Torpaqların çirklənməsi üzrə monitorinq
Respublika ərazisində torpaqların çirklənməsi üzrə monitorinq işləri aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:
- Atmosfer yağıntılarından sonra götürülən torpaq nümunələrinin atmosfer çirkləndiriciləri ilə çirklənməsi üzrə bölgələrdəki (RHM) məntəqələrdə (Bakı, Sumqayıt, Pirallahı, Quba, Gəncə, Lənkəran, Sabirabad, Neftçala, Şəki, Zaqatala və Mingəçevir) monitorinqlərin aparılması ilə;
- İri sənaye şəhərlərində yerləşən müəssisələrin ərazi və ətraf torpaqlarının sənaye-texnogen tullantılar - ağır metallarla (nikel, qurğuşun, manqan, xrom, sink, mis, kadmium, dəmir, kobalt, molibden, alüminium) çirklənməsi üzrə Bakı, Sumqayıt və Gəncə şəhərlərində;
- Kənd təsərrüfatı torpaqlarının xlorüzvi, fosforüzvi pestisid və herbisidlərlə çirklənməsi üzrə hər il 3 rayonda olmaqla yaz və payız aylarında;
- Torpaqların ekoloji vəziyyəti, bərk sənaye (toksiki) və məişət tullantıları ilə çirklənməsi üzrə Respublika Regional Ekologiya İdarələrindən hər ay mütəmadi olaraq məlumatlarının daxil olması ilə aparılır.
Torpaqların çirklənmə səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə
aparılan analizlər və metodologiya
S/s |
Çirkləndirici maddənin adı |
Metodu |
İSO və ya QOST |
1 |
Hidrogen göstəricisi (pH) |
Potensiometrik |
ГОСТ 26423-85 |
2 |
Elektrik keçiriciliyi |
Konduktometrik |
ГОСТ 26423-85 |
3 |
Humus |
Spektrometrik |
ГОСТ 26213-84 |
4 |
Nitrat ionu, (NO3-) |
Spektrometrik |
İSO 7890-3 |
5 |
Fosfat ionu, (PO43-) |
Spektrometrik |
ГОСТ 26204-91 |
6 |
Kalsium ionu, (Ca2+) |
Titrimetrik |
ГОСТ 26428-85 |
7 |
Maqnezium ionu, (Mg2+) |
Titrimetrik |
ГОСТ 26428-85 |
8 |
Karbonat ionu, (CO32-) |
Titrimetrik |
ГОСТ 26424-85 |
9 |
Hidrokarbonat ionu, (HCO3-) |
Titrimetrik |
ГОСТ 26424-85 |
10 |
Sulfat ionu, (SO42-) |
Turbidimetrik |
ГОСТ 26426-85 |
11 |
Şorlaşma dərəcəsi |
Titrimetrik |
ГОСТ 26425-85 |
12 |
Mexaniki tərkibi |
Mexaniki üsul |
|
Torpaqların çirklənməsinin monitorinqinin əsas məqsədi torpaqların təbii və antropogen təsirlər nəticəsində çirklənməsinin qarşısının alınması ilə torpaqlara atılan (axıdılan) tullantılara nəzarətin elmi və qanuni əsaslarla həyata keçirilməsindən, torpaqların çirklənmə səviyyəsi haqqında məlumatların əldə edilməsindən, ondan səmərəli istifadə üzrə layihələrin hazırlanması və proqnozların verilməsindən ibarətdir.
Qanunvericilik
Torpaqların çirklənmədən mühafizəsi istiqamətində fəaliyyət “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunları və bu qanunların icrası ilə əlaqədar hazırlanmış “Ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnamə (Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli, 90 saylı qərarı ilə təsdiq edilib) ilə həyata keçirilir. Bu sahədə dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.