02 Fevral 2025
“Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan su-bataqlıq yerləri haqqında” Ramsar Konvensiyası“Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan su-bataqlıq yerləri haqqında” Ramsar Konvensiyası bataqlıqların və onların ehtiyatlarının qorunması və səmərəli istifadəsi üçün zəmin yaradan beynəlxalq müqavilədir. Konvensiya 1971-ci il 2 fevral tarixində İranın Ramsar şəhərində qəbul edilmiş və 1975-ci ildə qüvvəyə minmişdir. Həmin vaxtdan etibarən, dünyanın bütün coğrafi bölgələrindən BMT-yə üzv dövlətlərin təxminən 90%-i Konvensiyaya qoşulmuş və "Razılığa gələn tərəflər" olmuşdur.