbləğində iddia qaldırılıb, 382 iş üzrə 11934,35 manat məbləğində ödəmə tətbiq edilib. Hüquq mühafizə orqanlarına göndərilən 33 işdən 20-nə, icra qruplarına göndərilən 61 işdən 17-nə baxılaraq müvafiq tədbirlər görülüb.

Balıq ehtiyatlarının mühafizəsi üzrə 100 protokol və 172 akt tərtib edilib. Su bioloji resurslarına vurulmuş ziyanla bağlı 51229 manat məbləğində iddia qaldırılıb. 6 iş rayon məhkəmələrinə, 85 iş isə cinayət xarakterli olduğuna görə hüquq-mühafizə orqanlarına göndərilib.  

Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması, ekoloji tarazlığın qorunması və davamlı inkişafin təmin edilməsi məqsədilə dövlət ekoloji ekspertizası istiqamətində fəaliyyət davam etdirilib.

2017-ci il ərzində bu sahədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 4043 müraciət daxil olub, 3379 müraciət müvafiq qaydada baxılaraq cavablandırılıb. 

Təqdim olunmuş müraciətlər əsasən ölkə iqtisadiyyatının mühüm sahələri olan sənaye, energetika, neft-qaz, neft-kimya, yeni texnologiyalar, şəhərdaxili təsərrüfat, su-kanalizasiya xidməti, o cümlədən sahibkarlıq fəaliyyəti sahələri ilə əlaqədar olub.

Ölkədə əsasən dövlət büdcəsi və ayrı-ayrı sahibkarların vəsaiti hesabına həyata keçirilən tikinti-quraşdırma, istehsalat və xidmət obyektlərinin tikintisi və istismarı zamanı ətraf mühitə təsirlərin səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə 730-dan çox texniki-layihə sənədlərinə baxılaraq müvafiq rəylər verilib, 58 müraciət müvafiq tələblərə cavab vermədiyindən razılaşdırılmadan geri qaytarılıb. Bəzi layihə sənədlərində müvafiq düzəlişlər edilərək icra olunub.

Qeyd olunanlarla yanaşı obyektlərin yerləşdirilməsi məqsədilə torpaq sahələrinin ayrılmasına rəy bildirilməsi barədə 174 sənədə baxılaraq müsbət rəy bildirilib. Rayon İcra Hakimiyyətləri tərəfindən daxil olan müraciətlərin əksəriyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə Bakı şəhərinin inzibati ərazisində yerləşən və istismara yararsız binaların sökülərək yerində yeni yaşayış binalarının layihələndirilməsi ilə əlaqədar olub.

Yerin təkindən istifadə ilə əlaqədar müəssisələr tərəfindən təqdim olunan  120 “Dağ-mədən işlərinin inkişafı planı”na baxılaraq razılaşdırılıb, dağ-mədən fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ekoloji tələblər müəyyənləşdirilməklə 24 ekoloji ekspertiza rəyi, 57 fiziki və hüquqi şəxsə karxana təsərrüfatı yaratmaq məqsədilə “Dağ-mədən ayırma aktı” verilib.

Hesabat ilində Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və digər aidiyyəti qurumların mütəxəssislərindən ibarət komissiya tərəfindən yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə ölkə ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarının ekoloji təhlükəsizliyə və infrastruktur obyektlərə mənfi təsirinin təhlili və təkliflərin verilməsi məqsədilə çay hövzələrində yerləşən karxanalarda monitorinqlər keçirilib və müvafiq araşdırma işləri aparılıb. Araşdırmaların nəticələrinə əsasən respublika ərazisində bu istiqamətdə fəaliyyət göstərən bir sıra müəssisələrə verilmiş sənədlərin hüquqi qüvvəsi dayandırılıb, bu barədə yerli icra hakimiyyətlərinə və sahibkarlara bildiriş məktubları göndərilib.

Geoloji kəşfiyyat və axtarış işlərinin layihə-smeta sənədlərinin ekspertizası ilə əlaqədar 12 layihəyə baxılaraq müvafiq dəyişikliklər aparılmaqla təsdiq edilməsi tövsiyə edilib.

