• Bakı
  • Gündüz +25°C,
  • Gecə +19°C
  • Sumqayıt
  • Gündüz +24°C,
  • Gecə +18°C
  • Naxçıvan
  • Gündüz +31°C,
  • Gecə +16°C
  • Xankəndi
  • Gündüz +19°C,
  • Gecə +11°C
  • Şuşa
  • Gündüz +15°C,
  • Gecə +7°C
  • Xocalı
  • Gündüz +17°C,
  • Gecə +10°C
  • Xocavənd
  • Gündüz +19°C,
  • Gecə +12°C
  • Qubadlı
  • Gündüz +18°C,
  • Gecə +11°C
  • Zəngilan
  • Gündüz +19°C,
  • Gecə +12°C
  • Laçın
  • Gündüz +15°C,
  • Gecə +7°C
  • Kəlbəcər
  • Gündüz +17°C,
  • Gecə +9°C
  • Daşkəsən
  • Gündüz +17°C,
  • Gecə +12°C
  • Gədəbəy
  • Gündüz +16°C,
  • Gecə +11°C
  • Ağdam
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Cəbrayıl
  • Gündüz +27°C,
  • Gecə +16°C
  • Füzuli
  • Gündüz +28°C,
  • Gecə +17°C
  • Gəncə
  • Gündüz +29°C,
  • Gecə +18°C
  • Qazax
  • Gündüz +28°C,
  • Gecə +17°C
  • Naftalan
  • Gündüz +29°C,
  • Gecə +19°C
  • Şəki
  • Gündüz +26°C,
  • Gecə +16°C
  • Ağstafa
  • Gündüz +23°C,
  • Gecə +12°C
  • Qəbələ
  • Gündüz +25°C,
  • Gecə +13°C
  • Şamaxı
  • Gündüz +23°C,
  • Gecə +11°C
  • Zaqatala
  • Gündüz +26°C,
  • Gecə +13°C
  • Xızı
  • Gündüz +15°C,
  • Gecə +8°C
  • Siyəzən
  • Gündüz +27°C,
  • Gecə +14°C
  • Şabran
  • Gündüz +27°C,
  • Gecə +14°C
  • Quba
  • Gündüz +24°C,
  • Gecə +13°C
  • Qusar
  • Gündüz +22°C,
  • Gecə +11°C
  • Xaçmaz
  • Gündüz +25°C,
  • Gecə +13°C
  • Kürdəmir
  • Gündüz +31°C,
  • Gecə +20°C
  • Yevlax
  • Gündüz +29°C,
  • Gecə +19°C
  • Ağcabədi
  • Gündüz +29°C,
  • Gecə +17°C
  • Ağdaş
  • Gündüz +28°C,
  • Gecə +17°C
  • Göyçay
  • Gündüz +29°C,
  • Gecə +18°C
  • Bərdə
  • Gündüz +29°C,
  • Gecə +18°C
  • İmişli
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Salyan
  • Gündüz +29°C,
  • Gecə +16°C
  • Beyləqan
  • Gündüz +28°C,
  • Gecə +16°C
  • Saatlı
  • Gündüz +28°C,
  • Gecə +17°C
  • Hacıqabul
  • Gündüz +31°C,
  • Gecə +20°C
  • Masallı
  • Gündüz +27°C,
  • Gecə +18°C
  • Lənkəran
  • Gündüz +26°C,
  • Gecə +18°C
  • Lerik
  • Gündüz +17°C,
  • Gecə +13°C
Faydalı Bölmələr

Mərkəzlər

 

