Saytın Xəritəsi

Abşeron Milli Parkı

Abşeron Milli Parkı
Ana səhifə Ekoturizm Flora Fauna Görüntülər Əsəsnamə Qaydalar Əlaqə

 

 

 
ABŞERON MİLLİ PARKI

 

Abşeron Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə Bakı şəhəri Əzizbəyov rayonu inzibati ərazisinin 783 hektar sahəsində, Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılmışdır. Milli Park Abşeron yarımadasının cənub-şərq qurtaracağında – Şah Dili ərazisində yerləşir. Ərazidə yarımsəhra və quru bozqırların mülayim isti iqlim tipi hakimdir. Abşeron Milli Parkının yaradılmasında məqsəd vəhşi təbiətin mühafizəsini, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanmasını təmin etmək, o cümlədən ekoturizm üçün mövcud olan təbii imkanları dəyərləndirməkdən ibarətdir. 

 

 Abşeron Milli Parkında 50- dən artıq quş və heyvan növlərinə rast gəlinir. Milli Parkda 25-ə qədər bitki növü mövcuddur. Abşeron Milli Parkının Xəzər dənizi ərazisində dunyada nadir hesab olunan Xəzər suitisinə rast gəlinir və bu suiti əsasən may-avqust aylarında Milli Parkın ərazisindəki suiti burnunda müşahidə olunur. Xəzər suitisi pərayaqlıların yeganə nümayəndəsidir ki, dünya okeanının ən kiçik suitisi kimi “Ginnes”in rekordlar kitabına daxil edilib.

 

 - Abşeron Milli Parkı-paytaxt Bakıya ən yaxın olan təbii abidə, ekoturizm üçün ən əlverişli nöqtə, Abşeron yarımadasında ən təmiz dəniz suyu, ən təmiz havası olan məkan; 

- Abşeron Milli Parkı - Azərbaycanın su ilə birləşən ən ucqar quru ərazisi;- Abşeron Milli Parkı - flora və faunası ilə tamamilə vəhşi təbiət.

 


 

FISILDAYAN QULƏLƏK

 

Fısıldayan qulələk Respublikanın böyük göllərində, su anbarlarında və Xəzər dənizi sahillərində yayılıb. Qışlayan və köçəri quşdur. Rəngi qar kimi ağdır (cavanlar qonur olur). Dimdiyi qırmızı-qaradır, onun dibində üst tərəfdə şişkinlik var. Suda və yerdə olanda boynunu əyib sual işarəsinə oxşayır. Səsi yoxdur, yalnız fısıldayır. Azərbaycanda Xəzər sahilində və aran rayonlarda olan iri göllərdə qışlayır, ovlanması yasaq edilib.Yuvalamayan az bir hissə (20-30 fərd) quş yayda müşahidə edilir. Noyabr ayı payız, fevralın ikinci yarısı isə yaz köçü və qayıdışıdır. Bitkilərin sualtı hissəsi (kök və zoğ) onun qidasını təşkil edir. Sapvari yosunları üstün tutur. Nadir, sayı azalan quşlar sırasındadı, Azərbaycanın “Qırmızı kitab”ına daxil edilmişdir. Fevrallın son günlərində köç başlayır. Müxtəlif su həşəratları və onların sürfələri, lildə yaşayan xırda heyvanlar və həmçinin sualtı bitkilələ qidalanır.

 


 

YOVŞAN

 

Yovşan cinsindən Azərbaycanda 17 növə, o cümlədən becərilən şəkildə 1 növə təsadüf olunur. Yovşan növləri əksərən çoxillik yarımkol, bəzi növləri 1 illik və ya 2 illik bitkilərdir. Səbətləri xırdadır, süpürgətipli çiçək qrupuna yığılmışdır. Küləklə tozlanan bitkilərdir. Səbətin sarğısı bir neçə cərgədə yerləşən yarpaqlardan təşkil olunmuşdur. Səbətdə kənarda yerləşən bir cərgə çiçək dişicikdaşıyan və toxuməmələgətirən çiçəklərdir, ortada yerləşən çiçəklər isə növündən asılı olaraq ikicinsli və toxuməmələgətirən və ya bircinsli erkəkcikdaşıyan çıçəklər olur. Erkəkcikdaşıyan çiçəklərdə dişicik tam inkişaf etməmiş, radiment şəklində qalmış olur. Toxumcalarının ucağını olmur. Yovşan növləri quraqlığa davamlı, az şorakət torpaqlarda belə yayıla bilən bitkilərdir. Qış aylarında qışlaqlarda yem ehtiyatı kimi yovşanların əhəmiyyəti böyükdür. Bəzi yovşan növlərinin səbətindən, qarın qurduna qarşı dərman kimi istifadə olunan santonin alınır. 

 


 

XƏZƏR SUİTİSİ (Phoca caspica)

 

Xəzər suitisi (Phoca caspica) Xəzər dənizində məskunlaşan yeganə dəniz məməlisidir. O, Xəzər dənizinin endemik növü olmaqla, dünyada suitilərin ən xırda növü sayılır (yaşama müddəti – 50 il). 1987-ci ildə aparılan hesablamara görə Xəzər suitisinin populyasiyalarının ümumi sayı 360-400 min baş təşkil edir (Krılov, 1989), Xəzər dənizi su bioresursları üzrə Komissiyanın 2005-ci ildə apardığı hesablamara görə isə onların sayı 375 min başdır. 1996-cı ildə Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (IUCN) Xəzər suitilərinin vəziyyəti barədə müzakirə aparmış və Xəzər dənizinin getdikcə çirklənməsini və suitilərin məskəni olan sahil zolağının daralmasını nəzərə alaraq, bu növün statusunu “zəif” növ kimi IUCN qırmızı kitabına daxil etmişdir.