14 Dekabr 2024
Faktiki havaMilli Hidrometeorologiya Xidmətinin dekabrın 14-ü saat 9:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında və əksər bölgələrdə yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində sulu qar, qar, Quba, Qusar, Altıağac, Şahdağ, Xaltan, Şərur, Qobustan, Daşkəsən, Lerik, Qax, Gədəbəy, Xocalı, Laçın, Füzuli, Cəbrayıl, Kəlbəcər, Şuşada qar yağır. Bəzi ərazilərdə yağıntılar intensiv xarakterlidir.