İqlim Dəyişmələri və Ozon Mərkəzi

İqlim Dəyişmələri və Ozon Mərkəzi Milli Hidrometeorologiya Departamentinin tərkibində fəaliyyət göstərir. Mərkəz əsasən İqlim, İstilik Effekti Yaradan Qazların İnventarlaşması, bu qazların azaldılmasına gətirən tədbirlərin hazırlanması, iqlim dəyişmələrinə uyğunlaşma və Ozon qatının qorunması sahələri ilə məşğul olur. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası, Kioto Protokolu, Ozon qatının qorunması üzrə Viana Konvensiyası, ozondağıdıcı maddələrin tənzimlənməsi üzrə Monreal Protokolu, davamlı üzvi çirkləndiricilər üzrə Stokholm Konvensiyası və ictimaiyətin məlumatlandırılması sahəsində Orxus Konvensiyası üzrə öhdəliklərinin yerinə yetirilməsi sahəsində tədbirlərin görülməsinə yardım edir. - İqlim sahəsində İqlim dəyişmələrinin təhlili üzərində işlərin aparılması, İqlim ssenarilərinin hazırlanması və daha mütərəqqi proqnoz metodlarının öyrənilməsi və tətbiqi; 
- İstilik Effekti Yaradan Qazların İnventarlaşması sahəsində kadastr sisteminin təkmilləşdirilməsi, tullantılarının məhdudlaşdırılmasına dair tədbirlər sisteminin hazırlanması və həyata keçirilməsinə dair təkliflərin verilməsi, İqlim dəyişmələrinin təsirinin yumşaldılmasına və istilik effekti yaradan qazların azaldılmasına yönələn Milli Fəaliyyət Planı üzrə layihələrin işlənilməsi və layilərin həyata keçirilməsinə yardım edilməsi; 
- İqlim dəyişmələrinə uyğunlaşma sahəsində Gözlənilən iqlim dəyişmələrinin təbii ekosistemlərə və ölkə iqtisadiyyatına mümkün təsirinin qiymətləndirilməsi,İqlim dəyişmələrinin təsirinə məruz qalacaq sistemlərin adaptasiya strategiyasının işlənilməsinə yardım göstərilməsi; 
- Ozon qatının qorunması sahəsində Ozondağıdıcı maddələrin (ODM) Respublikada istehsalı, idxalı, ixracı və istifadəsi haqqında məlumatların toplanması, təhlili və alınan nəticələrin yerli təşkilatlara və Konvensiyanın müvafiq orqanlarına təqdim edilməsi, ozon sahəsində müxtəlif layihələrin həyata keçirilməsinə dair dövlət və qeyri-dövlət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi; 
- Konvensiyalar qarşısında öhdəlikləri yerinə yetirmək sahəsində Kioto Protokolunun Mexanizmlərinə dair layihələrin işlənilməsi, təsdiq edilməsi və həyata keçirilməsinə yardım edilməsi, İqlim dəyişmələri və ozon probleminə dair biliklərin yayılması, müntəzəm təbliği və ictimaiyyətin məlumatlandırılması, İqlim və ODM-in əvəz edilməsi sahələrində müasir texnologiyalara dair informasiyaların toplanması, təhlili, yayılması, və mübadiləsi sisteminin yaradılması, İqlim dəyişmələri, İEYQ və ODM üzrə informasiya bankının yaradılması, keyfiyyətinin artırılması və idarə olunması, Konvensiya orqanları ilə sıx əlaqənin təmin edilməsi vəzifələrini həyata keçirir.

 

Hidrometeoroloji Müşahidə Sistemlərində İnnovasiyaların Tətbiqi Mərkəzi

Müasir kompüter, informasiya texnologiyaları və radioelektronika sahəsində yeniliklərin tətbiqi, müşahidələrin keyfiyyətinin yüksəldilməsi, Milli Hidrometeorologiya Departamentinin müşahidə sistemində quraşdırılmış avtomat meteoroloji stansiyaların normal işini təmini, müvafiq məlumatların istifadəçilərə ötürülməsi sisteminin qurulması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 068/ü saylı 08 fevral 2011-ci il tarixli Əmri ilə  Meteoroloji Müşahidə Sistemlərində İnnovasiyaların Tətbiqi Mərkəzi yaradılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 489/ü saylı 03 avqust 2012-ci il tarixli Əmri ilə Meteoroloji Müşahidə Sistemlərində İnnovasiyaların Tətbiqi Mərkəzinin adı dəyişdirilərək Hidrometeoroloji Müşahidə Sistemlərində İnnovasiyaların Tətbiqi Mərkəzi olmuşdur. Mərkəz informasiya texnologiyaları, hidrometeoroloji müşahidə sistemlərində innovasiyaların tətbiqi, avtomat meteoroloji stansiyaların qurulması və onlarin operativ təmiri, məsafədən idarə olunan birbaşa onlayn videogörüntü sistemlərinin quraşdırılması və s. işlərin həyata keçirilməsi məqsədi ilə yaradılmışdır. 

 

 

Baş Aviameteorologiya Mərkəzi

Baş Aviameteorologiya Mərkəzi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeçiliyində funksiyasını ÜMT/BMAT Ümumdünya Meteorologiya Təşkilatı və Beynəlxalq Mülki Aviasiya təşkilatının tələblərinə əsasən yerinə yetirir:

a) küləyin və temperaturun proqnozlaşdırılması xəritələrinin hazırlanmasını 500, 400, 300, 250, 200 hPa, təzyiq səviyyələri üçün xüsusi hava hadisələri xəritələrini 700-400 və 400-150 hPa səviyyələri üçün, küləyin maksimal sürəti və tropopauzanın hündürlüyü üzrə təyin edilir.

b) külək və hündürlükdə temperatur proqnozlarına və açıq mətnlə verilən xüsusi hava hadisələri proqnozuna korrektivlərin çıxarılmasını təmin edir.

