23 Sentyabr 2021
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qarabağ Dirçəliş Fondunun Mətbuat Xidmətlərinin birgə məlumatı23 sentyabr 2021-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qarabağ Dirçəliş Fondu arasında işğaldan azad edilən ərazilərdə ətraf mühitə vurulan zərərin aradan qaldırılması və bərpa işlərinin görülməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.