• Bakı
  • Gündüz +32°C,
  • Gecə +24°C
  • Sumqayıt
  • Gündüz +31°C,
  • Gecə +23°C
  • Naxçıvan
  • Gündüz +39°C,
  • Gecə +11°C
  • Xankəndi
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Şuşa
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Xocalı
  • Gündüz +24°C,
  • Gecə +15°C
  • Xocavənd
  • Gündüz +23°C,
  • Gecə +17°C
  • Qubadlı
  • Gündüz +25°C,
  • Gecə +17°C
  • Zəngilan
  • Gündüz +25°C,
  • Gecə +18°C
  • Laçın
  • Gündüz +20°C,
  • Gecə +13°C
  • Kəlbəcər
  • Gündüz +21°C,
  • Gecə +14°C
  • Daşkəsən
  • Gündüz +23°C,
  • Gecə +16°C
  • Gədəbəy
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Ağdam
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Cəbrayıl
  • Gündüz +22°C,
  • Gecə +16°C
  • Füzuli
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Gəncə
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Qazax
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Naftalan
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Şəki
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Ağstafa
  • Gündüz +32°C,
  • Gecə +21°C
  • Qəbələ
  • Gündüz +33°C,
  • Gecə +21°C
  • Şamaxı
  • Gündüz +31°C,
  • Gecə +20°C
  • Zaqatala
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Xızı
  • Gündüz +26°C,
  • Gecə +17°C
  • Siyəzən
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Şabran
  • Gündüz +33°C,
  • Gecə +22°C
  • Quba
  • Gündüz +39°C,
  • Gecə +20°C
  • Qusar
  • Gündüz +27°C,
  • Gecə +18°C
  • Xaçmaz
  • Gündüz +33°C,
  • Gecə +24°C
  • Kürdəmir
  • Gündüz +39°C,
  • Gecə +24°C
  • Yevlax
  • Gündüz +38°C,
  • Gecə +24°C
  • Ağcabədi
  • Gündüz +37°C,
  • Gecə +24°C
  • Ağdaş
  • Gündüz +37°C,
  • Gecə +25°C
  • Göyçay
  • Gündüz +36°C,
  • Gecə +24°C
  • Bərdə
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • İmişli
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Salyan
  • Gündüz +38°C,
  • Gecə +25°C
  • Beyləqan
  • Gündüz +36°C,
  • Gecə +23°C
  • Saatlı
  • Gündüz +35°C,
  • Gecə +23°C
  • Hacıqabul
  • Gündüz +39°C,
  • Gecə +25°C
  • Masallı
  • Gündüz +34°C,
  • Gecə +23°C
  • Lənkəran
  • Gündüz +34°C,
  • Gecə +22°C
  • Lerik
  • Gündüz +28°C,
  • Gecə +18°C
  • Gündüz +30°C,
  • Gecə +21°C
Faydalı Bölmələr

İqlim Dəyişmələri

Dünyanı narahat edən qlobal problemlərdən biri də İqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil dünyanın bir sıra ölkələrində hiss olunmaqda və problemlər yaratmaqdadır. Bu problemlərə diqqətin artması özünü bir sıra beynəlxalq tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsində göstərir. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən antropogen amillərlə bağlıdır. Antropogen amillərin də əsası istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələridir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin də sayı artıb. Okeanın səthi əvvəllər 1000 metr dərinliyə qədər qızırdısa, artıq qızma 2000 metr dərinliyə qədər çatır. Bu da isti axınların daha da qızmasına səbəb olur. Yəni bütün bu təbii fəlakətlərin artımında əsas amil iqlim dəyişmələridir.

Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artmışdır. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Son 10 illiklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü artmışdır.

Azərbaycanda İqlim Dəyişmələri üzrə milli səviyyədə fəaliyyətlər

Azərbaycan Respublikası Milli Məclisi BMT-nin İqlim Dəyişmələri üzrə  Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulmuşdur. Ölkəmiz İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Əlavə 1 qrupuna daxil olmayan tam hüquqlu tərəf kimi İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası qarşısında istilik effekti yaradan qaz tullantılarının kadastrının hazırlanması, müntəzəm olaraq yeniləndirilməsi, milli məlumatlarin hazırlanması kimi öhdəliklər götürmüşdü və bu öhdəliklər sistemli şəkildə yerinə yetirilmişdir. Azərbaycan Respublikası  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan  Paris Sazişini  22 aprel 2016-cı ildə  imzalamış və həmin ilin oktyabr ayında ratifikasiya etmişdir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına özünün Nəzərdə Tutulan Milli səviyyədə müəyyən edilmiş Töhfələrində qlobal iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35% azalmanı hədəf kimi götürmüşdür.

1.    Beynəlxalq   Sazişlər

Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulmuş  və Konvensiyanın Kioto Protokolunu  2000-ci ildə təsdiq edilmişdir.

Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün qəbul edilmiş Doha əlavəsi 14 aprel 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən  ratifikasiya edilmiş və ölkə prezidenti tərəfindən imzalanmışdır.

Paris Sazişi  2016-cı ilin aprelində imzalanmış və 2016-cı il oktyabrın 28-də Milli Məclis tərəfindən ratifikasiya olunmuşdur. Paris Sazişinə əsasən Azərbaycan Respublikası Nəzərdə Tutulan Milli Səviyyədə Müəyyən edilmiş Töhfələrini   Konvensiya Katibliyinə təqdim etmiş  və qlobal iqlim  dəyişmələrinə təsirlərin yumşaldılması təşəbbüslərinə özünün töhfəsi olaraq  baza ili ilə(1990) müqayisədə 2030-cu ilə istilik effekti yaradan qaz emissiyalarının 35% azalma səviyyəsində saxlanılmasını hədəf kimi götürmüşdür.