AMM və sinoptik hissəli AMS-lər göstərilən funksiyaları yerinə yetirirlər:

a) aerodromda meteoroloji şəraitin daimi müşahidələrini aparır.

b) aerodrom üzrə, uçuş marşrutu və rayon üzrə, habelə təhkim edilmiş aerodrom üzrə hava proqnozu və xəbərdarlıqlar tərtib olunur.

c) aviasiya istifadəçilərinə konsultasiyaların aparılmasını və sənədinin təqdim olunmasını təmin edir.

d) başqa meteoroloji təşkilatlarla meteoroloji informasiya mübadiləsi aparır.

e)  istifadə olunan  meteoroloji cihazların texniki xidmətini həyata keçirir, təmir və qurulmasını təşkil edir.

ə) Mülki Aviasiya üçün meteoroloji informasiyanın verilməsinə cəlb edilən bağlı operativ şəbəkə bölmələrinin informasiya işinin nəzarətin aparır.

j) xidmət göstərən uçuş rayonunun hava şəraiti ilə tanış olur, iqlimin təsvirnin qurulmasında və aerodromda uçuşların istehsalı təlimatı üçün “Meteoroloji təminat” bölməsini təmin edir.

z) AMM və AMS-lər aviasiya hava proqnozu xəritələrinin buraxılmasını təmin edirlər .

 

 

Aviametoroloji Təminat Qrupu

Binə АММ

Gəncə АММ
Zabrat AMS
Yevlax AMS
Qazıməmməd AMS
Qaradağ ( BDÖZ ) AMS
Ağstafa AMS
Beyləqan AMS

Şəki AMS

Zaqatala AMS
Naftalan OQ
Kəlbəcər OQ

 

Radiometeorologiya və Aerologiya Mərkəzi

 

Radiometeorologiya və Aerologiya  Mərkəzi (bundan sonra Mərkəz) Ekologiya və Təbii Sərvətlər Nazirinin 3 avqust 2012-ci il tarixli 439/ü saylı əmri ilə yaradılmışdır. Onun tərkibinə  Radiometeoroloji və aeroloji müşahidələrin təşkili şöbəsi, Təhlükəli atmosfer hadisələrinin təhlili və statistikası şöbəsi, Ağstafa, Şamaxı, Göygöl, İsmayıllı, Şəki, Tovuz, Füzuli, Zəngilan və Agdərə radiometeoroloji stansiyaları (RMS), Maştaga aeroloji stansiyası (AS) və Atmosfer proseslərinə fəal təsir dəstəsi daxildir. 

Füzuli, Zəngilan və Ağdərə RMS-larının xidmət etdiyi ərazilər və müvafiq  meteoroloji radiolokatorlar Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qalmışdır.

Mərkəzin yaradılmasında əsas məqsəd müasir computer, informasiya texnologiyaları və radioelektronika sahəsində yeniliklərin tətbiqilə radiolokasiya və aeroloji müşahidələrinin  keyfiyyətinin yüksəldilməsini və müvafiq müşahidə məlumatlarının operativ olaraq istifadəçilərə çatdırılmasını təmin etməkdən ibarətdir. 

Azərbaycan Respublikası Prezidentinin 23 may 2001-ci il tarixli fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tərkibində Milli Hidrome- teorologiya Departamenti yaradıldıqdan sonra 2002-ci ilin birinci yarısında Şamaxı və Ağstafa Radiometeoroloji Stansiyalarında yerləşən «MRL-5» tipli meteoroloji radiolokatorlar, 2003-cü ilin axırlarında isə Maştağa Aeroloji Stansiyasındakı «Titan AHK-1M» tipli aeroloji radiolokator əsaslı təmir edilmiş, fərdi kompüterlərdən istifadə etməklə avtomatlaşdırılmış radiometeoroloji və aeroloji müşahidə sistemləri quraşdırılaraq istifadəyə verilmişdir Bundan sonra Şamaxı və Ağstafa Radiometeoroloji Stansiyaları tərəfindən hidrometeoroloji proseslərin (şimşək-leysan və dolu buludları, onlarla əlaqədar olan təhlükəli hava hadisələrinin) radiometeoroloji müşahidələri (şək. 1), Maştağa Aeroloji Stansiyasından isə hər gün 40 km hündürlüyə qədər qalxan radiozond buraxılmaqla aeroloji radiolokatorların vasitəsi ilə atmosferin troposfer və stratosfer qatlarının aeroloji müşahidələri aparılır (şək. 2). Hazırda stansiyanın radiozondla təminatında çətinliklər yarandığından müşahidələrin aparılması müvəqqəti olaraq dayandırılmışdır. Radiometeoroloji və aeroloji müşahidə məlumatlarının qəbulu, toplanması, saxlanması, arxivləşdirilməsi, işlənməsi, emalı və ötürülməsi fərdi kompüterlərin köməyi ilə avtomatlaşdırılmış rejimdə aparılır. Radiometeoroloji müşahidələr vasitəsilə 250 km-lik radiusda müxtəlif hündürlüklərdə yağıntının intensivliyi və miqdarı, yağıntı düşən ərazilər, dolunun təxmini ölçüləri və dolu yağan ərazilər, bulud və yağıntı zonalarının hərəkət xarakteri və s. müəyyən edilir ki,  bunlardan da ən qısamüddətli hava proqnozlarının hazırlanmasında, aviasiyanın meteoroloji təminatında, sel və daşqınların proqnozlaşdırılmasında istifadə olunur.

