02 Sentyabr 2022
Balıq körpələri təbii su hövzələrinə buraxılacaqÖlkənin təbii su hövzələrində balıq populyasiyasının artırılması, o cümlədən Xəzər dənizinin su bioresurslarının dayanıqlı inkişafının təmin olunması və balıq ehtiyatlarının qorunmasının vacibliyinin təşviqi məqsədilə 2022-ci ilin sentyabr ayının ikinci yarısından başlayaraq müxtəlif növ balıq körpələri təbii su hövzələrinə buraxılacaq.