İl ərzində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Layihələri əsasən xarici və yerli investisiyalar hesabına ölkədə həyata keçirilən irimiqyaslı neft-qaz, enerji, su təchizatı, yol-tikinti, sənaye və irriqasiya işləri ilə əlaqədar olub. Sözügedən layihələrin ekspertizası üzrə il ərzində 18 layihəyə baxılıb və müvafiq tələblər müəyyənləşdirilməklə razılaşdırılması təmin edilib. O cümlədən neft-qaz əməliyyatları ilə bağlı zəruri geofiziki məlumatlar, kimyəvi maddələr və neft, qaz, şlam, mineral xammal və su nümunələrinin idxalı və ixracı ilə əlaqədar daxil olmuş layihələrə baxılaraq ekoloji qiymətləndirilməsi həyata keçirilib.

Ötən dövr ərzində Nazirliyin səlahiyyətlərinə aid edilmiş mal və materialların idxalına-ixracına, o cümlədən geoloji məlumatların alqı-satqısı və həmin məlumatların təhlil olunması məqsədilə xaricə göndərilməsinin razılaşdırılmasına dair 169, o cümlədən ölkəyə gətirilməsi razılıq əsasında həyata keçirilən mal və materialların idxalına dair 102, ixracına dair 67 müraciətə baxılıb. Müraciətlərin əksəriyyəti ölkənin müxtəlif neft-qaz yataqlarına aid geoloji-geofiziki kəşfiyyat və istismar məmulatlarının, həlledicilər və durulaşdırıcıların, boya və lakların təmizlənməsi üçün kimyəvi maddələrin, həmçinin odsöndürənlər üçün hazır tərkiblərin, bundan əlavə müxtəlif laborator tədqiqatlara cəlb olunması üçün sınaq nümunələrinin idxalı  və ixracı ilə əlaqədar olub.

İl ərzində atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi üzrə 59, yeraltı və yerüstü su mənbələrindən istifadə ilə əlaqədar  9 fiziki və hüquqi şəxslərə “xüsusi icazə” sənədləri verilib. Tərkibində ozondağıdıcı maddələr olan məhsulların idxalı ilə əlaqədar 1 icazə sənədi verilib, ekoloji və normativ sənədlərin razılaşdırılması  ilə  əlaqədar  59  müraciətə baxılıb və razılaşdırma təmin edilib.

Ölkə ərazisində meşə fonduna aid olmayan ağac və kol cinslərinin istifadəsi, mühafizəsi və qorunması tələbləri ilə əlaqədar 1458 müraciət daxil olub və müvafiq qaydada baxılaraq icrası təmin olunub. Müraciətlərin böyük əksəriyyəti Bakı şəhərində küləkli havalarda təhlükə yaradan və infrastruktur layihələrinin altına düşən ağacların kəsilməsi və ya budanması ilə əlaqədar müvafiq icra qurumları tərəfindən daxil olub.   

Bundan əlavə bir sıra normativ sənəd layihələrinə, torpaq sahələrinin təyinatlarının dəyişdirilməsi və cari məsələlərə baxılaraq müvafiq rəy və təkliflər hazırlanaraq təqdim edilib.

Ətraf mühitə dair qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hesabat dövründə Yaşıllıqların mühafizəsi, Balıqçılıq haqqında Azərbaycan Respublikası qanununlarının icrası ilə bağlı bir sıra qanunvericilik sənədləri hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Ekoloji qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət tədbirlərinin gücləndirilməsi ilə əlaqədar “Yaşıllıq salınması məqsədi ilə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və əhalinin əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması Qaydası”, “Yaşıllıqların bərpası Qaydası”, “Yaşıllıqların mühafizəsi məqsədi ilə ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması Qaydası”, “Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması Qaydası”, “Balıq və digər su bioresursları ovunun Qaydası”, “Akvakulturanın həyata keçirilməsi Qaydası”, “Təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması halları və Qaydası”, “Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi və iqlimləşdirilmə obyektlərinin daşınması Qaydaları”, “Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması Qaydası”, “Su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında balıq və digər su bioresurslarının xüsusi mühafizə rejiminin tətbiq edilməsi Qaydası”, “Mühüm balıqçılıq su obyektlərinin siyahısı və sudan istifadənin məhdudlaşdırılması Qaydası”, “Atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirlərin dövlət uçotu Qaydaları"nın, "Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi Qaydaları"nın və "Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə alınmasına görə ödəmələrin miqdarı və istifadə olunması Qaydaları"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 13 iyul tarixli 112 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilib. Eyni zamanda, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu qəbul edilib və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilib.

