17 Avqust 2023
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatıDövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Tovuz rayonu ərazisindəki “Nazlı bulaq”, Göygöl rayonu ərazisindəki “Göygöl” istirahət mərkəzlərindən ətrafa tullantıların atıldığı və çirkab suların axıdıldığı, Ağcabədi şəhərində fəaliyyət göstərən “Ucuzluq" marketdə formalaşan tullantıların isə yandırıldığı müəyyən edilib.