Şəkil 1. Ağstafa  radiometeteoroloji stansiyasında MRL-5 radiolokatoru (a)

və AİS-MRL sistemi ilə operativ iş prosesi (b).

Şəkil 2. Maştağa aeroloji stansiyasında radiozondun buraxılması

 

Radiometeorologiya və Aerologiya Mərkəzi yaradıldıqdan sonra 2013-cü ildə Göygöl və Şəki radiometeoroloji stansiyalarında,  20 ildən artıq bir müddətdə istifadəsiz və nasaz vəziyəətdə qalan MRL-5 radiolokatorları, Mərkəzin mütəxəssisləri tərəfindən əsaslı təmir olunaraq işə hazır vəziyyətə gətirilmiş və onların bazasında və müvafiq proqram-texniki kompleksin tətbiqilə yeni avtomatlaşdırılmış radiolokasiya idarəetmə sistemləri yaradılmışdır.  

Şəki radiometeoroloji stansiyasında şəbəkə elektrik xətti mövcud olmadığından burada AİS-MRL sisteminin enerji təminatı dizel generatoru vasitəsilə həyata keçirilir. Stansiyada dizel yanacağına qənaət və infrastrukturun qismən yaxşılaşdırılması məqsədilə həmin ilin əvvəlində Mərkəzin mütəxəssislərinin köməyilə alternativ enerıi mənbələri olan   külək aqreqatı və günəş batareyaları quraşdırılmışdır. 

Şəkil 3. Şəki radiometeoroloji stansiyasında quraşdırılmış külək aqreqatı və günəş batareyaları.

 

Beləliklə, hazırda Respublika ərazisində fəaliyyət göstərən 4 avtomatlaşdırılmış radiolokasiya idarəetmə sistemi bulud və atmosfer yağıntıları, həmçinin onlarla əlaqədar olan təhlükəli hidrometeoroloji hadisələri yüksək keyfiyyət və etibarlıqla izləməyə və bu hadisələrin ən qısamüddətli proqnozlarını hazırlamağa imkan verir (şək.4).

 

Şəkil.4. Göygöl radiometeoroloji stansiyasının radar məlumatlarına əsasən, 10 iyun 2014-cü ildə Respublikanın qərb ərazilərində baş vermiş fəlakətli dolu-leysan buludunun radioəksinin dəniz səviyyəsindən 6000 m hündürlükdə üfqi kəsiyi.

 

AİS-MRL proqram kompleksi  vasitəsilə respublika ərazisində   baş verən atmosfer yağıntıları, o cümlədən  güclü dolu–şimşək və leysan prosesləri izlənilir. Radiometeoroloji şərait təhlil olunaraq faktiki və yaxın saatlarda gözlənilən təhlükəli leysan, dolu, şimşək və onlarla əlaqədar olan daşqın və sel hadisələri haqqında məlumatlar  Hidrometoroloji Proqnozlar Bürosuna, digər istifadəçilər üçün isə Mərkəzin müvafiq azmeteoradar@gmail.com elektron ünvanı-na  göndərilir.  

Gün ərzində baş vermiş təhlükəli atmosfer yağıntıları, o cümlədən leysan, dolu haqqında radar məlumatları müvafiq kompüter animasiyaları və şərhlər şəklində, bundan başqa radiozond məlumatıarı əsasıında hazırlanmış aeroloji diaqramlar  Mərkəzin www.azmeteoradar.com  elektron saytında yerləşdirilir.

