19 Avqust 2019
Ekologiya və Təbii Sərvətlər naziri və nazir müavinləri vətəndaşları qəbul edəcəkMərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 30 avqust 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Lənkəran və Astara rayonlarının vətəndaşlarını qəbul edəcək. 30 avqust 2019-cu il tarixində, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Lerik şəhərində, nazir müavini Rauf Hacıyev isə Masallı şəhərində vətəndaşlarla görüşəcək.