04 Avqust 2026
“Yanğın təhlükəsizliyi” mövzusunda növbəti praktiki təlimlər keçirilibEkologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin və yerli bölmələrinin əməkdaşlarının, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyət nümayəndələrinin və kənd sakinlərinin iştirakı ilə Ağstafa, Yevlax rayonlarının meşə sahələrində və Şahdağ Milli Parkının Quba bölməsində “Yanğın təhlükəsizliyi” mövzusunda növbəti praktiki təlimlər təşkil olunub.