 

  

 

Hidrometeorologiya Mərkəzi

Milli Hidrometeorologiya Departamentinin Hidrometeorologiya Mərkəzinin tərkibində 6 şöbə və 1 dəstə fəaliyyət göstərir: Meteorologiya, Hidrologiya, Aqrometeorologiya, Hidrometeoroloji məlumatların işlənilməsi və sistemləşdirilməsi, Hidrometeoroloji məlumatların mübadiləsi, Dəniz hidrometeorologiya şöbələri və İxtisaslaşdırılmış hidrometeoroloji çöl-tədqiqat ekspedisiya dəstəsi (sxem). Hidrometeorologiya Mərkəzində (HMM) Milli Hidrometeorologiya Departamentinin Respublika ərazisindəki stasionar hidrometeoroloji müşahidə şəbəkəsindən daxil olan müşahidə məlumatları sistemləşdirilir və müxtəlif toplular (illiklər, aylıqlar, şərhlər, hesabatlar, kadastrlar) şəklində buraxılır. Hidrometeoroloji şəbəkədə aparılan müşahidələr müvafiq təlimatlar əsasında aparılır.
Milli Hidrometeorologiya Departamentinin meteoroloji müşahidələr şəbəkəsi 82 stansiya və 97 məntəqədən ibarətdir. Meteoroloji məlumatlar meteorologiya şöbəsində sistemləşdirilir və aylıqlar şəklində buraxılır. Bundan başqa 15 stansiya və məntəqədə aqrometeoroloji müşahidələr aparılır. Aqrometeoroloji məlumatlar şöbədə sistemləşdirilir və hər ayın sonunda ETSN-nin Məlumatlar toplusuna daxil edilir, hava proqnozuna aqrometeoroloji şərh verilir.
Xəzər dənizinin qərb hissəsində və onun Azərbaycan akvatoriyasının adalarında yerləşən 4 stansiya və 9 məntəqədə müxtəlif dəniz hidrometeorolji müşahidələri aparılır, bu məlumatlar dəniz şöbəsində sistemləşdirilir və dəniz kadastrı şəklində buraxılır.
HMM-nin hidrometeoroloji məlumatların işlənilməsi və sistemləşdirilməsı şöbəsində hidrometeoroloji məlumatların bazası yaradılır. Mərkəzin nəzdində fəaliyyət göstərən Hidrometeoroloji Məlumatların Mübadiləsi Şöbəsində beynəlxalq yayıma ötürülən hidrometeoroloji məlumatlar 01 iyul 2011-ci il tarixindən Roshidromet-"Aviamettelekom"un veb-serveri vasitəsilə həyata keçirilir.
Eyni zamanda 25 avqust 2011-ci il tarixindən Azərbaycan Respublikası ərazisində yerləşən meteoroloji stansiya və məntəqələrdən məlumatların SMS vasitəsilə ötürülməsinə başlanılmışdır.
2011-ci ilin dekabr ayından Avtomat stansiyalardan, eləcə də Kompleks hidrometeorolojı və Ekoloji Tədqiqat Elm Mərkəzindən (2712m) habelə Kabaş AMS-dan (3600m), Tufandağ AMS-dan (4172m) ötürülməyə başlanılan meteoroloji məlumatların qəbulu üçün şöbədə texniki tədbirlər planı həyata keçirilmiş və bu məlumatların alınmasına , arxivləşdirilməsinə başlanılmışdır. 
Hidroloji müşahidələr şəbəkəsi (çaylar, göllər, su anbarları üzərində) 101 məntəqədən ibarətdir. Hidroloji məlumatlar Dövlət Su Kadastrı (DSK) şəklində hazırlanır. DSK Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət Su Kadastrının Qaydası haqqında” Qərara və eyni adlı Əsasnaməyə uyğun olaraq aparılır. Həmin qərar əsasında DSK-nın “Yerüstü sular” bölməsi MHD-nin HMM-də hazırlanır. DSK-da toplanan su obyektlərinin çoxillik müşahidə məlumatları Azərbaycan ərazisi üçün yerüstü su ehtiyatlarını hesablamağa imkan verir. Respublikamızda su ehtiyatlarından səmərəli istifadə və suya olan tələbatın ödənilməsi dövlətimiz tərəfindən diqqət mərkəzindədir. Aparılan su siyasəti ətraf mühitə, sənaye və kənd təsərrüfatına, energetikaya, ticarətə, əhali artımına, bir sözlə, hər bir fəaliyyət növünə təsir edir. Qeyd etmək lazımdır ki, su hövzələri Respublika ərazisində qeyri-bərabər paylanılıb. Azərbaycan Respublikasının çayları ümumiyyətlə Xəzər dənizi hövzəsinə aiddirlər. Ayrılıqda isə onlar üç hövzəyə aid edilir:

1. Kür çayının öz hövzəsinin çayları (Kürün sol və sağ qolları)

2. Araz çayı hövzəsinin çayları (Arazın sol qolları)

3. Birbaşa Xəzər dənizinə tökülən çaylar. Respublikanın əsas çaylarının morfometrik xarakteristikaları aşağıda cədvəl 1-də verilir.

