Zəfər bayramına töhfə vermək məqsədilə bütün bölgələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivinin, Vətən müharibəsində iştirak edən Nazirlik əməkdaşlarının, könüllülərin və hərbçilərin iştirakı ilə ağacəkmə aksiyaları təşkil olunub, hər regionun relyef və iqlim şəraitinə uyğun ağaclar əkilib, toxum səpilib.
Zəfər gününün üçüncü ildönümü ilə əlaqədar Quba, Qusar, Şabran, Siyəzən, İsmayıllı rayonlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional qurumlarının əməkdaşlarının və hərbçilərin iştirakı ilə ağacəkmə tədbirləri keçirilib.
Ümummilli Lider Heydər Əliyevin, Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədi ilə keçirilən aksiyada Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, özəl təşkilatların rəhbərləri, qazilər, ekologiya könüllüləri, eləcə də ictimaiyyət nümayəndələri olmaqla, 500 nəfər iştirak edib.