22 Noyabr 2019
Şahdağ milli parkında atla yürüş keçirilib“Sağlam bədən sağlam ətraf mühitdə formalaşar” şüarı altında Şahdağ milli parkında, təbiət qoynunda atla yürüş keçirilib. Yürüşün keçirilməsində məqsəd xalqımızın mədəni irsi olan atüstü milli oyunların qorunub saxlanması, qədim atçılıq ənənələrinin inkişaf etdirilməsi, eyni zamanda milli parklarda ekoturizm potensialının təbliğ olunmasıdır. Bunu jurnalistlərə açıqlamasında Şahdağ milli parkının direktoru Akif Məmmədov bildirib. O qeyd edib ki, 120 nəfərin qatıldığı yürüşdə 3,5 km məsafə qət olunub və qaliblər rəmzi olaraq müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.