Bundan başqa “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsini”nin Tədbirlər Planının 7.3.1-ci bəndinin icrası ilə bağlı hazırlanmış “Torpaqların təyinatının dəyişdirilməsi prosesinin ətraf mühitə təsirlərinin qiymətləndirilməsinə dair Təlimat” layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq  Nazirlər Kabinetinə təqdim edilib. Eyni zamanda, sözügedən Tədbirlər Planının 7.1.4-cü bəndinin icrası ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Atmosfer proseslərinə fəal təsir (doluya qarşı mübarizə) işlərinin təşkili və aparılması Metodikası”nın layihəsi hazırlanıb və aidiyyəti üzrə rəy və təkliflərin bildirilməsi məqsədilə Nazirlər Kabinetinə təqdim edilib.

2017-ci ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin qorunmasına yönəldilmiş səmərəli və məqsədyönlü fəaliyyəti, həmçinin beynəlxalq əməkdaşlıq sahəsində də uğurla davam etdirilib. Ətraf mühit problemlərinin ümumbəşəri çağırış olduğunu nəzərə alaraq, ölkəmiz üçün ətraf mühitin mühafizəsi sahəsində digər ölkələr və təşkilatlarla razılaşma və sazişlərin imzalanması, beynəlxalq konvensiyalara qoşulması mühüm əhəmiyyət kəsb edir.

Hesabat dövrü ərzində Hanoyda keçirilmiş Azərbaycan-Vyetnam arasında iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq haqqında Hökumətlərarası Komissiyasının 1-ci iclasında, Polşanın Pila və Tuçno şəhərlərində “Paris Sazişi dünyanın dayanıqlı inkişafı üçün şans kimi” mövzusunda Şərqi Avropa regional qrupuna aid ölkələrin ətraf mühit nazirləri səviyyəsində keçirilmiş qeyri-formal müşavirələrində, Çexiya Respublikasının Ostrava şəhərində keçirilmiş Ətraf mühit və Səhiyyə üzrə 6-cı Nazirlər Konfransında, Belarus Respublikasının Minsk şəhərində keçirilmiş BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə  ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə Konvensiyası Tərəflərinin 7-ci, Strateji Ekoloji Qiymətləndirmə Protokolu üzrə Tərəflərin 3-cü iclasında, İran İslam Respublikasının Tehran şəhərində keçirilmiş Qum və toz fırtınaları ilə mübarizə üzrə Beynəlxalq Konfransında,  İtaliyanın Roma şəhərində keçirilmiş BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Balıqçılıq Təsərrüfatı Komitəsinin Akvakultura üzrə alt-komitəsinin 9-cu sessiyasında, Mərakeş Krallığının Rabat şəhərində İslam, Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO) Baş Qərargahında İslam Əməkdaşlıq təşkilatının üzv dövlətləri Ətraf mühit nazirlərinin 7-ci İslam Konfransında, Litvanın paytaxtı Vilnüs şəhərində keçirilmiş Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasında, Almaniya Federativ Respublikasının Bonn şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransının yüksək səviyyəli seqmentində, Gürcüstanın Tbilisi şəhərində keçirilmiş BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində regional Komissiya”sının Texniki Məsləhətçi Komitəsinin 4-cü sessiyasında və Nayrobidə keçirilmiş “Çirklənmədən azad olan planetə doğru” mövzusunda Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Assambleyasının üçüncü iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yüksək səviyyəli (nazir və nazir müavini səviyyəsində) iştirakı təmin olunub.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komisiyyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncama əsasən 2017-ci il 20 iyun tarixində Bakı şəhərində “Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya”nın 7-ci iclası təşkil olunub və nəqliyyat, kommunikasiya, energetika, kənd təsərrüfatı, turizm və mədəniyyət, regional inkişaf, ətraf mühitin mühafizəsi və ümumi maraq doğuran digər sahələrdə iqtisadi, ticarət və investisiya üzrə əməkdaşlığın daha da genişləndirilməsini özündə əks etdirən Protokol imzalanıb. İclas həmçinin ölkə rəbərliyinin 2017-ci ilin iyul ayında Latviya Respublikasına gerçəkləşmiş səfərinə hazırlıq məqsədi daşıyıb. Belə ki, iclas zamanı müqavilə hüquq bazasının genişləndirilməsi məqsədilə “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Latviya Respublikasının Nəqliyyat Nazirliyi arasında beynəlxalq kombinə edilmiş yükdaşımaları haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Latviya Respublikasının İqtisadiyyat Nazirliyi arasında tikintidə təhlükəsizliyə dövlət nəzarəti sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” və s. digər ikitərəfli sənədlər razılaşdırılıb və imzalanıb.

