28 Noyabr 2022
Son bir ay ərzində ölkə üzrə 600 mindən çox ağac əkilibPayız əkin mövsümü başlayandan bugünədək Bakı və Abşeronda, eləcə də, ölkənin bütün regionlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində ağacəkmə və meşəbərpa tədbirləri çərçivəsində ümumilikdə 608 000 ağac əkilib, 34.5 ton toxum səpilib. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib.