• Bakı
  • Gündüz +31°C,
  • Gecə +22°C
  • Sumqayıt
  • Gündüz +31°C,
  • Gecə +21°C
  • Naxçıvan
  • Gündüz +33°C,
  • Gecə +19°C
  • Xankəndi
  • Gündüz +22°C,
  • Gecə +13°C
  • Şuşa
  • Gündüz +20°C,
  • Gecə +11°C
  • Xocalı
  • Gündüz +21°C,
  • Gecə +12°C
  • Xocavənd
  • Gündüz +23°C,
  • Gecə +14°C
  • Qubadlı
  • Gündüz +24°C,
  • Gecə +15°C
  • Zəngilan
  • Gündüz +25°C,
  • Gecə +16°C
  • Laçın
  • Gündüz +20°C,
  • Gecə +11°C
  • Kəlbəcər
  • Gündüz +20°C,
  • Gecə +11°C
  • Daşkəsən
  • Gündüz +22°C,
  • Gecə +13°C
  • Gədəbəy
  • Gündüz +23°C,
  • Gecə +14°C
  • Ağdam
  • Gündüz +29°C,
  • Gecə +19°C
  • Cəbrayıl
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Füzuli
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Gəncə
  • Gündüz +31°C,
  • Gecə +21°C
  • Qazax
  • Gündüz +30°C,
  • Gecə +20°C
  • Naftalan
  • Gündüz +31°C,
  • Gecə +21°C
  • Şəki
  • Gündüz +30°C,
  • Gecə +20°C
  • Ağstafa
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Qəbələ
  • Gündüz +27°C,
  • Gecə +17°C
  • Şamaxı
  • Gündüz +27°C,
  • Gecə +17°C
  • Zaqatala
  • Gündüz +29°C,
  • Gecə +19°C
  • Xızı
  • Gündüz +22°C,
  • Gecə +12°C
  • Siyəzən
  • Gündüz +30°C,
  • Gecə +20°C
  • Şabran
  • Gündüz +30°C,
  • Gecə +20°C
  • Quba
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Qusar
  • Gündüz +24°C,
  • Gecə +14°C
  • Xaçmaz
  • Gündüz +29°C,
  • Gecə +19°C
  • Kürdəmir
  • Gündüz +35°C,
  • Gecə +24°C
  • Yevlax
  • Gündüz +33°C,
  • Gecə +22°C
  • Ağcabədi
  • Gündüz +32°C,
  • Gecə +21°C
  • Ağdaş
  • Gündüz +35°C,
  • Gecə +24°C
  • Göyçay
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Bərdə
  • Gündüz +32°C,
  • Gecə +21°C
  • İmişli
  • Gündüz +35°C,
  • Gecə +24°C
  • Salyan
  • Gündüz +32°C,
  • Gecə +21°C
  • Beyləqan
  • Gündüz +33°C,
  • Gecə +22°C
  • Saatlı
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Hacıqabul
  • Gündüz +35°C,
  • Gecə +24°C
  • Masallı
  • Gündüz +34°C,
  • Gecə +21°C
  • Lənkəran
  • Gündüz +33°C,
  • Gecə +20°C
  • Lerik
  • Gündüz +25°C,
  • Gecə +15°C
  • Gündüz +29°C,
  • Gecə +18°C
Faydalı Bölmələr

Ağgöl Milli Parkı

Ağgöl Milli Parkı
Ana səhifə Ekoturizm Flora Fauna Görüntülər Əsasnamə Qaydalar Əlaqə

 

AĞGÖL MİLLİ PARKI

 

     

 

Ağgöl Milli Parkı Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Ağ gölün qorunmasının beynəlxalq əhəmiyyəti vardır.  Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahı”sına və Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır.

Ağgöl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama yeri olub, “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan su-bataqlıq əraziləri haqqında” (Ramsar, İran, 1971)  “Ramsar Siyahısı”na  daxil edilmişdir.

 

 

 

Ağgöl Ağcabədi və Beyləqan rayonlarının inzibati ərazisində yerləşir. Gölün qorunmasında ilk addım 1964-cu ildə 9173 hektar sahədə Ağ göl Dövlət Təbiət Yasaqlığı yaradılarkən atılmışdır. 1978-ci ilin 02 mart tarixində  gölün 4400 hektara bərabər olan su ərazisinə ciddi qorunma statusu verilmiş və Ağ göl Dövlət Təbiət Qoruğu yaradılmışdır. 2003-cü ilin 05 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Ağ göl Dövlət Təbiət Qoruğunun sahəsi 17 924 hektara qədər artırılmış və ərazi Milli Park elan edilmişdir.

 

 

 

Ağgöl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir.

Milli parkın ərazisi yalnız bataqlıqlar deyil,həmçinin tipik çöl və yarımsəhra landşaftlarından ibarətdir.

Ağgöl Milli Parkının yaradılmasının əsas məqsədi mühüm su-bataqlıq ərazilərini,həmin əraziyə xas olan yarımsəhra landşaftını, göldə və onun ətrafında məskunlaşmış nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərini qorumaq, ərazi üçün xarakterik olan bəzi fauna növlərini keçmiş ərazilərinə reintroduksiya etmək, eləcə də ətraf mühitin monitorunqini, əhalinin ekoloji cəhətdən maarifləndirilməsini və ekoturizmin inkişafını təmin etməkdir.

 

 

 

Ağgöl Milli Parkı üçün yarımsəhra, şorlaşmış torpaq və göl şəraitinə uyğunlaşmış bitki örtüyü səciyyəvidir. Ərazidə bitki növlərindən əsasən duzlaq çoğanı, qışotu,qamış, şahsevdi, sarıbaş, qaraşoran, yovşan,qırtıc və s. geniş yayılmışdır.

Burada suda-quruda yaşayan heyvanlardan yaşıl quru qurbağası, kiçik Asiya qurbağası və göl qurbağasına rast gəlinir.

 

Ərazidə sürünənlərdən Aralıqdənizi tısbağası, Xəzər tısbağası, koramal,zolaqlı kərtənkələ, adi suilanı, qızıl təlxə, xaltalı eyrenis, gürzə və s. növlər yayılmışdır.

Ağgöl Milli Parkında quşlardan mərmər cürə, turac, bəzgək, qara leylək, böyük və kiçik qarabattaqlar, harayçı və fısıldayan qu quşları, Misir vağı, çobanaldadan, böyük su fərəsi, sultantoyuğu, ərsindimdik, qıvrımlələk qutan, ağquyruq dəniz qartalı, ağgöz dalğıc, adi qızılqaz, yaşılbaş ördək, qazlar(boz, qaşqa və qırmızıdöş) və s. məskunlaşmışdır.

 

 

 

Milli Parkın ərazisində məməli heyvan növlərindən canavar, çaqqal, çöl donuzu, tülkü, dovşan və müxtəlif yarasalara rast gəlinir. Qamışlıqlarda isə heyrətamiz qamış pişiyinin çoxsaylı populyasiyasına təsadüf olunur.