2017-ci il 14-16 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində ənənəvi “Caspian Ecology 2017” 8-ci Beynəlxalq Ətraf Mühit sərgisi keçirilib. Azərbaycan, Almaniya, Böyük Britaniya, İsrail və digər ölkələrin iştirakı ilə keçirilən sərgidə dövlət qurumları iştirak ediblər. Sərgi çərçivəsində “Funksional Ekologiya və Ətraf mühit” mövzusunda konfrans keçirilib.

Ətraf mühitin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətlər bir sıra beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda da öz müsbət əksini tapıb. Azərbaycan Respublikasının qoşulduğu bütün ekoloji konvensiyalara mütəmadi olaraq hesabatlar təqdim olunub və bu konvensiyalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirilib.

2017-ci il 24 aprel tarixində Bakı şəhərində BMT-nin Bioloji müxtəliflik haqqında Konvensiyasının dəstəyi, o cümlədən Qara Dənizin Çirklənmədən Qorunması Komissiyasının Katibliyi və Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının Katibliyi ilə əməkdaşlıq çərçivəsində ekoloji və bioloji əhəmiyyət daşıyan dəniz əraziləri mövzusunda regional seminar keçirilib. Seminarda Bolqarıstan, Gürcüstan, İran İslam, Qazaxıstan, Rumıniya, Türkiyə, Türkmənistan və Ukrayna Respublikaları, Rusiya Federasiyası, eləcə də beynəlxalq təşkilatlar, aidiyyəti dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Xəzər dənizinin hidrometeorologiyası üzrə Koordinasiya Komitəsinin (KASPKOM) Azərbaycan tərəfinin sədrliyi ilə 2017-ci ilin 7-8 noyabr tarixlərində Qazaxıstanın Aktau şəhərində keçirilən 2-ci sessiyasının yekununda müvafiq Tövsiyələr qəbul edilib və 3-cü sessiyanın növbəlilik prinsipi əsasında Türkmənistanda keçirilməsinə qərar verilib.

Xəzər dənizinin su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyanın 1-ci Təsisedici Hökumətlərarası Sessiyası 2017-ci il 21-23 noyabr tarixlərində Bakı şəhərində Xəzəryanı beş ölkənin - Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistanın nümayəndə heyətlərinin iştirakı ilə keçirilib. Tədbirin yekun nəticəsi olaraq Sazişin 10-cu maddəsinin müvafiq bəndinə uyğun olaraq Komissiyanın Xəzəryanı ölkələr üzrə nümayəndələri tərəfindən rus və fars dillərində imzalanmış Protokolların əsl nüsxələri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim edilib.

Bakı şəhərinin 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun Ümumdünya sərgisinə (EXPO 2025) ev sahibliyi etməsi məqsədilə üzv ölkələrlə müxtəlif səviyyələrdə keçirilən görüşlər zamanı ölkəmizin dəstəklənməsi istiqamətində ETSN-nin səlahiyyətləri çərçivəsində Xarici İşlər Nazirliyi  ilə əlaqəli şəkildə zəruri tədbirlər görülüb.

