13 Yanvar 2025
11 yanvar "Ümumdünya Qoruqlar və Milli Parklar Günü” ilə əlaqədar Bakı Dövlət Universitetində tədbir təşkil olunubTədbir çərçivəsində Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən Bakı Dövlət Universitetinin tələbə və müəllim heyətinə Azərbaycanın xüsusi mühafizə olunan təbiət əraziləri haqqında geniş məlumat verilib, həmçinin milli park və qoruqların videoçarxları nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.