 

Çay

Hara tökülür (hansı sahildən)

Uzunluğu, km

Su toplayıcı sahəsi, kv.km

Yüksəklik vəziyyəti, m

mənbə

mənsəb

1

Kür çayı

Xəzər dənizi

1515

188000

2740

-27

2

Qanıx (Alazan)

Mingəçevir su anbarı

413

16920

2560

75

3

Qabırrı (İori)

Mingəçevir su anbarı

389

4840

2560

51

4

Xrami

Kür çayı (sağ)

220

8340

2422

255

5

Ağstafaçay

Kür çayı (sağ)

133

2586

3000

210

6

Kürəkçay

Kür çayı (sağ)

126

2080

3100

18

7

Araz

Kür çayı (sağ)

1072

102000

2990

-11

8

Arpaçay

Araz (sol)

126

2630

2985

780

9

Həkəriçay

Araz (sol)

128

5540

3080

268

10

Samur

Xəzər dənizi

216

4430

3600

-27

11

Pirsaat

Xəzər dənizi

199

2280

2400

-11

12

Bolqarçay

Mahmudçala gölü

168

2170

1710

-17

Azərbaycan ərazisində ümumi sahəsi 395 km2 olan 450 göl müəyyən edilib ki, onlardan 10 gölün sahəsi 10 km2-dən böyükdür. Respublikanın ən iri gölü Kür-Araz ovalığında yerləşən Sarısu gölüdür (su səthinin sahəsi 65,7 km2, həcmi 59,1 mln. m3). Respublikanın əsas göllərinin morfometrik xarakteristikaları aşağıdakı cədvəl 2-də verilir.

Göl

Yerləşdiyi yer

Sahəsi, km2

Həcmi, mln. m3

1

Sarısu

Kür-Araz ovalığı

65,7

59,1

2

Ağzıbirçala

Şabran rayonu

13,8

10,0

3

Göygöl

Kürəkçayın hövzəsi

0,79

24,0

4

Hacıqabul

Kür-Araz ovalığı

8,4

12,1

5

Böyük-Şor

Abşeron yarımadası

16,2

27,5

6

Ağgöl

Kür-Araz ovalığı

56,2

44,7

7

Candargöl

Gürcüstanın sərhədi

10,6

51,0

8

Böyük Alagöl

Qarabağ vulkanik yaylası

5,1

24,3

9

Aşıq-Qara

Həkəriçayın hövzəsi

1,76

10,2

10

Qaraçuq

Naxçıvançayın hövzəsi

0,45

2,53

Su anbarları Azərbaycanda hər birinin həcmi 1 mln. m3-dən çox 61 su anbarı mövcuddur. Su anbarlarının ümumi tam həcmi 21,5 km3 təşkil edir. Respublikanın əsas su anbarlarının morfometrik xarakteristikaları aşağıdakı cədvəl 3-də verilir.

Su anbarı

Sahəsi, km2

Həcmi, km3

1.

Mingəçevir

605

15.73

2.

Şəmkir

116

2.68

3.

Yenikənd

23.2

1.58

4.

Varvara

22.5

0.06

5.

Araz

145

1.254

6.

Sərsəng

14.2

0.565

7.

Ceyranbatan

13.9

0.186

8.

Xanbulançay

24.6

0.052

9.

Sirab

1.54

0.013

10.

Ağstafaçay

6.30

0.12

11.

Xaçınçay

1.76

0.023

 

Dağlıq ölkə olması ilə bərabər, həm də geniş düzənlik əraziyə malik olan Azərbaycan üçün daşqın hadisələrinə risk böyükdür. Son illərdə Kür çayında baş verən daşqın hadisələri buna sübutdur. Ölkəmizin su ilə təchiz olunmasında Kür çayının rolu isə əvəzsizdir. Belə ki,Azərbaycan ərazilərinin 3/4 hissəsi Kürün suları ilə təmin olunur . Əhalinin 70-80%-i Kürün suları ilə qidalanır. 
MHD-nin Kür çayı üzərində 14 suölçmə məntəqəsi fəaliyyət göstərir. HMM Kür çayı üzərində müşahidə və tədqiqat işlərinə çox böyük diqqət yetirir. Hər il Kür boyu geniş ekspedisiya işləri nəzərdə tutulur. 
Hər ilin fevral-mart aylarında Respublika ərazisindən axan çaylarda yaz gursululuğu dövrünün proqnozlaşdırılması məqsədilə Böyük və Kiçik Qafqazın ərazisində qarölçmə işləri aparılır, müxtəlif yüksəkliklərdə qar örtüyünün parametrləri təyin edilir, hesabat tərtib edilir və nəticə olaraq Respublika ərazisindən axan çaylarda gursululuğun proqnozu verilir.
Qeyd etmək lazımdır ki, ildən ilə aparılan qarölçmə işləri qar ehtiyatlarında baş verən dəyişikliklərə nəzarət etməyə imkan yaradır. Bundan əlavə mütəmadi olaraq su sərflərinin qısa müddətdə və daha dəqiq ölçülməsinə imkan verən ADP-Sontek cihazı vasitəsilə Kür və Araz çaylarında nəzarət ölçü işləri aparılır, subasar sahələrin şəkilləri çıxarılır. 
Mərkəzin ekspedisiya dəstəsinin mütəxəssislərinin iştrakı ilə Böyük Qafqazın Tufandağ ərazisindəki buzlaqlarlarda gedən dəyişikliyi öyrənmək məqsədilə burada ölçü işləri aparılmış, buzlaqda eninə və uzununa istiqamətdə tamasalar qurulmuşdur. Bundan başqa buzlaqdan çıxan çay üzərində hidroloji ölçü işləri aparılmış və müvafiq hesabat tərtib edilmişdir. 
Ekspedisiya dəstəsinin mütəxəssisləri hər il Milli Hidrometeorologiya Departamentinin Gəncə, Sabirabad Regional, Neftçala Mənsəb və Mingəçevir İGHM Müəssisələrinin Kür çayı üzərində yerləşən hidroloji məntəqələrində ezamiyyədə olurlar və həmin məntəqələrin (çay, göl və su anbarlarının) mövcud vəziyyəti və inkişaf perspektivləri haqqında arayış hazırlayırlar.
Nazirlər Kabinetinin göstərişınə əsasən Kür çayının mənsəb hissəsində, Bankə, Salyan, Surra, Zərdab və Araz çayının Novruzlu hidroloji məntəqəsində ADP-Sontek cihazı vasitəsilə nəzarət su sərfləri ölçülür, Bankə hidroloji məntəqəsində Bala Kürün dənizə töküldüyü yerdə en kəsiyin profilləri çıxarılaraq su sərfi ölçülür. Hidrometeorolji şəbəkədə (cəmi 12 hidroloji məntəqədə) FHN mütəxəssisləri ilə birlikdə müasir tipli avtomatik səviyyəölçən cihaz qurulmuşdur. Respublikanın dağ çaylarında sel daşqınlarının izi ilə maksimal su sərflərinin təyin olunması hər il Mərkəzin mütəxəssisləri tərəfindən aparılır. Mərkəzin əməkdaşları Regional Hidrometeorologiya müəssisələrində müşahidələrın aparılmasında istifadə olunan yeni təlimatlarla mütəmadi olaraq mütəxəssisləri tanış edir və kadrların hazırlanmasında yaxından iştirak edirlər.
Kür çayı boyu məntəqələrin yerləşmə sxemi və hidrometeoroloji şəbəkədə aparılan ölçü işləri fotoşəkillərdə verilmişdir.

 

İqlim bazası və Kommunikasiya Mərkəzi

İqlim bazası və Kommunikasiya Mərkəzi  Ekologiya və Təbii Sərvətlər Nazirinin 14.02.2017-ci il tarixli 119/ü saylı əmri ilə yaradılmışdır.  Mərkəzin tərkibinə  İnformasiya təhlükəsizliyi şöbəsi, İqlim bazası şöbəsi, Kommunikasiya şöbələri  daxildir. Mərkəzin yaradılmasında əsas məqsəd hidrometeoroloji müşahidə şəbəkəsindən daxil olan müşahidə məlumatlarının ötürülməsi, paylanması və saxlanmasının yeni sistemin tətbiqi ilə həyata keçirilməsi məqsədilə , eyni zamanda informasiya texnologiyalarının istifadəsi imkanlarının genişləndirilməsi, hidrometeoroloji məlumatların müasir standartların tələblərinə uyğunlaşdırılması istiqamətində dünyanın aparıcı dövlətlərində geniş istifadə olunan bu sistemin respublikamızda tətbiqi məlumat mübadiləsi və meteoroloji təminat sahəsinin modernləşdirilməsində önəmli yer tutur.

