Qızılağac milli parkının yaranması günü ilə əlaqədar “Xüsusi mühafizə olunan təbiət ərazilərinin potensialı, genişləndirilməsi, mühafizəsi və ekoturizmin inkişafı” mövzusunda Qızılağac milli parkında seminar-müşavirə keçirilib.
Ağcabədi, Beyləqan, Sabirabad, Şirvan, Kürdəmir və Saatlı rayonlarında qazlaşdırılmayan 27 kənd mövcuddur və qışa hazırlıq məqsədilə həmin kəndlərin əhalisinin odun yanacağı ilə təmin olunması üçün oduncaq tədarükü davam edir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı İsmayıllı və Tovuz rayonları ərazilərində ağac, kol bitkilərinin qanunsuz kəsilməsi faktı aşkar edilib.
Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad rayonlarında qazlaşdırılmayan 334 kənd mövcuddur və qışa hazırlıq məqsədilə həmin kəndlərin əhalisinin odun yanacağı ilə
Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Anım Günü ilə əlaqədar Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.