21 İyun 2024
Faktiki hava və növbəti xəbərdarlıqMilli Hidrometeorologiya Xidmətinin iyunun 21-i saat 9:00-a olan məlumatına əsasən iyunun 20-si günün ikinci yarısından başlayaraq əksər rayonlarda hava şəraiti dəyişib, yağıntılı və güclü küləkli hava şəraiti müşahidə olunub. Əksər rayonlarda müşahidə olunan güclü qərb küləyi gecə saatlarından tədricən zəifləyib. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub, şimşək çaxıb.