Son dövrdə iqlim dəyişmələri təsirindən yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsində və hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi və modernləşdirmə işləri sırasında hidrometeoroloji məlumatların toplanması üçün 2016 cı ildə Fransanın “Corobor” şirkəti tərəfindən Messir–Comm və Messir–Clim Serverləri İqlim Bazası və Kommunikasiya Mərkəzində quraşdırılmışdır.

Messir-Comm və Messir-Clim proqramları vasitəsilə hidrometeoroloji stansiyalardan avtomatik ötürülən sinoptik kodlar mərkəzin serverlərində arxivləşdirilir və istənilən vaxt informasiyanı arayış şəklində hazırlanması ən qısa zamanda yerinə yetirilir, həmçinin Corobor sistemi vasitəsilə məlumatların Ümumdünya Meteorologiya Təşkilatına ötürülməsi üçün mərkəzin RMDCN-ə (Regional Meteoroloji Rabitə Şəbəkəsi) qoşulması təmin olunmuşdur . İlkin olaraq hidrometeoroloji məlumatlar mübadiləsi Türkiyə Meteoroloji Xidməti ilə aparılacaqdır.

Bundan əlavə İqlim Bazası və Kommunikasiya Mərkəzində yeni Vaisala MAWS-310 tipli avtomat meteostansiyaların məlumatları avtomatik olaraq mərkəzin serverində arxivləşdirilir.

Qeyd edək ki, yeni avtomat meteostansiyaların məlumatları hər 10 dəqiqə ərzində mərkəzin serverinə  avtomatik olaraq ötürülür və yalnız qeydiyyatdan keçdikdən sonra bu məlumatlara onlayn vasitəsilə baxmaq mümkündür.

Həmçinin mərkəz tərəfindən Regional Hidrometeorologiya Müəssisələrinin tabeçiliyində olan hidrometeoroloji stansiyalarda quraşdırılmış avtomat meteostansiyalara  və  İP kameralara nəzarət olunur  və  texniki  xidmət  göstərilir.

             

 Metrologiya və Standartlaşdırma Mərkəzi

Metrologiya və Standartlaşdirma Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2002-ci il 30 dekabr 2632/ü nömrəli Əmri əsasında yaradılmışdır.

Mərkəzin əsas vəzifəsi Nazirliyin fəaliyyət sahələrində istifadə olunan öıçü cihazlarının mütəmadi olaraq attestasiyasının keçirilməsi, yoxlanılması, etalon cihazlarla tutuşdurulması və eləcə də təmiri, yeni alınmış etalon cihazların Azərbaycan Respubıikasının Dövlət reyestirinə salınmasından ibarətdir.

Mərkəz, regional hidrometeorologiya müəssisələrinin  stansiyalarında quraşdırılmış Avtomat stansiyaların kolibrasiyası (təzyiq, temperatur və rütubət) işlərini həyata keçirir.

Mərkəzdə dörd şöbə fəaliyyət göstərir: Metrologiya və standartlaşdırma şöbəsı, Ölçü, yoxlama və kalibrlənmə laboratoriyası, Təmir-quraşdirma şöbəsi və Təcürbə-sınaq emalatxanası.

Metrologiya və standartlaşdırma şöbəsi - Milli Hidrometeorologiya Departamenti, Ətraf  Mühit üzrə Milli Monitorinq Departamenti, Milli Geoloji Kışfiyyat Xidmətı və Xəzər kompleks Ekoloji Monitorinq İdarəsinin texniki-metroloji pasportlarının ilbəil yenilənməsini təmin edir, yeni alınmiş cihaz və avadanliqların pasportlarını Azərbaycan dılınə tərcümə edir, istifadə olunan etalon cihazları Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət komitəsində hər il yoxlamadan keçirir, İSO-nun qəbul etdiyi yeni standartları internet vasitəslə izləyir və lazım olduqda onları tərcümə edərək istifadə edir.Yeni qəbul edilmiş qaydalarla bütün regional müəssələr internet vasitəci ilə məlumatlandirir.

Ölçü, Yoxlama və Kalibrlənmə laboratoriyası - Milli Hidrometeorologiya Departamenti Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti, Milli Geoloji Kışfiyyat xidmətı və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsində istifadə olunan cihaz və avadanlıqların (təzyiq, temperatur, rütubət, yağıntı) etalon cıhazlar vasitəsi ilə yoxlanılmasını təmin edir, səhadətnamələrin və bildirişlərin verilməsi işlərini yerinə yetirir.

Təmir-quraşdirma şöbəsi - Nazirliyin qurumlarında təmirə ehtiyaci olan bəzi cihaz və avadanlıqların təmiri və quraşdirılması işlərini icra edir.

Təcürbə-sınaq emalatxanasi - yeni alınmış cihazların sınaqdan keçirilməsini təmin edir.