1984-cü ilin fevral ayında Gədəbəy Meşə Təsərrüfatının Qızılca meşəçiliyi sahəsində yaradılmışdır. Yasaqlığın yaradılmasında əsas məqsəd ərazinin təbiət kompleksini, xüsusilə məhv olmaq təhlükəsində olan heyvanlar və bitki nümunələrini qorumaqdır. Sahəsi 5135 hektardır.
Ərazidə meşə və dağ-bozqır bitkiləri inkişaf etmişdir. Burada meşəni əmələ gətirən əsas ağac cinsləri palıd (Quercus), fıstıq (Fagus) və vələsdir (Carpinus).
Yasaqlıqda cüyür (Capreolus capreolus), qonur ayı (Ursus arctos), çöl donuzu (Sus scrofa), dovşan kimi heyvanlar qorunur.