Çin Xalq Respublikasının Pekin şəhərində keçiriləcək “Yaşıl həyat, daha yaxşı həyat” mövzusunda keçiriləcək Beynəlxalq Bağçılıq Sərgisində (Pekin EXPO 2019) ölkəmizin təmsil olunması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsul təşkilat və Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri komissar təyin olunub. 

2017-ci ildə də dünyanın bir sıra ölkələri, o cümlədən Estoniya, Qətər Dövləti, Fransa, İsrail, İsveç, Makedoniya, Moldova, Misir Ərəb Respublikası, Litva, Slovakiya, Türkmənistan ilə ətraf mühitin mühafizəsi sahəsində uğurlu əməkdaşlıq aparılaraq müqavilə hüquq bazasının genişləndirilməsi məqsədilə müvafiq ikitərəfli sənədlər hazırlanıb və razılaşdırılma prosedurları həyata keçirilib.

Bunlardan “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında kökü kəsilmək təhlükəsi qarşısında olan vəhşi təbiətin qorunması və onun təbii mühitinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Fransa Respublikasının Ətraf Mühit, Enerji, Dəniz və İqlim üzrə Beynəlxalq Əlaqələr Nazirliyi arasında Anlaşma Memorandumu” yüksək səviyyəli səfərlər çərçivəsində imzalanıb.

Elmi Metodologiya və İxtisaslaşdırma sahəsində Mineral Xammal Elmi Tədqiqat, Elmi-Tədqiqat Meşəçilik, Hidrometeorologiya Elmi-Tədqiqat, Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı və İxtisaslaşdırma və İxtisasartırma institutları tərəfindən elmi tədqiqat işləri və ətraf mühitin mühafizəsini həyata keçirən kadrların ixtisasının artırılması işləri davam etdirilib. Hesabat dövründə sözügedən institutlar tərəfindən icra olunan 19 elmi-tədqiqat işindən 8-i yerinə yetirilib, 3 nəfər doktoranturaya, 2 nəfər dissertanturaya qəbul olunub. Hesabat ilinin mühüm elmi nəticələri hazırlanıb AMEA-ya təqdim edilib. Kadrların ixtisasının artırılması sahəsində 390-dan artıq mütəxəssisi əhatə edən kurs, seminar və treninqlər keçirilib.

Nazirliyin ətraf mühitin mühafizəsi sahəsindəki çoxsahəli fəaliyyətində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işi prioritet istiqamətlərdən biridir. 2017-ci il ərzində əhalinin ekoloji maariflənməsinə xidmət edən müxtəlif mövzularda kütləvi tədbir həyata keçirilib.                 

Ekoturizmin inkişafı, ətraf mühit barədə məlumat və bu sahədə olan problemlərin aradan qaldırılmasında ictimaiyyətin iştirakının təmin edilməsi məqsədilə respublikanın bütün regionlarında ali və orta təhsil müəssisələrində, idarə və təşkilatlarda müxtəlif mövzularda, o cümlədən, “Ətraf mühitin mühafizəsində ictimaiyyətin rolu”, “Su ehtiyatlarından səmərəli istifadə və tullantılardan mühafizəsi”, “Bioloji  müxtəliflik  günü”, “Ekologiyamızı qoruyaq”, “Ekologiya və mədəniyyət, ekoloji etika haqqında”, “5 iyun - Ümumdünya ətraf mühitin mühafizəsi günüdür”, “Müasir dünyanın ekoloji problemləri”, “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron xidmətləri”,  “Meşələrin və yaşıllıqların qorunması”,“Ətraf mühitin mühafizəsində insan hüquqları”, “Ətraf mühitin mühafizəsi hamımızın borcudur”, “Yeni yaşıllıqların salınmasında və mühafizəsində gənc nəslin rolu”, “Ətraf mühitin mühafizəsi - sağlamlığımıza təminatdır”, “Əhalinin içməli su problemləri”, “Yaşıllıqları qorumaq vətənə xidmətdir”, “Xüsusi mühafizə olunan təbiət əraziləri haqqında”, “Şəhərimizi təmiz saxlayaq”, “Yaşıllıqların qorunması və artırılması sağlam həyat tərzinin təminatıdır”, “Azərbaycanın füsünkar guşələri və xüsusi mühafizə olunan təbiət əraziləri”, “Ekoloji fəlakətin qarşısının alınmasında meşələrin rolu”, “Rodon qazı və onun ətraf mühitə təsiri”, “Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin ekologiya və təbiət ərazilərinin inkişafına göstərdiyi diqqət və qayğı” və s. mövzularda ekoloji təbliğat xarakterli seminar-məşğələlər, dəyirmi masalar, görüşlər keçirilib, kütləvi informasiya vasitələrində çıxışlar təşkil edilib, Milli Parklara ekoturlar təşkil edilib.

“Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 07 fevral tarixli 2655 nömrəli Sərəncamının icrası olaraq  ali və orta təhsil müəssisələrində “Akademik Həsən Əliyev və ətraf mühitin mühafizəsi” mövzusunda seminar-məşğələlər keçirilib, elm adamları, vətəndaş və qeyri-hökumət təşkilatlarının nümayəndələri mükafatlandırılıb, kütləvi informasiya vasitələrində çıxışlar təşkil edilib, Türkan-Qala yolunun ətrafında olan aqromeşə massivinin genişləndirilməsi məqsədilə ictimaiyyət və QHT nümayəndələrinin iştirakı ilə iməcilik keçirilib.

Beynəlxalq ekoloji təqvim günlərində də təhsil müəssisələrində və digər təşkilatlarda ekoloji təbliğat xarakterli kütləvi tədbirlər təşkil olunub, Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində tələbə gənclərin iştirakı ilə “Ətraf mühiti indiki və gələcək nəsillər naminə mühafizəsi” mövzusunda dəyirmi masa, yaşıllıqlara qulluq edilməsi, ərazilərdə abadlaşdırma və təmizlik işləri aparılması məqsədilə iməciliklər keçirilib, əhalinin ətraf mühitin sağlamlaşdırılmasında fəal iştirakı ilə əlaqədar respublika ərazisində çağırış xarakterli tablolar  yerləşdirilib.

Xəzər dənizinin dəniz ətraf mühitinin qorunması ilə əlaqədar Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası (Tehran Konvensiyası-12 avqust 2006-cı il) ratifikasiya olunduqdan sonra 12 avqust tarixində “Xəzər günü”nün qeyd olunması məqsədilə tədbirlər həyata keçirilib. Bununla əlaqədar müvafiq dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, özəl sektorun iştirakı ilə Nazirlikdə Xəzərin ekoloji problemləri, görülən işlər və ictimaiyyətin Xəzər dənizinin mühafizəsi prosesinə cəlb edilməsi mexanizmi müzakirə olunub, eyni zamanda gənclər və yeniyetmələrlə birgə maarifləndirici tədbirlər təşkil edilib.

Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirmək məqsədilə Novxanı çimərliyinin sahilboyu zonasında ETSN-nin əməkdaşları, ictimaiyyət nümayəndələri, yerli özünüidarəetmə orqanları ilə birgə təmizlik aksiyası keçirilərək 2 hektar ərazi tullantılardan təmizlənib. Eyni zamanda, belə maarifləndirici tədbirlər regionlarda, digər Xəzərsahili zonalarda təşkil edilib. 

Ölkəmizdə hər il “Beynəlxalq dəniz günü” ilə əlaqədar “Xəzər həftəsi” adı altında müxtəlif kütləvi tədbirlər həyata keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Xəzər həftəsi”nin keçirilməsi məqsədi ilə hazırlanmış müvafiq tədbirlər planına əsasən 2017-ci il 30 sentyabr tarixində ETSN əməkdaşları, yerli icra strukturları, bələdiyyələr və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Buzovna qəsəbəsi ərazisində Xəzər dənizinin sahil zolağında iməcilik keçirilib.

