18 Noyabr 2021
Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlanıbDövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Lənkəran rayonunda 06-BD-998 dövlət nömrə nişanlı “Qazel”, Masallı rayonunda isə 01-BF-795 və 41-BB-269 dövlət nömrə nişanlı “UAZ” markalı nəqliyyat vasitələri ilə meşə materialının daşındığı müəyyən edilib.