07 Yanvar 2023
Faktiki havaSon günlər şimal-şərqdən cənuba doğru hərəkət edən soyuq Sibir antisiklonu Azərbaycanda hava şəraitinin dəyişməsinə səbəb olub. Bu gün, yanvarın 7-si saat 16:00-a olan məlumata görə, artıq respublikanın dağlıq və dağətəyi rayonlarında qar yağıb. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.