Milli Hidrometeorologiya Xidmətinin dekabrın 15-i saat 16:00-a olan məlumatına əsasən ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti Bakıda və Abşeron yarımadasında , eyni zamanda əksər bölgələrdə 8-13 m/s, bəzi yerlərdə isə 15-20 m/s-dək zəifləyib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən dekabrın 15-də havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, 15-16-da isə Mərkəzi Aran rayonlarında 6 dərəcəyədək, dağlarda 8-13 dərəcə, dağlıq rayonlarda 18-23 dərəcə şaxta olacağı gözlənilir. Bu səbəbdən bəzi yolların buz bağlayacağı ehtimalı var.
Milli Hidrometeorologiya Xidməti dekabrın 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında dekabrın 14-dən 15-nə keçən gecə bəzi şəhərətrafı və nisbətən yüksək ərazilərdə, eyni zamanda ölkənin əksər dağlıq və dağətəyi rayonlarında gecə və səhər yolların buz bağlama ehtimalı var.
Milli Hidrometeorologiya Xidmətinin dekabrın 14-ü saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir. Səhər saatlarında müşahidə olunan güclü şimal-qərb küləyi bəzi ərazilərdə tədricən zəifləyib. Bakıda və Abşeron yarımadasında küləyin sütəti 20 m/s, Naftalan və Mingəçevirdə 26 m/s, Gəncədə 20 m/s, Daşkəsən, Ağdam, Şəmkirdə 18 m/s-dir.