2.    Istilik Effekti Yaradan Qaz  Emissiyalarinin  ölkə üzrə miqdarı

İstilik Effekti Yaradan Qaz  Emissiyalarının (İEYQ) inventarlaşma prosesi zamanı  Enerji,  kənd təsərrüfatı, tullantı,TİTİDM (Torpaqdan İstifadə və Torpaqdan İstifadənin Dəyişdirilməsi və Meşə təsərrüfatı ) sektorları və CO2, CH4, N2O, HFC, CFqazları əhatə olunmuşdur.

Azərbaycan Respublikasında ümumi emissiya baza ilində (1990) 73.331 Gq COekvivalenti (TİTİDM nəzərə alınmadan); net emissiya isə 69.641 Gq CO2 ekvivalenti (TİTİDM daxil edilməklə) olmuşdur.

Baza ili ilə müqayisədə ümumi emissiya səviyyəsində 35% azalma nəzərdə tutulur ki, bu da 25.666 Gq CO2 ekvivalenti (TİTİDM nəzərə alınmadan)

24.374 Gq CO2 ekvivalenti (TİTİDM nəzərə alınaraq) olacaqdır.

 

Diagram: 2013 –cü ildə müxtəlif sektorlardan emissiyalar (in %)

 

 

2.1  Adambaşına düşən İEYQ və dünya ölkələri ilə müqayisə

Azərbaycan Respublkasında istilik effekti yaradan qazlar üzrə aparılan son inventarizasiyanın nəticələrinə görə  baza ili olan 1990-cı ildə adambaşına düşən istilik effekti yaradan qaz emissiyaları 10.4 ton СОekvivalenti oldugu halda 2010-cu ildə bu göstərici 5.4 ton СО2 ekvivalenti olmuşdur. Bu göstərici dünya üzrə ümumi orta göstəricidən (2010-cu il üzrə 4.43 ton СО2) bir  qədər yüksək bir göstəricidir. 

 

 

3. İqlim Dəyişmələrinin təsirinin azaldılması (mitiqasiya )tədbirləri

Kioto Protokolu çərçivəsində Azərbaycan İEYQ emissiyalarının azalması ilə bağlı kəmiyyət öhdəlikləri götürməməsinə baxmayaraq son illərdə ölkədə bir sıra əhəmiyyətli tədbirlər yerinə yetirilmişdir ki, bunlara  az karbonlu, enerji səmərəliliyikli, bərpa olunan enerji və tullantıların effektiv idarə edilməsi texnologiyalarının təqdim olunması, həmçinin meşə sahələrinin genişləndirilməsi daxildir.

Azaldılma ilə  bağlı milli təşəbbüslərə əlavə olaraq, Azərbaycan müxtəlif layihələrin həyata keçirilməsi yolu ilə bir sıra beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq edir. Beləliklə, iqlim dəyişikliyinin azaldılması texnologiyası və bu sahədə potensialın yaradılması ilə bağlı 30-dan çox layihə həyata keçirilmişdir.

 

4.Həssaslığın  qiymətləndirilməsi və uyğunlaşma(adaptasiya) tədbirləri

Müxtəlif qiymətləndirmələrin nəticələri göstərir ki, kənd təsərrüfatı sektoru, su resursları sektoru, sahilyanı zonaları, enerji sektoru, meşə sektoru, turizm sektoru və səhiyyə sektoru Azərbaycanda iqlim dəyişikliyinə  həssasdır. İqlim dəyişikliyinə ən çox zəif olan sahələr kənd təsərrüfatı sektoru, su sektoru və sahiyanı zonalarıdır.

Adaptasiya məsələləri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyanın Birinci,İkinci,Üçüncü Milli Məlumatlarına daxil edilmişdir  .

 

5. Müvafiq iqlim dəyişikliyi siyasəti və strategiyası

Azərbaycan artıq sosial, iqtisadi inkişafı və yoxsulluğun azaldılmasını ölkənin prioritetləri olaraq müəyyənləşdirmişdir. Ölkənin iqlim dəyişmələrinin təsirlərinin  azaldılması (mitiqasiya) və bu təsirlərə  uyğunlaşma(adaptasiya) strategiyaları uzunmüddətli aşağıdakı Dövlət Proqramlarında öz əksini tapır:

  •   Alternativ və Bərpa olunan Enerji mənbələrindən  İstifadə olunması üzrə Dövlət Proqramı (2004)
  •   Azərbaycan-2020-GƏLƏCƏYƏ BAXIŞ INKIŞAF KONSEPSIYASI
  •   2008-2015-Ci Illərdə Azərbaycan Respublikasinda Əhalinin Ərzaq Məhsullari Ilə Etibarli Təminatina Dair
  • Dövlət Proqrami(2008-2015)
  •   Regionların Sosial-iqtisadi İnkişafına dair Dövlət Proqramı (2004, 2009,2014)
  •   2008-2015-ci illərdə Azərbaycan respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı (2008-2015)
  •   Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair  dair strateji yol xəritəsi” , 2016
  •   Davamlı İnkişaf məqsədlərinə nail olmaq üçün Respublika Prezidentinin  
  • 6 Oktyabr 2016 –cı il tarixli Sərəncamı ilə Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası(NCCSD) yaradılmışdır