Orta ümumtəhsil müəssisələrində “Ekoloji guşələr”in yaradılması məqsədilə onlara müvafiq plakatlar, kitablar, broşurlar, bukletlər, təbii sərvətləri əks etdirən süxur nümunələri təqdim edilib.

Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyində, həmçinin regionlarda ali təhsil müəssisələrinin tələbələri və ictimaiyyətin digər nümayəndələrinin iştirakı ilə ətraf mühitin mühafizəsi sahəsində vətəndaş cəmiyyətinin rolunun artırılması məqsədilə ictimai müzakirələr keçirilib.

Ümumilikdə 2017-ci il ərzində ətraf mühit məsələlərini əks etdirən 376 press-reliz Nazirliyin internet səhifəsində yerləşdirilib, kütləvi informasiya vasitələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini, həmçinin ətraf mühitin vəziyyətini əks etdirən 3730-dan artıq material dərc olunub, həmçinin televiziya və radiolarda müxtəlif ekoloji mövzularda çıxışlar təşkil edilib. Vətəndaşlar tərəfindən Nazirliyin 168 nömrəli “Qaynar xətt”inə daxil olmuş 3466 müraciət müvafiq qaydada cavablandırılıb.

2017-ci il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması sahəsində müvafiq işlər davam etdirilib.  Bu istiqamətdə geodeziya, qravimetriya, fotoqrammetriya, topoqrafiya işlərinin həyata keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu, müxtəlif təyinatlı xəritə və atlasların tərtibatı, nəşri üçün müraciət və sənədlərin qəbulu, CİS üçün baza xəritələrinin tərtibi ilə əlaqədar müraciət və sənədlərin qəbulu üzrə yeni elektron xidmətin e-xidmet.eco.gov.az da yaradılması və e-gov.az dövlət elektron xidmətlər portalına inteqrasiyası, 3 yeni xidmət üzrə Elektron Xidmətlər portalındakı xidmətlər üzrə ərizə və müqavilə formalarının onlayn rejimdə istifadəçiyə əlçatanlılığı təmin edilib.

 Həmçinin, 3 yeni xidmət üzrə istifadə rahatlığı məqsədi ilə PDF, Word və video təlimat hazırlanıb elektron portalda yerləşdirilib, Samur  Yalama Milli Parkına onlayn bilet satışı təmin edilib, https://e-xidmet.eco.gov.azhttp://eco.gov.az/az elektron portallarında xüsusi mühafizə xidməti tərəfindən təhlükəsizlik yoxlamaları nəticəsində aşkar olunmuş boşluqları aradan qaldırılıb, twinning.eco.gov.az saytı hazırlanaraq Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən təhlükəsizlik yoxlanışından keçərək yayımlanıb.

Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2017-ci il 20 oktyabr tarixli 468 nömrəli Qərarına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aid daha 3 xidmət - “Fiziki və hüquqi şəxslər tərəfindən zooloji kolleksiyaların yaradılması və zənginləşdirilməsi ilə əlaqədar icazənin verilməsi”, “Ovçuluq biletinin verilməsi”, “Torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə dair rəyin verilməsi” Nazirliyin elektron xidmətlər portalında yerləşdirilib, hazırda Elektron Hökumət Portalına inteqrasiya edilməsi üçün lazımı tədbirlər görülməkdədir.

“Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən ETSN-nin göstərdiyi xidmətlərə dair müvafiq məlumatlar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Dövlət Xidmətlərinin Elektron Reyestri informasiya sisteminə daxil edilib və mütəmadi olaraq yenilənmə aparılır.

Vergilər Nazirliyinin “Avtomatlaşdırılmış vergi informasiya sistemi”ndən (AVİS) istifadə etmək üçün sənədlər işçi qaydada razılaşdırılaraq imzalanıb və AVİS-ə inteqrasiya üçün texniki işlər yekunlaşıb.Eyni zamanda, elektron xidmətlərin təbliği və ictimaiyyətin bu istiqamətdə maarifləndirilməsi məqsədi ilə elektron xidmətləri həyata keçirən əməkdaşlara metodiki köməkliyin göstərilməsi üçün seminar və maarifləndirici tədbirlər keçirilib.